Məhkəmə qərarları › İş №3(002)-1734/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1734/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1734/2023 16.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 04 avqust 1983-cü ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Cəbrayıl rayonu, Soltanlı kəndində ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əliyev X5 rayon Məhkəməsinin 2(004)-4291/2021 saylı, 17 iyul 2021-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal rayon məhkəməsinin 2(004)-4291/2021 saylı, 17 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1414/2014 saylı, 26 may 2014-cü il tarixli qətnaməsi ilə 23 dekabr 2012-ci il təvəllüdlü X1 üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı artırılaraq 23 dekabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün sonradan adiyyatı üzrə Cəbrayıl rayon İcra Şöbəsindən Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, 15 avqust 2022-ci il tarixdə qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu aliment borcunu mütəmadi şəkildə ödənişlər etsə də hal-hazırda, yəni bu günkü günə ödənilməmiş 850 manat aliment borcu qalmışdır. Belə ki, borclunun 01 avqust 2023-cü il tarixədək 1425 manat aliment borcu olmuş, 11 avqust 2023-cü il tarixdə həmin borcdan 250 manat ödəniş etmişdir. Bundan əlavə dünən, yəni məhkəmə iclası təxirə salındıqdan sonra borclu tərəfindən tələbkarın xeyrinə daha 500 manat ödəniş edilmiş və aliment borcu 850 manat təşkil etmişdir. O öz izahatında daha sonra borclunun hal-hazırda rəsmi qaydada hər hansı bir gəlirə və ya qazanca malik olmasına dair İcra Şöbəsində hər hansı məlumatın olmadığını qeyd etmişdir. Borclu tərəfindən aliment borcu tam ödənilmədiyi üçün borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 15 avqust 2023-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs öz izahatında borclu Şəxs bu günə olan 850 manat aliment borcunu tam şəkildə ödəməsini, bu baş vermədiyi təqdirdə isə sonuncunun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Evlidir, himayəsində hal-hazırki evliliyindən iki azyaşlı övladı var. Atası yataq xəstəsidir və onun himayəsindədir. Eləcə də özü ürəyindən əməliyyat olunmaqla hal-hazırda müalicə və müayinələrə ehtiyacı vardır.Özü rəsmi qaydada heç bir yerdə işləməməklə Sumqayıt şəhərində fərdi qaydada tikintilərdə fəhləlik etməklə məşğuldur. İşlədiyi müddətdə aylıq gəliri aydan-aya dəyişməklə təxminən üç yüz-beş yüz manat civarında olur. 11 avqust 2023-cü il tarixdə aliment borcundan 250 manat, dünən, yəni 15 avqust 2023-cü il tarixdə isə 500 manat ödəniş etmişdir. Yerdə qalan 850 manat aliment borcunu isə qısa müddətdə ödəyəcəyinə söz verir. Bütün bunların nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək hesab edir ki, borclu Şəxsnın əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi qaydada heç bir yerdə işləməməklə hər hansı bir gəlirə də malik olmasına dair iş materialllarında heç bir sübut mövcud deyildir. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Əksinə icra işinin materiallarından aydın olur ki, borclu yaranmış aliment borcundan mütəmadi olaraq kifayət qədər ödənişlər etmiş, məhkəmə gedişatı dövründə də borcundan 500 manat ödəniş etməklə qalan 850 manat məbləğində aliment borcunu qısa müddətdə ödəyəcəyini öhdəsinə götürmüşdür. Bundan başqa məhkəmə iclasında borclunun icra məmurunun çağırışlarından yayınmasına dair də hər hansı bir sübut aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr sonun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar