Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1734/2024 01.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Xocalı rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X13 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xocalı rayon Prokurorluğundan daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xocalı rayon prokuroru, ədliyyə müşaviri X27 tərəfindən qəbul edilmiş 10 iyun 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar” və ona əlavə edilmiş materiallar baxılması üçün Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Xocalı rayon prokuroru, ədliyyə müşvairi X27 tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 10 iyun 2024-cü il tarixli qərardan və iş materiallarından görünür ki, hüquqi şəxs Şəxs təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs-qanuni təmsilçi X23 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq X9, X18, X3, X10, X14, X6 və X19 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək R.İbrahimov və K.Əsgərovu xx.xx.2024-cü il tarixden xx.xx.2024-cü il tarixədək, T.Şirəliyev, Z.Həmidov, A.Həmidov və Q.İsgəndərovu təxminən xx.xx.2024-cü il tarixdən həmin ilin fevral ayının 22-23 tarixlərinədək, A.Vəliyevanı isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Xocalı rayonunun işğaldan azad edilmiş ərazilərində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Xocalı rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X11 öz izahatında Bakı şəhəri Xocalı rayon prokuroru tərəfindən qəbul edilmiş 10 iyun 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar”ı müdafiə edərək göstərmişdir ki, X23 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq X9, X18, X4, X10, X14, X7 və X19 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək R.İbrahimov ve K.Əsgərovu xx.xx.2024-cü il tarixden xx.xx.2024-cü il tarixədək, T.Şirəliyev, Z.Həmidov, A.Həmidov və Q.İsgəndərovu təxminən xx.xx.2024-cü il tarixdən həmin ilin fevral ayının 22-23 tarixlərinədək, A.Vəliyevanı isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Xocalı rayonunun işğaldan azad edilmiş ərazilərində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb etmişdir. O öz izahatında daha sonra götərmişdir ki, yuxarıda adları çəkilən şəxslərin Xocalı rayonuna "xxxx" MMC-nin sifarişi əsasında gəlməsi DİN-in elektron icazələrə dair məlumat bazasında da öz əksini tapmışdır. Yuxarıda qeyd olunan nzibati araşdırma aparılan zaman "xxxx" MMC-nin ünvanına rəsmi bildirişlər göndərilməklə yanaşı həmin şirkətin qanuni təmsilçisi X23 ilə bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlamış və o inzibati araşdırma ilə bağlı prokurorluğa dəvət edilmişdir, lakin X1 Yusif adlı şəxslə əlaqə saxlanılmsını və sənədlərin təqdim edilməsi ilə bağlı sonuncunun köməklik edəcəyini, özünün isə dəqiq vaxtını bilmədiyi yaxın günlərdə izahat vermək üçün prokurorluğa gələ biləcəyini söyləmişdir. Odur ki, inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-nin qanuni təmsilçisi X23 təmsil etdiyi şirkət barəsində qəbul edilmiş qərarı qəbul etməyərək göstərmişdir ki, onun rəhbərlik etdiyi Şəxs MMC Qarabağda şəhid olmuş mərhum atasının adına olmaqla hal-hazırda əsas fəaliyyətləri işğaldan azad olunmuş torpaqlarda tikinti və bərpa işləri ilə məşğul olmaqdır. O bu fəaliyyətini tam qanuna uyğun şəkildə qurmaqla heç bir qanun pozuntusuna yol verməmişdir. İnzibati araşdırma ilə bağlı yuxarıda adları çəkilən şəxsləri ümumiyyətlə tanımır, belə ki, o şirkətə indiyədək yalnız bir nəfər şəxsi işə götürmüş, həmin şəxslə də əmək müqaviləsi bağlamışdır. Yuxarıda adları çəkilən şəxslər öz aralarında olan problemlər səbəbindən Şəxs MMC barəsində şikayət vermişlər. Halbuki onlar şirkət tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişlər. O öz izahatında daha sonra heç bir inzibati pozuntu törətmədiyini, inzibati araşdırma ilə əlaqədar onların ünvanına hər hansı bir rəsmi sənəd göndərilmədiyini, yalnız bir neçə dəfə ona özünü Xocalı rayon prokurorluğunun əməkdaşı kimi təqdim edən şəxs tərəfindən zəng edildiyini və o da rəsmi işçisi və maliyyə məsələlərinə baxan Yusif adlı şəxsin telefonunu verərək onunla əlaqə saxlanılmasını və müvafiq sənədlərin Yusif tərəfindən təqdim edilə biləcəyini izah etmişdir. Bundan başqa adları qeyd olunan şəxlərin şirkətin adına portaldan keçərək Xocalı rayonuna gəlməsi ilə bağlı bildirir ki, əraziyə keçmək adı ilə vətəndaşlar müxtəlif üsullardan, o cümlədən guya ki, hər hansı bir şirkətdə işləmək adı ilə əraziyə daxil olurlar. Lakin müxtəlif şəxslərin hər hansı bir şirkətin adı ilə əraziyə daxil olması həmin şəxsin qeyd olunan şirkətdə işləməsi demək deyil. Eləcə də X9, X18, X4, X10, X14, X7 və X19 adlı şəxsləri işə götürmədiyini, onların izahatlarının həqiqətə uyğun olmadığını və özünün ümumiyyətlə bu işə hər hansı bir aidiyyatının olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarınının izahatlarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materillarına əlavə edilmiş 10 iyun 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın nəticə hissəsinə əsasən; Hüquqi şəxs (VÖEN: **********) "xxxx" MMC-nin (hüquqi ünvanı: ünvan 1ənzil 7) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması,
2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azarbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi
3. Qərarın və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi.
4. Qərarın surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə gönderilməsi qərara alınmışdır. İş materiallarında olan X5 Xocalı rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, təxminən xx.xx.2024-cü il tarixdən Ağamalı Həmidov, Qismət İsgəndərov və Telman Şirəliyevlə birlikdə "xxxx" MMC-də usta olaraq işə başlamışlar, işğaldan azad edilmiş əraziyə keçmələri üçün MMC tərəfindən elektron icazə alınmış, onları MMC-nin rəhberi Fuad Cabbarov işə şəxsən özü götürmüş, iş üzrə funksiyaları şirkət rəhbərliyinin göstərişi üzrə rayon ərazisində yerləşən evlərin təmiri və bərpası işlərini görməkdən ibarət olmuş, Fuad Cabbarov onlara gördükləri işin müqabilində əməkhaqlarının hesablanıb ödəniləcəyini bildirmiş, lakin onlar işə başlasa da, sonuncu onlarla əmək müqaviləsi bağlamamış, 2024-cü ilin fevral ayının 22-23 tarixlərində F.Cabbarov gördükləri işə görə onlara ödəniləcək 5600 manat əmək haqqından cəmi 2800 manat vermiş, onlar isə geri qalan əməkhaqlarını sonuncudan istəyərkən F.Cabbarov daha sonra veriləcəyini bildirdiyinə görə işdən ayrılmışlar. Aparılmış araşdırma zamanı izahatları alınmış X15, X8 və X3 oxşar məzmunlu izahatlar verərək Zamiq Hemidovun izahatında gösterdiyi xüsusatları tesdiq etmişler. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən X9, X18, X4, X10, X14, X7 və X19 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək R.İbrahimov ve K.Əsgərovu xx.xx.2024-cü il tarixden xx.xx.2024-cü il tarixədək, T.Şirəliyev, Z.Həmidov, A.Həmidov və Q.İsgəndərovu təxminən xx.xx.2024-cü il tarixdən həmin ilin fevral ayının 22-23 tarixlərinədək, A.Vəliyevanı isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Xocalı rayonunun işğaldan azad edilmiş ərazilərində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanlar X9, X18, X3, X10, X14, X6 və X12 izahatları, Xocalı rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-81/2-3756/2024 saylı məktuba əlavə edilmiş adları qeyd edilən şəxslərin elektron icazələrinə dair məlumatlarla, baxış keçirilməsi haqqında protokolla və digər sənədlərlə sübut olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.2-ci əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1.), hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2.), hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3.), bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4) tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və hüquqi şəxs tərəfindən qeyd olunan inzibati xətanın ilk dəfə törədilməsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC (VÖEN:**********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov