Məhkəmə qərarları › İş №3(002)-1735/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1735/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1735/2022 28.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ- 10-cu PB-nın sahə inspektoru, polis kapitanı X9, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 04 oktyabr 2022-ci il tarixdə, saat 14:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv ünvanında X5 dərəcəsi təyin edilməyən xəsarət yetirməklə onu döyümüşdür. Buna görə də Şəxs barəsində Qaradağ RPİ- 10-cu PB-nın sahə inspektoru X15 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-10-cu PB-nın sahə inspektoru X15 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ- 10-cu PB-nın təhqiqatçısı, polis baş leytenantı X3 14 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən X1nın barəsində müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, vətəndaş X10 barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açəlmasından ötrü Qaradağ RPİ- 10-cu PB-na göndərilməsi, X1 və X6 münaqişəli qonşular kimi qeydiyyata götürülməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi, qərarın surətinin X1na göndərilməsi və ona qərardan narazı qaldığı halda CPM-nin 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən, yuxarı prokurora, yaxud Qaradağ rayon Məhkəməsinə şikayət etmək hüququnun olmasının izah edilməsi, toplanmış materialın Qaradağ RPİ-10-cu PB-nın arxivində saxlanılması qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X12 öz izahatında bildirmişdir ki, ünvan 4 ünvanında yaşayır. Qonşusu, yaxından tanımadığı Şəxs 2020-ci il tarixdən evinin həyətində tikinti işləri aparmağa başlamış, həmin tikinti ümumi istifadədə olan yola da çıxdığından bu haqda qonşusuna irad bilirmiş, qonşusu bu məsələni yoluna qoyacağını ona bildirsə də sonradan heç nə etməmişdir. Bu hadisədən sonra 03 oktyabr 2022-ci il tarixdə yaşadığı evin yanına bir yük avtomobili tutumunda qum töküldüyünü görmüşdür. Qonşusu öz yaşadğı evin yanında evin satılması ilə bağlı elan yapışdırmış, o da qumun qonşusu tərəfindən töküldüyünü güman edərək əsəsbiləşmiş və həmin elanın üstünə “bura söküləcək, almayın” yazmışdır. Bundan sonra qonşusu ona zəng edərək qumu ora onun tökmədiyini və bir də ora yazı yazsa onun üçün yaxşı olmayacağını bildirmişdir. Növbəti gün qonşusu ilə qarşılşdıqda sadalananlarla bağlı aralarında mübahisə yaranmış və Şəxs qəflətən onun qolundan tutaraq dartmışdır. Bütün bunların nəzərə alınaraq Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli hesab etməyərək öz izahatında bildirmişdir ki, ünvan 5 ünvanında yaşayır, şikayətçi X2 yaşadığı evin yanında evləri olsa da şikayətçi həmin ünvanda yaşamır, o, özü həmin evi satmağı planlaşdırır. Bununla bağlı evin yanına elan yazıb yapışdırmış, lakin Ağamalıyeva Zoya onun asdığı elanın üzərinə “almayın, aldanmayın, qanunsuz tikilidir” yazmış, bununla bağlı aralarında dəfələrlə mübahisə olmuş, sonuncu dəfə 04 oktyabr 2022-ci il tarixdə Ağamalıyeva Zoya ilə qarşılaşarkən həmin məsələ ilə bağlı aralarında mübahisə yaranmış, lakin sonuncunu vurmamış nə də təhqir etməmişdir. Sadəcə qonşusu Zoyanın həyət evindən onun mənzilinə axan suyun yaratdığı fəsadları göstərmək üçün onun qolundan tutaraq həyətə çəkib aparmağa çalışmışdır. Ola bilsin ki, həmin vaxt bilməyərəkdən zoyanın qoluna xəsarət yetirmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 öz izahatında bacısı X2 dediklərini təsdiq edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxsnun törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14” X23 10 oktyabr 2022-ci il tarixli 754 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X2 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlər – sol said nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 3-5 gün əvvəl, törənmişlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, şəxsiyyətini və ailəsinin maddi vəziyyətini nəzərə alaraq onun barəsində aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar