Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1735/2023 05.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 iştirakları ilə, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2023-cü il tarixli qərarda göstərilmişdir ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi direktoru Ertolkun Gaynetullah filialın xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi iiə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni 10 may 2023-cü il tarixdə aralarında bağlanmış və xx.xx.2023-cü il tarixdə müddəti bitmiş əmək müqaviləsinə dəyişikliklər edilməsi ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmadan fiziki şəxs X4 13-14 iyun 2023-cü il tarixlərdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində "xxxx" QSC-nin ərazisində 8-ci körpü deyilən yerdə karqo əməliyyatçısı kimi işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Qeyd edilənlərlə bağlı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Qaradağ rayon prokuroru Zəfər Əhmədov ərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iə bağlı xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilmişdir. Qaradağ rayon prokuroluğuna işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati materiala Qaradağ rayon prokuroluğunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Filialı barəsində Qaradağ rayon prokrorluğunun veridiyi 15 avqust 2023-cü il tarixli, 000045 qeydiyyat nömrəli qərarı ilə razı deyil. Qaradağ rayon prokrorluğu qeyd edir ki, çalışdırdıqları işçi X3 müqaviləsinin hüqquqi qüvvəyə minmədən işlətmişlər. X5 xx.xx.2023 ci ildə karqo əməliyyatcısı kimi işə fəaliyyətə başlayıb xx.xx.2023-ci il tarixində əmək müqaviləsinə müqavilənin bitməsi ilə bağlı xitam verilmişdir. Quliyev Cəlalla xx.xx.2023 ci il tarixində bir aylıq əmək müqaviləsi bağlansa da müqavilənin bitməsi ilə bağlı xx.xx.2023-ci il tarixində, eləcədə xx.xx.2023-ci il tarixində müqvilənin bitməsini heç bir tərəf tələb etmədiyi üçün xx.xx.2023-ci il tarixinədək uzadılmışdır. Qaradağ rayon prokrorluğu qeyd edir ki, xx.xx.2023-ci il tarixində Quliyev Cəlal xəsarət almış ( həmin hadisə ilə bağlı ilk tibbi yardım edilmiş dövlət əmək müfəttişliyinin qaynar xəddinə məlumat verilib və təcili tibbi yatdim çağrılmış və özəl xəstəxanalarda yerləşdirilmişdir) və həmin tarixdə əmək müqaviləsinin hüquqi qüvvəsi olmamışdır. Əmək Məcəlləsinin 73 cü maddəsində qeyd edilir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək məcəlləsində hər hansı bir maddə, bənd qeyd edilməyib ki, müqavilənin müddəti bitdikdən sonra, tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə elektron informasiya sistemində uzadılmassa həmin əmək müqaviləsi qüvvədən düşmüş saylır. Filial tərəfindən xx.xx.2023- cil tarixində verilmiş 009 nömrəli əmr əlavə dəyişilik üçün deyil, xx.xx.2023-ci il tarixində Filialla Cəlal arasında olan müqavilənin xitam verilməməsində yəni eyni müddətə iki aylıq uzadılmasından bəhs edir. Əmək məcəllənin 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Deməli bir tərəfli qaydada verilmiş əmr əlavə və dəyişikliyə səbəb ola bilməz. Bndanda əlavə Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi əmək məcəlləsinin 81- ci maddəsinə əsasən kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.81-ci maddəyə nəzər salınanda görürük ki,əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra əmr verilə bilər.Əmək məcələsinin 45-ci,46-cı, 54-cü və 49 cu maddələrində qeyd edilib ki, əlavə və dəyişilik 54 cü maddəsində qeyd edilənlər nəzərdə tutulub. 54-ci maddə isə əmək şəraitinin şərtlərinin dəyişdirilməsidri ki, burdada müqavilənin uzadılması ilə bağlı bir qeyd yoxdur. Əmək məcələsinin 54-ci madəsinin ikinci bəndində qeyd edlib ki, müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.Əmək məcələsinin 84 ci madddəsində qeyd edlir ki, əmək müqaviləsinə xitam verildiyi halda əmrləşdirlir.Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi Əmək Məcələsinin 49-cu maddəsinin birinci bəndi həmin məcələnin 7-ci maddəsinə isdinad edir. Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi bildirir ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Yuxarıda qeyd etdiyi kimi əmək müqaviləsinin elektron informasiya sistemində uzadılmasında söhbət getmir.Qeyd edilənlərə əsasən "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materillarında olan əmək müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə X5 arasında 01 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlanmışdır. İş materillarında olan xx.xx.2023-cü il tarixli, 006/k saylı əmrdən görünür ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə X5 arasında əmək müqaviləsi bağlanmışdır. İş materillarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişinə dəyişiklikdən görünür ki, X5 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materillarında olan xx.xx.2023-c üil tarixli, 009/k saylı əmrdən görünür ki, X5 ilə bağlanmış əmək müqaviləsi 02 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə hesab edir ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə X5 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin uzadılması inzibati araşdırma orqanı tərəfindən yalnış olaraq əmək müqaviləsinə dəyişiklik kimi qiymətləndirilmiş və bununla da Tolkun Lojistik Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialını Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı maddəsində qeyd edilmişdir ki, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Lakin iş materillarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişinə dəyişikliyin mətnindən görünür ki, qeyd edilən sənəddə tərəflərin razılığı ilə müəyyən edilmiş hər-hansı bir dəyişiklik öz əksini tapmamış, yalnız müqavilə müddətinin xx.xx.2023-cü il tarixədək uzadılması qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin uzadılması ilə bağlı bildirişə dəyişikliiyin elektron informasiya sistemində qeydiyyata alınmaması inzibati pozuntu kimi qəbul edilə bilməz.Belə ki, əmək müqaviləsinin uzadılması ilə bağlı bildirişin elektron informasiya sistemində qeydiyyata alınmasının məcburiliyi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İstinad edilən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında materialda olan sübutlarla "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1735/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1735/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver