Məhkəmə qərarları › İş №3(002)-1737/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1737/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1737/2023 17.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, 08 oktyabr 1986-cı ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında kirayənişinin yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-3565/2022 saylı, 29 dekabr 2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 öz izahatında protokolu müdafiə edərək bildirdi ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 3565/2022 saylı, 29 dekabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs ilə "xxxx" ASC-nin arasında 30 dekabr 2021-ci il tarixli İK F7-2582/K-21 saylı kredit müqvailəsinin ləğv edilməsi, cavabdeh Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə 9780 manat əsas, 1642 manat faiz, 50 manat cərimə olmaqla ümumilikdə 11472 manat məbləğində borcu və ödənilmiş 124 manat 42 qəpik dövlət rüsumunun tutulması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu qeyd olunan borcundan heç bir ödəniş etmədiyindən ona məxsus “Mercedes Benz 190E” minik markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması ilə bağlı təqdimat vermiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 8(002)-94/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş, Şəxs məxsus “Mercedes Benz 190E” minik markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin hal-hazıradək qeyd edilən avtomobilin yerinin müəyyən edilməsi mümkün olmamışdır. Borclunun ödəniş etməsinə dair onda heç bir məlumat yoxdur. Bu səbəbdən də sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 17 avqust 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, borclu qeyd olunan borcundan cəmi bir dəfə 2022-ci ilin mart ayında 192 manat ödəniş edib. Burdan belə qənaətə gəlmək olar ki, borclunun məqsədi əvvəlcədən ödənişdən yayınmaq olub. Həmçinin borcluya hər ay əlli manat ödəniş etməyə şərait yaradılmış lakin borclu verdiyi vədə əməl etməyərək sonradan heç bir ödəniş etməmişdir. Bütün bunların nəzərə alınaraq borclunun qeyd olunan borc məbləğini dərhal ödəməsinin təmin edilməsini, bu baş vermədikdə isə inzibati qaydada həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 öz izahatında bildirmişdir ki, ünvan 2nında ailəsi ilə birlikdə kirayənişin yaşayır, evlidir, iki azyaşlı övladı onun himayəsindədir. "xxxx" ASC-dən qeyd olunan borc məbləğini götürərkən "xxxx" MMC-də işləyirmiş, lakin kredit müqaviləsi bağladıqdan təqribən bir ay sonra işdən çıxarılmış və borcunu ödəyə bilməmişdir. Üzərinə həbs qoyulmuş “Mercedes Benz 190E” minik markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobili isə satmışdır, buna görə də onu icra şöbəsinə təqdim edə bilmir. O hal-hazırda iş axtarışında olduğunu, ona şərait yaradılacağı təqdirdə borcundan kifayət qədər ödəniş edə biləcəyini bildirərək iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 17 avqust 2023-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, X5 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmasına dair heç bir sübutun olmamasını, eləcə də bu işlə bağlı ilk dəfə məhkəmə məsuliyyətinə verilməsini və yaranmış borcunu qısa müddətdə ödəməyə söz verməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar