Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1739/2025 29.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 29754134 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 29754134 nömrəli qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin EQ 29754134 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı əsasında o, İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o, xx.xx.2025-ci il tarixdə saat 13:36:17-də etibarnamə əsasında idarə etdiyi “MAN TGX 18,440 YÜK" markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan rayonu Cəngi kəndi istiqamətində hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. “MAN TGX 18.40 YÜK" markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, etibarnamə əsasında idarə edir. Həmin avtomobillə o, Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında mişar daşı yükləmişlər. Həmin vaxt avtomobilin daşla birlikdə çəkisi 39690 kq olmuşdur. Yük avtomobilə yüklənərkən xüsusi serfikatı olan tərəzi ilə çəkilmişdir. Avtomobilə maksimum 42000 kq yük aparılmasına limit vardır. İdarə etdiyi avtomobilin yüklə birlikdə çəkisi 39690 kq olmuşdur. Bu yol qaiməsində öz əksini tapmışdır. Lakin protokol tərtib edilərkən guya avtomobilin ümumi çəkisi 44940 kq yük olmuşdur. Bu çəki Qobustan rayonunda müəyyən edilmişdir. Göründüyü kimi avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəsində inzibati qərar qəbul edilmişdir. Onun avtomobilində artıq yük olmamış, yükü göndərən təşkilatın onun serfikatlı tərəzidə çəkərək dəqiq kütləsini bildiyi üçün avtomobildə artıq yük ola bilməz. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixlıi qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarın 4.3-cü bəndinə əsasən xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Azərbaycancan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsınə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadaladığı normalardan da görünür ki, tam əsasız olaraq barəsində protokol tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir. Ona görə də qeyd etdiklərini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin EQ ******* saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. X2 vəsatət və ərizə ilə müraciətlər edərək inzibati xəta haqqında qərardan şikayətə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3 və 129.1-1-ci maddələrinə əsasən, X2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, yanğınsöndürmə idarəsi H.V.Ələkbərov küçəsində yaşadığından həmin şəxsin şikayəti üzrə inzibati xəta haqqında işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “MAN TGX 18.440 YÜK" markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında mişar daşı yüklənmişdir. Yük avtomobilə yüklənərkən xüsusi sertifikatı olan tərəzi ilə çəkilmişdir. Avtomobilin mişar daşı ilə birlikdə çəkisi 39690 kq olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 13:36-da idarə etdiyi “MAN TGX 18.440 YÜK" markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan rayonu Cəngi kəndi istiqamətində hərəkətdə olarkən həmin yerdə quraşdırılan avtomobil tərəzisindən keçərkən 600 manat məbləğində cərimə edilmişdir. Avtomobilə maksimum 42000 kq yük aparılmasına limit vardır. İdarə etdiyi avtomobilin yüklə birlikdə çəkisi 39690 kq olmuşdur. Bu barədə yol qaiməsində göstərilib. Lakin barəsində inzibati xəta haqqında elektron qərarda avtomobilin ümumi çəkisinin 44940 kq olduğu göstərilmişdir. Barəsində inzibati xəta haqqında elektron qərar tərtib edildikdən sonra yenidən idarə etdiyi yük avtomobilini elektron tərəzidə çəkdirmiş, avtomobilin yüklə birlikdə çəkisinin 39800 kq olduğu müəyyən edilmişdir. Buna görə də, barəsində tərtib edilmiş DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli 29754134 nömrəli elektron qərarın ləğv edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli 29754134 nömrəli qərardan və həmin qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 13:36:17-də M-4 yolunun 55,3-cü kilometrliyində, Qobustan rayonu, Cəngi kəndi, Yevlax istiqamətində idarə etdiyi “MAN TGX 18.440 YÜK" markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. MAN TGX 18.440 YÜK" markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin maksimum kütlə parametri 40 ton olsa da, xx.xx.2025-ci il tarixdə saat 13:36:17-də nəqliyyat vasitəsi M-4 yolunun 55,3-cü kilometrliyində quraşdırılan avtomobil tərəzisindən keçərkən daşıdığı yüklə birlikdə faktiki çəkisi 44940 kiloqram olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” X4 ölçmə vasitələrinin yoxlanılması haqqında ÖVY 160512 nömrəli şəhadətnamədə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:36:17-da X1 idarə etdiyi “MAN TGX 18.440 YÜK" markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisinin 44940 kiloqram olduğunu qeydə alan 9835A tipli hərəkət halında ölçmə nəzarət sistemi 02 sentyabr 2024-cü il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixinin 02 sentyabr 2025-ci il olduğu qeyd edilmişdir. X1 təqdim etdiyi xx.xx.2025-ci il tarixli 40691 nömrəli çekdə göstərilmişdir ki, “**-TH- ***” nömrəli nəqliyyat vasitəsinin çəkisi xx.xx.2025-ci il tarixdə saat 11:13:28-də 39690 kq olmuşdur. Çekdə hər hansı möhür müşahidə edilmir. X1 təqdim etdiyi videoçəkilişdən çıxarılmış fotoşəkildən görünür ki, onun idarə etdiyi “MAN TGX 18.440 YÜK" markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi elektron tərəzidə ölçülərək çəkisi 39800 kq olmuşdur. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və şikayət edən şəxsin izahatına əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, iş materiallarında olan Daxili İşlər Nazirliyinin BDYPİ-nin elektron qərarına əlavə edilmiş müşahidə kamerasının görüntülərinə əsasən xx.xx.2025-ci il tarixdə saat 13:36:17-də “MAN TGX 18.440 YÜK" markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yük avtomobillə birlikdə 44940 kq-dır. X2 tərəfindən “MAN TGX 18.440 YÜK" markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həmin şəxsin dediyinə görə, yük doldurulan yerdə və barəsində elektron qərar tərtib edildikdən sonra digər yerdə avtomobilin yüklə birlikdə çəkisinin ölçülməsi barədə sənəd təqdim edilsə də həmin sənədlər sübuit kimi qəbul edilə bilməz. Çünki nəqliyyat vasitəsi digər avtomobil tərəzilərində ölçülməmişdən əvvəl avtomobildə olan yükə hər hansı müdaxilə edilməsi, yükün çəkisini azaldılması mümkündür. Avtomobilin real olaraq həmin yüklə çəkilməsi kifayət qədər əsaslı şübhə yaranması mümkündür. Bundan başqa, “Kistler” markalı “9835A” tipli hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə saat 13:36:17-də “MAN TGX 18.440 YÜK" markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yük avtomobili hərəkət halında çəkisinin ölçülməsi real olaraq DİN-nin BDYPİ-nin qərarı və qərara əlavə edilmiş fotoşəkillərlə sübut olunur. “Kistler” markalı “9835A” tipli hərəkət halında çəki ölçmə nəzarət sistemi nəqliyyat vasitələrinin hərəkət altında çəkilməsi sahəsində ixtisaslaşmışdır, daha mötəbər və dəqiq çəki ölçmə xüsusiyyətinə malikdir. X2 xx.xx.2025-ci il tarixdə saat 13:36:17-də tarixdə idarə etdiyi “MAN TGX 18.440 YÜK" markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, icazə verilən çəki və yük həddinin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. İş materialına əlavə edilmiş hərəkət halında çəki ölçmə nəzarət sistemindən əldə olunmuş məlumata əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 40 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istifadə edilən hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə digər özəl və ya kommersiya məqsədli tərəzilər arasında bir sıra mühüm fərqlər mövcuddur. AYNA-nın tətbiq etdiyi hərəkət halında çəki ölçmə nəzarət sistemi nəqliyyat vasitələrinin çəkisinin və ox yükünün hərəkət zamanı ölçülməsini təmin edən avtomatlaşdırılmış sistemdir. Bu sistem vasitəsilə nəqliyyat vasitələri dayandırılmadan, yol örtüyünə quraşdırılmış sensorlar sayəsində ölçülür, qeydiyyat nömrəsi, hərəkət sürəti, tarix və vaxt kimi əlavə məlumatlarla birlikdə məlumatlar real vaxtda mərkəzi nəzarət sisteminə ötürülür. Bu yanaşma nəqliyyat axınının pozulmaması, ölçmələrin yüksək dəqiqliklə və insan müdaxiləsi olmadan aparılması baxımından üstünlük təşkil edir. Eyni zamanda bu sistem vasitəsilə aparılan ölçmələr hüquqi əsas daşıyır və normadan artıq çəki və ölçü ilə hərəkət edən nəqliyyat vasitələrinin barəsində inzibati tədbirlərin görülməsi üçün əsas kimi istifadə olunur. Bunun əksinə olaraq, digər özəl şirkətlər və kommersiya obyektlərində istifadə edilən tərəzilər adətən stasionar və ya portativ olur və nəqliyyat vasitəsinin dayandırılaraq tərəziyə daxil olunmasını tələb edir. Ölçmə prosesi bəzi hallarda yarıavtomatik və ya tamamilə əllə idarə olunduğundan insan faktoru və müdaxilə ehtimalı daha yüksəkdir. Həmçinin bu tərəzilərdən alınan nəticələr hər zaman hüquqi əsas daşımaya bilər və yalnız daxili nəzarət məqsədləri üçün istifadə oluna bilər. Beləliklə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən hərəkət halında çəki ölçmə sistemi texniki baxımdan daha üstün, avtomatlaşdırılmış, dəqiq və hüquqi cəhətdən etibarlı nəzarət mexanizmi kimi qiymətləndirilir. Digər tərəzilər isə daha çox kommersiya və texniki nəzarət məqsədilə istifadə olunan, lakin hüquqi cəhətdən məhdud əhatəyə malik olan ölçmə vasitələridir. Bu səbəbdən məhkəmə hazırki şikayətə əlavə edilmiş özəl şirkətlərdən əldə olunan ölçmə nəticəsini mötəbər hesab etmir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqulu, üçoxlu dartıcı ikioxlu yarımqoşqulu və üçoxlu dartıcı üçoxlu yarımqoşqulu nəqliyyat vasitələri üçün icazə verilən qabarit və çəki parametri 40 tondur. X1 etibarnamə əsasında idarə etdiyi “MAN TGX 18.440 YÜK" markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iki oxlu dartıcı və üç oxlu yarımqoşqudan ibarət olduğu müəyyən edilmişdir. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106-cı (inzibati xəta haqqında işin baxılmağa hazırlanması) maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 353.5-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar idarə edilməsinə görə - fiziki şəхslər min iki yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29754134 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X2 isə şikayətini kifayət əsaslandıracaq mötəbər faktları təqdim etmədiyindən həmin qərar dəyişdirilmədən, G.Ə.Allahverdiyevin şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilmədən Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29754134 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1739/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1739/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver