Məhkəmə qərarları › İş №3(002)-174/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-174/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-174/2024 01.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi Şikayət vermiş şəxs X3, Baş Dövlət Yol Polisi İdarəsi Vİ TAĞİM yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, X3 Baş Dövlət Yol Polis İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Baş Dövlət Yol Polis İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. X4 şikayətini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vİ Tağım Binspektoru polis baş leytenantı X2 xx.xx.2024-cii il tarixli TP ******* saylı qərar qəbil edilərək məni İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o, xx.xx.2024-cü il tarixdə, saat 13:00-da Bakı Qazax yolunun 56-cı km ərazisində “HYUNDAİ SANTA FF Minik'" markalı 77XK915 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində yol hərəkət qaydalarını pozmuşdur. Bildirir ki, heç bir qanun pozuntusuna yol verməmişdir. Belə ki, onun heç bir günahı olmamış, kamera görüntüləri çıxarılarsa günahkar olmadığı tam aşkar edilə bilər. Belə ki, hadisə baş verəndən sonra qarşı tərəf maşını yerindən tərpətmiş və bunu hadisə yerinə gələn sığorta işçisinə də etiraf etmişdir. Lakin polis əməkdaşı barəsində protokol tərtib etmiş və həmin protokolu ona təqdim edəndə görmüşdür ki, onun əsassız olaraq əks istiqamətli hərəkət zolağından çıxmadan manevr etməyinə dair protokol tərtib etmişdir. Barəsində tərtib edilmiş protokoldan narazı olmuş, lakin heç bir araşdırma aparılmadan barəsində əsassız olaraq qərar qəbul edilmişdir. Qanun pozuntusunu yol verməsinə dair ona heç bir görüntü təqdim edilməmiş və bütün bunların məhkəmə prosesində araşdırılmasını tələb edir. Əgər doğurdan da hərəkət zolağına çıxmadan manevr etmişsə bu barədə görüntüləri təqdim etsinlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci və 122-ci maddələrinə əsasən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə uyğun olaraq bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində əsasən həmin maddədə nəzərdə tutulan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən xətalar üzrə birbaşa elektron qərar çıxarılır. Protokol yalnız İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan qaydada səlahiyyətli vəzifəli şəxs bilavasitə aşkar edilən inzibati xətalar üzrə çıxarıla bilər. Barəsində inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmədiyindən, müvafıq protokolun tərtib edilməsi anlaşılmazdır. Xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edildiyi ona edilən telefon SMS-lə bildirilsə də, həmin foto və ya video materiallar elektron kabinetinə yerləşdirilməyib. Bu isə İnzibati Xətalar Məcəlləsinin 38.6-cı və 122.3.1-ci maddələrinə ziddir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vİ Tağım inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və əməlində inzibati xata tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən BDYPİ Vİ Tağım YPX baş inspektoru, polis baş leytenantı X2 bildirdi ki, Bakı-Qazax yolu 56-cı km ərazidə baş vermiş inzibati xəta hadisəsi ilə bağlı “HYUNDAİ SANTA FF Minik'" markalı 77XK915 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və manevr etmə qaydalarının pozulması halı müəyyən edildiyindən, sonuncu barəsində müvafiq protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 9 yanvar 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X4 həmin 6 yanvar 2024-cü il tarixdə, saat 13:00-da Bakı-Qazax yolu 56 km ərazidə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və manevr etmə qaydalarının pozulması halına yol vermiş və buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin gəldiyi qənaətə görə şikayətçi X4 tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və ilkin araşdırma zamanı onun vermiş olduğu izahat ilə öz təsdiqini tam olaraq tapdığından, sonuncunun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar