Məhkəmə qərarları › İş №3(002)-175/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-175/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-175/2025 30.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, xx xxxxxxx 1956-cı ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmuş X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati materiala açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* №-li 28 dekabr 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, X3 EQ 22933631 №-li 12 avqust 2024-cü il tarixli qərar üzrə inzibati cərimələri qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra etməmişdir. Buna görə barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, X3 tərəfindən inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. X1 öldüyündən iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 03 sentyabr 2020ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İXM-nin 53.1.8-ci maddəsinin tələbindən aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində 28 dekabr 2024-cü il tarixli, İXP ******* saylı protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.8-ci maddəsinə əsasən xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar