Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1759/2020 22.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Ağdam rayon, Qiyaslı kənd ərazi dairəsində, Qiyaslı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx xxxxxxx 2020ci il tarixdə saat 23:30 radələrində Şəxs Bakı şəhəri Qaradağ rayonu, Qobu-Park yaşayış kompleksində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X2 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində ƏÇPA-nın 10-cu polis bölməsinin polis nəfərləri polis serjantları Novruz Həsənov, Ruslan Bayramov, Sübhan Əhmədzadə və Cahət Musayev xidmətdə olduqları zaman Qobu-Park yaşayış kompleksinin yaxınlığında yerləşən “Qobu 3” adlanan ərazidə 2 (iki) nəfər şəxsin komendant saatı zamanı çöldə olduqlarını görüb həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib onlardan icazələrinin olub-olmamamasını soruşmuşlar və müəyyən olunmuşdur ki, həmin şəxslərin komendat saatı ilə əlaqədar çöldə və ictimai yerlərdə olamaları üçün heç bir icazələri yoxdur. Bu səbəbdən də ƏÇPA-nın 10-cu polis bölməsinin əməkdaşalrı 9696 çağırışlı avtopotrulu köməyə çağırmışlar və kömək gəldikdən sonra həmin 2 nəfər şəxsi əməkdaşlar avtopotrula əyləşdirərkən 1 nəfər başqa cavan oğlan onlara yaxınlaşaraq avtopotrulun qapısını açaraq həmin 2 nəfər şəxsi maşından düşürməyə cəhd göstərmiş, bu zaman əməkdaşlar həmin işlərinə mane olan şəxsi nizamintizama dəvət etsələr də, həmin cavan oğlan əməkdaşların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də həmin şəxslərin hər üçü 10-cu polis bölməsinə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Polis bölməsində müəyyən olundu ki, həmin şəxslər X3, X5 və Şəxsdur. Son olaraq vətəndaş R.Babəkin əməlindən səmimi peşmançılıq çəkdiyini və polis əməkdaşlarından üzr istədiyini nəzərə alaraq sonncu barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, hal-hazırda ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşamaqdadır. xx.xx.2020-ci il tarixdə Qobu-Park yaşayış kompleksinin yaxınlığında yerləşən “Qobu 3” adlanan ərazidə yaşadığı binanın qarşısında təxminən saat 23:30 radələrində polis əməkdaşlarının onun tanışları olan Nahid Xudaverdiyevi və Hüseyn Əlizadəni polis maşınına mindirdiklərini görmüş və dərhal onlara yaxınlaşaraq polis əməkdaşlarına tanışlarını buraxmalarını demiş və maşının qapısını açaraq tanışları Nahid Xudaverdiyevi və Hüseyn Əlizadəni maşından düşürmək istəmişdir. Həmin vaxt o , öz qanunsuz hərəkətlərinə davam etdiyi üçün polis əməkdaşları onuda Nahid Xudaverdiyev və Hüseyn Əlizadə ilə birlikdə Bakı şəhəri Qaradağ RPİ-nin 1-cu PB-nə gətirmişlər. Həmçinin izahatında bildirmişdir ki, özü boks üzrə peşakar idman ustasıdır və uğurlu nəticələr göstərərək müxtəlif vaxtlarda 1-ci yerə layiq görülmüşdür. Sonuncu dəfə yarışların birində başından aldığı zərbə nəticəsində gözlərinin görməsində çətinlikər yaranmış və bu səbəbdən də 3(üç) dəfə ağır göz əməliyyatı keçirmişdir. Etdiyi əməlindən peşmandır, utancaqlıq hissi keçirir və polis əməkdaşlarından üzür istəyir. Hazırda əməlindən peşman olduğunu, himayəsində 2 (iki) azyaşlı uşağının və yaşlı anasının olduğunu, ali təhsilli olduğunu, peşakar idmançı olduğunu, 3(üç) dəfə ağır göz əməliyyatı keçirdiyini, bir daha analoji hallara yol verməyəcəyini və polis əməkdaşlarından üzr istədiyini nəzərə alınaraq barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin DİN-ə bilavasitə tabe olan Əlahiddə Çevik polis alayının patrul bölüyü polis serjantı X11 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 23:30 radələrində ƏÇPA-nın 10-cu polis bölməsinin polis nəfərləri polis serjantları Novruz Həsənov, Ruslan Bayramov, Sübhan Əhmədzadə ilə birlikdə “Qobu- Park” yaşayış massivində xidmətdə olarkən “Qobu-3” adlanan ərazidə komendant saatı zamanı 2 (iki) nəfər şəxsin həmin ərazidə salınmış parkın yanında dayandıqlarını görüb onlara yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək vətəndaşlara komendant saatını pozduqlarını və nə üçün evlərindən kənarda olduqlarını bildirdikdə həmin şəxslər buna məhəl qoymaraq onların qanuni tələblərinə tabesizlik göstərmiş və heç bir yerə getməyəcəklərini bildirmişlər. Bu zaman onlar dərhal 9696 çağırışlı avtopatrulu köməyə çağırmışlar və kömək gıldikdən sonra həmin şəxsləri avtopatrula əyləşdirərkən başqa bir şəxs onlara yaxınlaşıb hörmətsizlik nümayiş etdirərək və onların qanuni tələblərinə məhəl qoymadan qapını açaraq sonuncuları maşından düşürməyə cəhd göstərmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət etsək də, o öz qanunsuz hərəkətlərini davam etməkdən əl çəkməmişdir. Bundan sonra həmin şəxs də polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərdiyinə görə avtopatrula mindirilmiş və hər üç şəxs 10-cu polis polis bölməsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Polis Bölməsində həmin şəxslərin xx.xx.1986-cı il təvəllüdlü Şəxs, X4 və X5 və olduqları məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik polis alayının patrul bölüyü polis kiçik serjantı X6 şahid X7 izahatı ilə eyni məzmunlu oxşar izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli inzibati xəta törətmiş şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.1986-cİ il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə saat 01:30-da Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X1 tərəfindən inzibati qaydada tutulmuşdur. xx.xx.2020-ci il tarixli elektron-portaldan çıxarışdan görünür ki, xx.xx.1986-ci il doğumlu Şəxs, həqiqətən də Ağdam rayonunda anadan olmuş və Ağdam rayon, Qiyaslı kənd ərazi dairəsində, Qiyaslı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Gənclər İdman və Turizm Nazirliyi tərəfindən verilmiş 1135 saylı, xx.xx.2020-ci il tarixli əmrdən görünür ki, Şəxs “Boks” idman növü üzrə “İdman ustası” adı verilmişdir. 115385 nömrəli X17 diplomun surətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını müvəffəqiyyətlə başa vurmuşdur. Azərbaycan Respublikası Gənclər İdman və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş və Beynəlxalq səviyyədə təşkil olunan idman oyunları zamanı təqdim olunan fəxri fərman və diplomların surətindən görünür ki, Şəxs boks idman növü üzrə uğurlu nəticələr göstərərək müxtəlif vaxtlarda 1-ci yerə layiq görülmüşdür. AZE 12577737 və AA0419564 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X12 xx.xx.2013-cü ildə, X13 isə xx.xx.2016-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Qobu-Park yaşayış kompleksinin yaxınlığında yerləşən “Qobu 3” adlanan ərazidə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi əməlindən səmimi peşmançılıq çəkməsini, ali təhsilli olmasını, Boks idman növü üzrə İdman ustası adına layiq görülməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və o, məhkəmə iclas zalında dərhal buraxılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal buraxılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1759/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1759/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver