Məhkəmə qərarları › İş №3(002)-1760/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1760/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1760/2024 05.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, 28 avqust 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin DYPŞ-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* saylı 17 may 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 24 yanvar 2024-cü il tarixli EQ /19119339 saylı protokol üzrə qəbul edilmiş inzibati cərimə növündə qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra etməmişdir. Buna görə də onun barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmənin 27 iyun 2024-cü il tarixli iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, inzibati xətanın törədildiyi vaxt “Toyota Land-Cruiser” markalı, ** PH *** dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsi onun tərəfindən deyil başqa şəxs tərəfindən idarə olunmuşdur. Barəsində qəbul edilmiş qərarı mübahisələndirmiş və bununla bağlı hal-hazırda Bakı şəhəri Binəqədi rayon Məhkəməsində aradşrıma aparılır. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 3(001)-3865/2024 saylı xx.xx.2024-cü il tarixli qərar ilə EQ/19119339 nömrəli xx.xx.2024-cü il tarixli protokol (qərar) ləğv edilmişdir. Nəqliyyat vasitəsinin Şəxs tərəfindən idarə edilmədiyi öz təsdiqini tapmışdır. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə rəsmi rəsmi məlumat verilsə də qeyd olunan tərəf məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verilməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından o inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3865/2024 saylı qərarı ilə Şəxs şikayəti qismən təmin edilərək Bakı şəhəri DYPİ-nın 24 yanvar 2024-cü il tarixli EQ/19119339 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Göründüyü kimi Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilməsinə əsas olmuş EQ/19119339 nömrəli qərar ləğv edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi hazırki iş üzrə Şəxs əməlində inzibati xəta tərkibinin olmaı öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 17 may 2024-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar