Məhkəmə qərarları › İş №3(002)-1761/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1761/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1761/2025 04.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı X3, Şikayət vermiş şəxs X5 iştirakı ilə, Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin polis leytenantı X8 tərəfindən qəbul edilmiş 13 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1i ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan X9 şikayətlə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə müraciət edərək Qaradağ RPİ-nin DYPŞ-nin polis leytenantı X8 tərəfindən qəbul edilmiş 13 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X9 şikayətində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə 125 saylı marşrut xətti üzrə **- JU-*** DQN-İı "BMC-Procity" markalı sərnişin avtobusu ile saat 14:30-da Lökbatan qəsəbəsi istiqamətində təyin olunmuş marşrut xətti üzrə hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən **-JJ-*** DQN-li "İSUZU" Yük markalı avtomobilin sürücüsü qəfildən qoşa xətti tapdalayaraq idarə etdiyim avtobusu vuraraq yol-nəqliyyat hadisəsi törətdi. Dərhal DİN-nin 102 zəng mərkəzinə məlumat verib hadiseni qeydiyyata aldırdım. Hadisə yerinə Qaradağ rayon DYPŞ-nin polis leytenantı X8 yaxınlaşaraq sənədlərimizi aldı və Qaradağ rayon DYPŞ-ne yaxınlaşmağımızı bildirdi. xx.xx.2025-ci il tarixində saat 15:00-da Qaradağ rayon DYPŞ-nə yaxınlaşdım və məni Qaradağ rayon DYPŞ-nin Polis leytenantı X8 qəbul edərək hadisə barədə yazılı izahat verməyimi və günahsız olduğum halda hadisənin günahkarı kimi faktı etiraf etməyimi tələb etdi. Bu zaman mən ondan TŞ kamerasından olan videogörüntünü mənə göstərməsini tələb etdim və görüntüdəndə aydın şəkildə mənim günahım olmadığı görülməkdədir. Möhtərəm hakim, Qaradağ rayon DYPŞ-nin polis leytenantı X6 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarı tamamilə qanunsuz hesab edirəm. Belə ki, mən idarə etdiyim **-JU-*** DQN-İi "BMC" markalı sərnişin avtobusunda quraşdırılmış təhülkəsizlik kameralarında yuxarıda qeyd etdiyim hadisənin baş vermə anı tam olaraq əks olunub. Videoda tam aydın şəkildə görünür ki, **-JJ-*** DQN-li avtomobilin sürücüsü yuxarıda qeyd etdiyim formada qoşa xətti kobud şəkildə pozaraq mənim idarə etdiyim avtobusu vurur və hadisə baş verir. "xxxx" MMC-nin X1 şöbəsi tərəfindən hadisə araşdırılan zaman mənim günahsız olmağım öz təsdiqini tapdı. Lakin, inspektor tərəfindən aparılmayan araşdırma və verilən ədalətsiz qərar, baş vermiş hadisədə avtobusa dəymiş maddi ziyanın məndən tutulması ilə nəticələnəcək. İnspektor tərəfindən mənim bütün hüquqlarım pozuldu və eyni zamanda maddi cəhətdən mənim vəziyyətimi daha da pisləşdirdi. Möhtərəm hakim, nəzərinizə çatdırmaq istəyirəm ki, "xxxx" MMC-nin sifarişi əsasında istehsalçı tərəfindən sərnişin avtobuslarında quraşdırılmış videoqeydiyyatçıda hadisənin necə olması və nə cür baş verməsi tam olaraq əks olunub. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin, yəni Təqsirsizlik prezumpsiyası prinsiplərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və ən əsası 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə esasen inspektor şəxsi mülahizələri və şübhələri mütləq şəkildə mənim xeyrimə həll edilməli idi. Çünki, ortada hadisənin fərqli halda baş verməsini əks etdirən bir video görüntü yoxdur, nəinki görüntü, ümumiyyətlə mənim təqsirimi sübuta yetirə biləcək sübut yoxdur. Əvəzində isə hadisənin mən dediyim kimi baş verməsini əks etdirən videogörüntü, hadisəni "xxxx" MMC-də araşdıran Hüquq sektorunun təqdim etdiyi sübutlar var. Diqqətinizə bir daha çatdırıram ki, Qaradağ rayon DYPŞ-nin leytenantı X7 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarı xx.xx.2025-ci il tarixdə götürmüşəm. Azərbaycan Respublikası İXM-nin və 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə verilən şikayətə və protestə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunduğu təqdirdə qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 53.1.1 ve 53.1.2-ci və 128,136-cı maddələrini rəhbər tutaraq Qaradağ RPİnin DYPŞ-nin polis leytenantı X8 tərəfindən qəbul edilmiş 13 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X9 şikayət ərizəsini təsdiq edərək bildirmişdir ki, Lökbatan istiqamətində gedərkən idarə etdiyi avtobusu dayanacaqdan hərəkətə başlayarkən sol tərəfdən “İSUZU” markalı yük avtomobili onun sürdüyü avtobusu sürtərək keçmiş və sol yan işığını zədələmişdir. Hesab edir ki, düzgün qərar qəbul olunmayıb. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı X4 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki,sürücü sərnişin avtobusunu zolaqlar üzrə düzgün idarə etməyib. Xətti tapdalayıb və yük maşınının zolağına keçmişdir. Yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, hərəkətə başlayan sürücü hərəkətdə olan avtomobilə yol verməlidir. Qeyd olunan hadisənin videogörüntüləri də bunu bir daha təsdiq edir. Odur ki şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti, iş materiallarını və hadisənin videogörüntüsünü araşdırararq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 13 avqust 2025-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X9 12 avqust 2025-ci il tarixdə saat 14:30 radələrində Lökbatan qəsəbəsi, 28 May küçəsində BMC PROCİTY 12M AVTOBUS markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə İXM-nin 327.1-ci maddəsinin tələbini pozmuş və 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında mübahisələndirməyən fotoşəkillərdən və videogörünütüdən də aydın olur ki, qeyd olunan avtobus həqiqətən də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X9 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair də hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin polis leytenantı X8 tərəfindən qəbul edilmiş 13 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar