Məhkəmə qərarları › İş №3(002)-1762/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1762/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1762/2025 09.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə ünvan 1 ünvanında yerləşən "xxxx"MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx"MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 19 avqust 2025ci il tarixli 00100-02406/25 №-li protokoldan aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/000766 nömrəli xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasen "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 21 (iyirmi bir) gömrük bəyannaməsi üzrə 2049.01 (iki min qırx doqquz dollar bir sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsindən hüquqi şəxs "xxxx" MMC-nin ünvanına "konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair 3-33-1100/2-006761/2024 nömrəli xx.xx.2024-cü il tarixli xəbərdarlıq və 3-33-1100/2-007451/2024 nömrəli xx.xx.2024-cü il tarixli bildiriş məktubları göndərilmişdir. Aparılmış araşdırma nəticəsində hüquqi şəxs "xxxx" MMC müxtəlif şirkətlər ilə bağlanılmış müqavilələrə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2021-ci il tarixli **********9197 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********8358 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli **********2985 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********8268 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********8540 sorğu nömrəli xx.xx.2018-ci il tarixli **********5468 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********501 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********9157 sorğu nömrəli, xx.xx.2019-cu il tarix **********7916 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********5234 sorğu nömrə xx.xx.2020-ci il tarixli **********7610 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********586 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********7443 sorğu nömrəli, xx.xx.2024-ci il tari **********9612 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********0654 sorğu nömre xx.xx.2024-cü il tarixli **********5425 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********23 sorğu nömrəli, xx.xx.2024cü il tarixli **********4328 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********6501 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********8630 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********0654 sorğu nömrəli gömrük bəyannamələri üzrə malları ümumilikdə 2049.01 ABŞ dolları məbləğində pul vəsaiti Azerbaycan Respublikasının Azerbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət neticəsində qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, **********9197 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğlərə görə inzibati tənbeh vermə müddəti xx.xx.2023-cü il tarixində, **********8358 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğlərə görə inzibati tənbeh vermə müddəti xx.xx.2023-cü il tarixində, **********2985 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğlərə görə inzibati tənbeh vermə müddəti xx.xx.2019-cu il tarixinde **********8268 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğlərə görə inzibati tənbeh vermə müddəti xx.xx.2021-ci il tarixində, **********8540 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğlərə görə inzibati tənbeh vermə müddəti xx.xx.2021-ci il tarixində, **********5468 sorğu nömrəli xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğlərə görə inzibati tənbeh vermə müddəti xx.xx.2019-cu il tarixində, **********5019 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğlərə görə inzibati tənbeh vermə müddəti xx.xx.2021-ci il tarixində, **********9157 sorğu nömrəli xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğlərə görə inzibati tənbeh vermə müddəti xx.xx.2020-ci il tarixində. **********7916 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğlərə görə inzibati tənbeh vermə müddəti xx.xx.2021-ci il tarixində, **********5234 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğlərə görə inzibati tənbeh vermə müddəti xx.xx.2021-ci il tarixində, **********7610 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğlərə görə inzibati tənbeh vermə müddəti xx.xx.2021-ci il tarixində, **********5860 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğlərə görə inzibati tənbeh vermə müddəti xx.xx.2021-ci il tarixində bitmimişdir. DGK-nın X1 Sisteminin "Maliyyə əməliyyatları" bölməsinin "konsiqnasiya nəzarət" altbölməsindən əldə edilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, "xxxx"MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********7443 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********9612 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********5425 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********2346 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********4328 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********6501 sorğu nömrəli və xx.xx.2023-cü il tarixli **********8630 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilmiş mallar müqabilində valyuta vəsaitləri malların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesaba köçürülməsi təmin edilmişdir. **********0654 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə isə qayıtmayan məbləğ 1204.98 ABŞ dolları təşkil edir. Həmin tarixdə 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 1204.98 ABŞ dolları milli valyutaya nisbətdə 2048.46 AZN təşkil edir. "xxxx"MMC tərəfindən bağlanan müqavilə üzrə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, 1204.98 ABŞ dolları milli valyutaya nisbətdə 2048.46 AZN xarici valyuta vəsaitini xaricdən qaytarmama faktına görə hadisədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddesinde nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin qeyd hissəsinə əsasən "az miqdarda" dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33- 1100/012/000766 nömrəli xx.xx.2025-ci il tarixli raport, 3-33-1100/2- 006761/2024 nömrəli xx.xx.2024-cü il tarixli xəbərdarlıq və 3-33-1100/2-007451/2024 nömrəli xx.xx.2024-cü il tarixli bildiriş məktubları, çıxarış-hesabatlar və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsidir. "xxxx"MMC-nin fəaliyyəti alüminium ərintisindən külçələrin istehsalı və ixracından ibarətdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarili **********7443 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********9612 sorğu nömrəli, 13.05.202 cü il tarixli **********5425 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********2346 sorğu nömre xx.xx.2024-cü il tarixli **********4328 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********6501 sor nömrəli və xx.xx.2023-cü il tarixli **********8630 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixra edilmiş mallar müqabilində valyuta vəsaitləri malların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesaba köçürülməsi təmin olunsa da, **********0654 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə isə 1204.98 ABŞ dolları məbləğində valyuta vəsaiti yanlış invoys əsasında başqa bəyannamə üzrə ixrac edilən malın müqabilində bank hesabına köçürülmüşdür. 1204.98 ABŞ dolları məbləğində valyuta vəsaitinin məhz **********0654 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində köçürüldüyünü təsdiq edən sənədin bank tərəfindən əldə edilməsi mümkün deyil, çünki həmin ödəniş başqa invoys əsasında, başqa bəyannamə üzrə köçürülmüşdür. "xxxx"MMC **********0654 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə ixrac edilən mallara dair bank sənədini səhv göndərdiyinden **********0654 sorğu nömrəli xx.xx.2024- il tarixli gömrük bəyannaməsi üzrə 1204.98 ABŞ dolları məbləğində qalıq borc qalmaqdadır. Tətbiq olunacaq cəriməni ödəmək niyyətindəyik. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 483-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx"MMC-nin nümayəndəsi X3 şirkət barəsində tərtib edilmiş protokolu qəbul etməyərək öz izahatında bildirmişdir ki, protokolda qeyd olunan əksiklik bank xidməti hesabına, yəni bank tərəfindən komissiya haqqı kimi tutulmuş məbləğlərdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, "xxxx" MMC –nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə “"xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə baxışı zamanı təqdim etdiyi sənədlərdən aydın olur ki, X8 Roertrain Şirkəti tərəfindən xx.xx.2024-cü il tarixdə “X6” bankına 353-354-355-357-361 nömrəli invoys Alüminium A333 dəyəri 331855.92 ABŞ dolları olmasına baxmayaraq xx.xx.2024-cü ildə dəyəri 333060.90 ABŞ dolları pul köçürülmüşdir. Yəni 1204.98 ABŞ dolları artıq ödəniş olmuşdur. Həmin artıq ödəməni 360-362-363 nömrəli invoysun 196125.60 ABŞ dolları olmasına baxmayaraq 28. 06.2024-cü il tarixdə 194920.62 ABŞ dolları köçürülmüş, yəni 1204.98 ABŞ dolları əskik koçürülmüşdür. Həmin əskik köçürülmüş 1204.98 ABŞ dolları xx.xx.2024-cü ildə artıq köçürülmüş vəsaitlə bağlanmışdır. Belə nəticəyə gəlinir: 1) 353 354 355 357 361 nömrəli invoysun cəmi 331855.92 ABŞ dolları köçürülüb 333060. ABŞ dolları artıq ödəniş 1204.98 ABŞ dolları 2). 360 362 363 nömrəli invoysun cəmi 196125.60 ABŞ dolları köçürülüb, 1949320.6 ABŞ dolları az ödəniş 1204.98 ABŞ dolları X8 Roertrain Şirkəti tərəfindən tam köçürülmüşdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin (VÖEN: **********) 19 avqust 2025-ci il tarixli 00100-02406/25 №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar