Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1765/2022 12.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi Şəxs iştirakı ilə, xx xxx 1987-ci ildə Şamaxı rayonunda doğulmuş, Qobustan rayonu, Şıxzahırlı kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri, Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 24 noyabr 2022-ci il tarixli İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 22 noyabr 2022-ci il tarixdə, saat 22:10-da “Hyundai 30” minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qaradağ rayonu ərazisində saxlanılaraq xüsusi texniki vasitə ilə tibbi müayinədən keçirilərkən onda spirtli içki istifadə olunması nəticəsində yaranan sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Buna görə də onun barəsində həmin gün saat 22:10 radələrində İXM-nin 333.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək 22 noyabr 2022-ci il tarixdə “Hyundai 30” minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etdiyini bildirmiş, məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. O öz izahatına onu da əlavə etmişdir ki, maddi durumu zəif olmaqla ailəsini sürücülük fəaliyyəti ilə dolandırır, himayəsində üç azyaşlı uşağı var, sürücülük hüququndan məhrum olunsa ailə yeganə qazanc mənbəyini itirəcək. Bundan başqa yol polisi əməkdaşları onu saxlayarkən polisə qarşı heç bir müqavimət göstərməmiş, özünün içkili olduğunu könüllü etiraf etməklə tibbi müayinədən keçmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Qaradağ RPİ-yə məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 24 noyabr 2022-ci il tarixli İXP ******* saylı protokoldan aydın olur ki, Şəxs Şəxs 22 noyabr 2022-ci il tarixdə “Hyundai 30” minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qaradağ rayonu ərazisində saxlanılarkən tibbi müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu olduğu məlum olmuşdur. Buna görə də onun barəsində həmin gün saat 22:10 radələrində İXM-nin 333.1 maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na dair 22 noyabr 2022-ci il tarixli 2/38940 saylı aktdan aydın olur ki, Şəxs həmin gün saat 22:05 radələrində tibbi müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş “Təlimata 16 saylı əlavə, Avtonəqliyyat vasitəsinin saxlanma qəbulu barədə” aktdan aydın olur ki, Şəxs məxsus “Hyundai 30” minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 22 noyabr 2022-ci il tarixdə, saat 20:25 radələrində duracağa gətirilmiş, 28 noyabr 2022-ci il tarixdə isə Şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin ailəli olmaqla himayəsində üç azyaşlı övladının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov.
Məhkəmə qərarları › İş №3(002)-1765/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1765/2022
12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver