Məhkəmə qərarları › İş №3(002)-1766/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1766/2022

30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1766/2022 30.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Polis İdarəsindən daxil olmuş 24 noyabr 2022-ci il tarixli, 069-19629 nömrəli məktubda göstərilmişdir ki, vətəndaş Şəxs barəsində qəbul edilmiş 23 fevral 2022ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərara baxılmış, inzibati iş yenidən araşdırılmışdır. Vətəndaşlar şöbəyə dəvət olunaraq yenidən izahatları alınmış, məlum olmuşdur ki, vətəndaş Şəxs 12 fevral 2022-ci il tarixdə Xəzər markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vaistəsini idarə edərkən manevretmə qaydasını pozaraq sağdan düzünə hərəkət edən vətəndaş X1 idarə etdiyi “İnfiniti” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, barəsində İXM-nin 327.1-ci maddəsi ilə İXp ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat məbləğində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. “X3” Azərbaycan Respublikası Qanunun 42-ci madəsinin 10-cu bəndinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Odur ki, hadisədə günahkar olduğu üçün vətəndaş Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsaslı olduğu sübuta yetmişdir. Həmin məktubda daha sonra vətəndaşın izahatının, hadisə yerinin fotoşəkillərinin baxılması üçün Məhkəməyə göndərilməsi qeyd edilmişdir. Məhkəmə, qeyd edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, material Qaradağ rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, araşdırma zamanı yuxarıda qeyd olunan inzibati işlə bağlı Qaradağ rayon Məhkəməsinin icraatında hər hansı bir material olmadığı aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 102, 103 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati material Qaradağ rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar