Məhkəmə qərarları › İş №3(002)-1767/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1767/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1767/2022 29.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ünvanını bilmədiyi mənzildə kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən, borclu Şəxs Qaradağ rayon məhkəməsinin 2(002)-1110/2020 saylı, 16 iyun 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə sonuncunun barəsində 29 noyabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edərək Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1110/2020 saylı, 16 iyun 2020-ci il tarixli icra vərəqəsiniə əsasən iddiaçı X4 cavabdeh Şəxs qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək 16 may 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X6 16 mart 2020-ci il tarixdən başlayaraq iddiaçı X4 xeyrinə hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icraata daxil olduqdan sonta tələbin könüllü icrası haqqında bildirişlə birlikdə cavabdehə göndərilmiş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu indiyədək aliment borcundan hər ay 190 manat (170 manat aliment borcu, 20 manat qalıq borcdan) ödəniş etmiş, lakin son üç ayda ödəniş etməmiş və ümumilikdə borclunun 2420 manat aliment borcu qalmaqdadır. Hal-hazırda, yəni hazırki məhkəmə gedişatında isə borclu aliment borcundan yenə də 600 manat ödəniş etmişdir. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 öz izahatında bildirmişdir ki, borclunun imkanı özünün iddia etdiyindən qat-qat artıq olmaqla aliment borcunu qəsdən son üç aydır ki, ödəmir. Hal-hazırda, yəni hazırki məhkəmə gedişatında isə borclu aliment borcundan yenə də 600 manat ödəniş etmişdir. Lakin o, bunun kifayət etmədiyini və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Hal-hazırda anası və tələbə qardaşı onun himayəsində olmaqla rəsmi olaraq heç bir yerdə işləmir, şərait yaradılcağı təqdirdə hər ay aliment borcundan ən azı 200-300 manat ödəniş edəcəyini bildirmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, əvvəllər aliment borcundan hər ay mütəmadi olaraq ödənişlər etmiş, lakin son üç ayda imkanı ümumiyyətlə olmadığı üçün ödəniş edə bilməmişdir. Hal-hazırda, yəni hazırki məhkəmə gedişatında isə yenə də aliment borcundan 600 manat ödəniş etmişdir. Ona şərait yaradılacağı təqdirdə qalan aliment borcunu da qısa müddətdə ödəyəcəkdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış aliment borclarından xəbəri olmaqla icra sənədini tam icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 29 noyabr 2022-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, o cümlədən borclu Şəxsnın yaranmış aliment borcunu ödəməyə cəhd göstərməsini və hal-hazırda aliment borcundan daha 600 manat ödəniş etməsini, rəsmi heç bir yerdə işləməməklə müvafiq gəlirə malik olmasına dair heç bir sübutun olmamasını və aliment borcundan müəyyən ödənişlər etməklə yaranmış aliment borcunu qısa müddətdə ödəməsinə söz verməsini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar