Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1770/2025 26.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Qaradağ rayonu, Şubanı-1 hərbi şəhərcik ünvanında qeydiyyatda olmaqla deməsinə görə ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X10, borclu Şəxs barəsində 26 avqust 2025-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)-1543/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin icra məmuru X10 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1543/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, 29 mart 2012-ci il təvəllüdlü X5 və 26 iyun 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs 05 may 2022-ci il tarixdən başlayaraq iddiaçı X2 xeyrinə hər ay bir uşağa görə 250 (iki yez əlli) manat, iki uşağa görə 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, 05 iyul 2022-ci il tarixdə qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu 01 dekabr 2022-ci il tarixdən 2024-cü ilin mart ayına qədər yəni rəsmi qaydada işlədiyi dövrdə tələbkara heç bir borcu olmamışdır. Aliment borcunu vaxtlı-vaxtında ödəmişdir. Lakin 2024-cü ilin mart ayından işdən çıxdıqdan sonra müəyyən ödənişlər etsədə bu günə beş min doqquz yüz manat aliment borcu yaranmışdır. Borclunun deməsinə görə sonuncu dəfə iki ay öncə tələbkara iki yüz manat pul ödəmişdir. Bundan başqa borclu icra şöbəsinə də heç bir məlumat vermədən iki aydan çoxdur ki ölkə hüdudlarından kənara çıxmışdır. Buna görə də barəsində axtarış işi açılmışdır. Bu gün yəni 26 avqust 2025-ci il tarixdə ölkəyə qayıdarkən X13 X9 saxlanılaraq Qaradağ rayon İcra şöbəsinə gətirilmişdir. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X3 öz izahatında özünün üçüncü qrup əlil olduğunu, borclunun 2024-cü ildə rəsmi işdən ayrıldıqdan sonra aliment borcundan çox az ödənişlər etdiyini, bu günə beş min doqquz yüz manat aliment borcu yığıldığını bildirmişdir. Əlavə olaraq borclunun maddi vəziyyətini nəzərə alaraq hər ay üç yüz manat aliment borcunun ödənilməsinə razı olduğunu bildirmişdir. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq borclunun barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Hal-hazırda heç bir yerdə işləmir. 2024-cü ilin mart ayınadək Azərbaycan Respublikası Silahı Qüvvələrində “052” saylı hərbi hissədə gizir rütbəsində xidmət etmişdir. 2016-ci ilin aprel döyüşlərində və sonuncu ikinci Qarabağ döyüşlərində iştirak etdiyini, üç dəfə yaralandığını, on üç dəfə medalla təltif edildiyini, ruhi əsəb dispanserində müalicə aldığını, hal-hazırda imkanının olmadığını, işləmək üşün Rusiya Federasiyasına getdiyini, lakin orada da işlərinin baş tutmadığı üçün yenidən dostlarının ona bilet alaraq vətənə yola saldıqlarını, heç bir qazanc və əlavə gəlir yerinin olmadığını, qazi olduğu üçün səksən manat aylıq pensiya aldığını, bundan başqa heş bir gəlir yerinin olmadığını, bu ilin sentyabr ayının sonlarına yaxın iki yüz manat ödəyə biləcəyini, ondan sonra hər ayın iyirmi-iyirmi beşi aralığı üç yüz manat pul ödəyə biləcəyini bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, xəstəliyi ilə bağlı yaxın müddətdə əlillik dərəcəsi təyin edilməlidir. Bundan sonra isə aliment borcunu tam olaraq ödəyəcəkdir. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış aliment borclarından xəbəri olmaqla icra sənədini tam icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 26 avqust 2025-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, o cümlədən Şəxsnın ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, aliment borcundan bu günədək müəyyən ödənişlər etməsini, hal-hazırda hər hansı bir gəlirə və ya qazanca malik olmasına dair sübutların olmamasını, Vətən Müharibəsi iştirakçısı olmaqla dəfələrlə təltif edilməsini və yaralanmasını, eləcədə tərəflər arasında aliment ödənilməsi ilə bağlı müəyyən razılaşmanın əldə edilməsini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1770/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1770/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver