Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1771/2024 20.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, X7 katibliyi ilə, Qaradağ rayon Pİ 10-cu Polis şöbəsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 18 iyun 2024-cü il tarixdə, saat 12.55 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində 9-cu sıranın girişində X5 məxsus dəyəri 400 manat təşkil edən motosikletin elektrik qidanlandırıcısını talamaqla ələ keçirmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 10-cu Polis şöbəsinin sahə rəisi X2 tərəfindən inzibati xəta haqqında MN ******* saylı xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 18 iyun 2024-cü il tarixində “Meyvəli” bazarında alış-veriş etdikdən sonra Sədərək ticarət mərkəzinə keçmiş və sıraların birində qarşısına yiyəsiz qalmış generator çıxmışdır.O, həmin generatoru götürərək evə aparmışdır.Həmin generatorun kiməsə məxsus olmasını bilməmişdir.Əməlindən peşmandır.Hal-hazırda generatoru zərərçəkmiş şəxsə qaytarmış və onunla barışmışdır.İşə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında bildirmişdir ki, Sədərək ticarət mərkəzində ticarətlə məşğul olur.18 iyun 2024-cü il tarixdə günorta radələrində şarjda olan özünə məxsus motosikletin elektrik qidanlandırıcısının oğurlandığını müəyyən etmiş və bununla bağlı polisə müraciət etmişdir.Sonradan həmin şəxs müəyyən edilmiş və elektrik qidalandırıcısı ona qaytarılmışdır.Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir.İşə xitam verilməsini xahiş edir. İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxs X5 dəymiş ziyan ödənilmişdir və onun Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs özgəsinin əmlakını dələduzluq yolu ilə talamış və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə tövsif olunmalı və inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxslə barışdığından, başlanmış icraata isə xitam verilməlidir Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və vurulmuş ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxslə barışdığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1771/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1771/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver