Məhkəmə qərarları › İş №3(002)-1772/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1772/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1772/2025 26.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis leytenatı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyat olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis leytenatı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis leytenatı X4 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 26 avqust 2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı əsasında tərtib etmişdir. Həmin qərardan və aparılmış inzibati araşdırmadan aydın olmuşdur ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuş və onda Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asililiq sindromu, yəni narkomaniya xəstəliyi aşkar olmuşdur. Aparılmış müayinə zamanı Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu müəyyən edilmişdir. Eləcə də inzibati araşdırma zamanı Şəxs hal-hazırda da narkotik və psixotrop maddələrin istehlakı ilə məşğul olduğunu bir daha etiraf etmişdir. Bütün bunlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 26 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək bildirmişdir ki, əvəllər CM-nin 234.1-ci maddəsi ilə iki il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərarı ilə beş ay səkkiz gün cəzadan vaxtından əvvəl azad edilmişdir. Arabir şəxsi istifadəsi üçün narkotik və psixotrop maddələrdən istifadə etmişdir. O öz izahatında səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 26 avqust 2025-ci il tarixli, 5236 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. İş materiallarında olan Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş 26 avqust 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının nəticə hissəsinə əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surətinin Şəxsbarəsində İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Qaradağ RPİnin 10-cu PŞ-nə həvalə edilməsi, materialın saxlanılması üçün Qaradağ RPİ-nin 10-cu PŞ-nin arxivinǝ təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının CM-nin 234.1-ci maddəsinə əsasən təyin etdiyi 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli qərarından aydın olur ki, Şəxs İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək narkomaniyadan məcburi müalicəyə cəlb edilməklə cərimə cəzasına məhkum edilmişdir. Göründüyü kimi şəxs barəsində çıxarılmış tənbeh tədbirindən nəticə çıxarmayaraq və barəsində təyin edilmiş məcburi müalicəyə cəlb edilmədən yenidən eyni xarakterli inzibati pozuntunu qəsdən törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və barəsində narkomaniyadan məcburi müalicənin olmasını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. Həbs müddətinin əvvəli 26 avqust 2025-ci il tarixdən, saat 18:15-dən hesablansın.

3. Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.

4. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PB-nə həvalə edilsin.

5. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar