Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-178/2021 05.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X9. LTD» şirkətinin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, «X9. LTD» şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə «X9. LTD» şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 22 dekabr 2020-ci il tarixli, 00100-2376/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9., LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına Koreya Respublikasından WG440GW nömrəli nəqliyyat vasitəsi ilə SEGU2603804 nömrəli konteynerdə 17-AZE-012 nömrəli 11.09.2020-ci il tarixli invovs üzrə idxal edilmiş və **********2956 sorğu nömrəli 29.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə 30.10.2020-ci il tarixində İpək Yolu gömrük terminalında baxış zamanı gömrük orqanına bəyan edilən yüklərdən əlavə, gömrük orqanına bəyan olunmayan 1 ədəd istifadə olunmuş, üzərində “Bosch GSB 10RE professional” sözləri yazılmış usta aləti direl, 1 ədəd istifadə olunmuş, üzərində “Electronic Sensor 4V4H, KC-951B Koseco” sözləri yazılmış usta aləti və 1 ədəd istifadə olunmuş, üzərində “İNTAKE, Made in China” sözləri yazılmış kompressor yükləri aşkar edilmişdir. Araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan 1 ədəd istifadə olunmuş, üzərində “Bosch GSB 10RE professional” sözləri yazılmış usta aləti direl, 1 ədəd istifadə olunmuş, üzərində “Electronic Sensor 4V4H, KC-951B Koseco” sözləri yazılmış usta aləti və 1 ədəd istifadə olunmuş, üzərində “İNTAKE, Made in China” sözləri yazılmış kompressor yüklərinin hər birinin avrı-avrılıcıda və ümumilikdə 29.10.2020-ci il tarixə orta bazar qiymətinin öyrənilməsi ücün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006-22/008684 saylı 12.11.2020-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş, həmin Mərkəzin 9/5092 nömrəli 17.12.2020-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda istifadədə olunmuş alətlərin ümumilikdə 30.10.2020-ci il tarixə orta bazar qiymətinin təxminən 450,00 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, Dövlət Gömrük Komitəsi və onun strukturuna daxil olan bölmələr öz səlahiyyətləri çərçivəsində gömrük rüsum və ödənişlərini toplamaq ilə yanaşı eynilə gömrük nəzarətini də müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçirir. Müvafiq olaraq gömrük nəzarəti qanunvercilikdə nəzərdə tutulan üsul və vasitələr ilə yerinə yetirilməkdədir. Malların gömrük ərazisinə gətirilərkən bəyan edilməsi qaydalarından irəli gələrək idxalatçılar gömrük orqanlarına malları şifahi, kağız üzərində yazılı, yaxud elektron formada bəyan edirlər. Bəyannamə tərtib edilərkən idxalatçılar tələb olunan məlumatları faktiki idxal etdikləri mallara uyğun təqdim etməyə borcludurlar. Bu qaydaların tələblərini pozaraq mallara dair məlumatları düzgün təqdim edilmədiyi təqdirdə bu malların predmetinin dəyərindən asılı olaraq, inzibati və cinayət məsuliyyətinə səbəb olur. X9. LTD» şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına Koreya Respublikasından WG440GW nömrəli nəqliyyat vasitəsi ilə SEGU2603804 nömrəli konteynerdə 17-AZE-012 nömrəli 11.09.2020-ci il tarixli invoys üzrə idxal edilmiş və **********2956 saylı 29.10.2020- ci il tarixli GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zamanı, gömrük orqanına bəyan edilən yüklərdən əlavə, gömrük orqanına bəyan olunmayan 1 ədəd istifadə olunmuş, üzərində “Bosch GSB 10RE professional” sözləri yazılmış usta aləti direl, 1 ədəd istifadə olunmuş üzərində “Electronic Sensor 4V4H, KC- 951B Koseco” sözləri yazılmış usta aləti və 1 ədəd istifadə olunmuş , üzərində “İntake, made in China” sözləri yazılmış kompressor yükləri aşkarlanmış, buna görə də Təhqiqat şöbəsinə faktla bağlı araşdırma aparmaq tapşırılmışdır. Raport daxil olduqdan sonra Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş başlanılmış, ekspertiza təyin edilmiş və digər hərəkətlər aparılmışdır. Hüquqi şəxsin gömrük rəsmiləşdirməsində iştirak edən qanuni təmsilçisi ilə yanaşı toplanılmış digər subutlar inzibati xətanın törədilməsi, hüquqi şəxsin xətada təqsirini müəyyən etmək üçün kifayət olduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə verilmişdir. Hazırda Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi təsdiq olunduğuna görə «X9. LTD» şirkətinin Azərbaycan Respublikasındakı Filialının təqsirli bilinməsi və hüquqi şəxs qismində barəsində tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X9. LTD» şirkətinin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə nümayəndəsi X7 protokola etiraz etmədiyini qeyd edərək izahatında bildirmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Pirşağı qəsəbəsində çirkab sularının təmizlənməsi qurğularının inşası layihəsini həyata keçirməklə məşğuldur. Sonuncu dəfə Koreya Respublikasından nümayəndəsi olduğu Şirkətin ünvanına WG440GW nömrəli nəqliyyat vasitəsi ilə SEGU2603804 nömrəli konteynerdə 17-AZE- 012 nömrəli 11.09.2020-ci il tarixli invovs üzrə yüklər idxal edilmiş, həmin yüklərin **********2956 sorğu nömrəli 29.10.2020-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Lakin, 30.10.2020-ci il tarixində bəyan etdikləri yüklərə gömrük əməkdaşları tərəfindən baxış keçirilərkən yüklərin arasında gömrük orqanına bəyan edilməyən 1 ədəd istifadə olunmuş, üzərində “Bosch GSB 10RE professional” sözləri yazılmış usta aləti direl, 1 ədəd istifadə olunmuş, üzərində “Electronic Sensor 4V4H, KC- 951B Koseco" sözləri yazılmış usta aləti və 1 ədəd istifadə olunmuş, üzərində “İNTAKE, Made in China” sözləri yazılmış kompressor yüklərinin aşkar edilmişdir. Lakin aşkar edilmiş malların nəqliyyat vasitəsində olmasından əvvəlcədən xəbərləri olmamışdır. Sözügedən uyğunsuzluq aşkar edildikdən sonra idxal etdikləri malların quraşdırılması üçün Koreyadan göndəriləcək ustaların alətlərinin də sənədlərdə qeyd olunmadan konteynerə yükləndiyini öyrənmişlər. Göstərilənləri nəzərə alınaraq gömrük orqanına bəyan edilməyən müvafiq malların dövlət nəfinə müsadirə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 30 oktyabr 2020-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, Sabirabad ray ., Muğangəncəli kəndində qeydiyyatda olan, hazırda Səbail ray., 20-ci sahə , 56 ünvanda yaşayan X2 iştirakı ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99 cu maddəsinin tələbləri nəzərə alınmaqla bu protokolu tərtib etdim ondan ötrü ki, Az1ü65, ünvan 2 ünvanda qeydiyyatda olan X9., LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına WG440GW nömrə nişanlı avtomaşında daxıl olmuş və Bakı Baş Gömrük İdarəsində **********2956 saylı GB ilə bəyan edilmiş yer sayı 5 , çəkisi 2204.85 kq olan “antenalar və bütün tipli antena əksediciləri ” yükünə gömrük yoxlaması keçirilmiş, Yoxlama zamanı, WG440GW nömrə nişanlı avtomaşında daxıl olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********2956 saylı GB-də bəyan edilən yüklərdən əlavə, gömrük orqanına bəyan olunmayan 1 ədəd istifadə olunmuş, üzərində “Bosch GSB 10RE professional” sözləri yazılmış usta aləti direl, 1 ədəd istifadə olunmuş üzərində “Electronic Sensor 4V4H, KC- 951B Koseco” sözləri yazılmış usta aləti və 1 ədəd istifadə olunmuş , üzərində “İntake, made in China” sözləri yazılmış kompressor yükü aşkar edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 17.12.2020-ci il tarixli 9/5092 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda istifadədə olmuş alətlərin ümumilikdə 30.10.2020-ci il tarixə orta bazar qiyməti təxminən 450.00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, «X9. LTD» şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İXMnin 482.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, yüngülləşdirici hal kimi hüquqi şəxsin nümayəndəsinin etirafedici izahatını, məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, «X9. LTD» şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasının hədləri daxilində gömrük orqanına bəyan edilməyən alətlər (mallar) müsadirə edilməklə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti «X9. LTD» şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq dövlət hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: «X9. LTD» şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, hüquqi şəxsdən götürülmüş Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında saxlanılan inzibati xətanın bilavasitə obyekti olan 1 ədəd “Bosch GSB 10RE professional” sözləri yazılmış usta aləti direl, 1 ədəd istifadə olunmuş, üzərində “Electronic Sensor 4V4H, KC-951B Koseco" sözləri yazılmış usta aləti və 1 ədəd istifadə olunmuş, üzərində “İNTAKE, Made in China” sözləri yazılmış kompressor dövlət nəfinə müsadirə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti «X9. LTD» şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-178/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-178/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver