Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1780/2025 28.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə inspektoru, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyat olmaqla, deməsinə görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 5-ci dalanda yerləşən fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nın polis sahə inspektoru, polis baş leytenatı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nın polis sahə inspektoru, polis baş leytenatı X3 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş 27 avqust 2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı əsasında və Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin təhqiqatçısı pols kapitanı Mehnur Mirzəyevin raportu əsasında tərtib etmişdir. Həmin qərardan aydın olmuşdur ki, Şəxs narkotik vasitələrin istehlakı ilə məşğul olmuş və onda kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindormu, yəni narkomaniya xəstəliyi yaranmışdır. Bütün bunlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 28 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək bu günə kimi iki və ya üç dəfə narkotik vasitə olan marixuanadan istifadə etdiyini, özünün narkotik vasitələrin aludəçisi olmadığını, 26 avqust 2025-ci il tarixdə saat təxminən 20:30 radələrində X4 Narkotiklərlə Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq həmin idarəyə aparıldığını və üzərinə baxış zamanı az miqdarda marixuana aşkar edildiyini, gecəni orada qaldığını və səhəri günü, yəni 27 avqust 2025-ci il tarixdə polis əməkdaşları onu tibbi müayinədən keçirdikdən sonra Qaradağ RPİ-yə gətirdiyini və dindirildikdən sonra həmin gün saat təxminən 19:00 radələrində evə buraxıldığını, səhəri gün isə yenidən polis bölməsinə gələrək barəsində protokol tərtib edilərək məhkəməyə gətirlidiyini bildirmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, ilk dəfə saxlanılarkən həmin gün cibində həqiqətəndə narkotik vasitə olduğunu, narkotik vasitəni tanımadığı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayaraq, qoyulduğu ünvandan götürdüyünü, əməlindən səmimi peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı və az miqdarda üzərində gəzdirməklə saxlaması ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X1 27 avqust 2025-ci il tarixli, 5262 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2025-ci il tarixli, 7/1135 №-li rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən götürülmüş kütlə” yazılar və imzalar olan zərfdə siqaret sellofanında kağız bükümdə təmiz çəkisi -0.37 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 0.37 qram, tədqiqata sərf olundu – 0.05 qram, qalıq – 0.32 qram. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş 27 avqust 2025ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarınınının nəticə hissəsinə əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininə, göndərilməsi, çıxarılmış qərarın surətinin Şəxs barəsində İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Qaradağ RPİnə göndərilməsi, materialın saxlanılması üçün BNMİ-nin arxivinǝ təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və barəsində narkomaniyadan məcburi müalicənin olmasını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 16 (on altı) gün müddətə inzibati qaydada həbs edilsin.
2. Şəxs 26 avqust 2025-ci il saat 20:30-dan-27 avqust 2025-ci il saat 19:00-dək hüquqlarının məhdudlaşdırılması nəzərə alınmaqla üzərində qəti olaraq 15 (on beş) müddətə inzibati həbs saxlanılsın.
3. Həbs müddətinin əvvəli 28 avqust 2025-ci il tarixdən, saat 16:50-dən hesablansın.
4. Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.
5. Şəxs götürülmüş və hal-hazırda Qaradağ RPİ-nin 11-ci PB-də saxlanılan, qalıq çəkisi 0.32 qram təşkil edən, narkotik maddə hesab edilən qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin.
6. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 11-ci PB-nə həvalə edilsin.
7. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər..
Sədrlik edən: Rufan Mürsəlov