Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1784/2022 01.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Hakim Dadaşova Şəfa Əliövsət qızı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəmənin icraatına 01 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş 01 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin rəisi Azər Paşayev 01 dekabr 2022-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4038/2015 nömrəli, 15 sentyabr 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Şəxs barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və daxil olmuş məktubu nəzərdən keçirib hesab edir ki, inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Qaradağ Rayon İcra Şöbəsinin rəisi Azər Paşayevin 01 dekabr 2022-ci il tarixli məktubuna əsasən icra şöbəsinə geri qaytarılsın. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1784/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1784/2022
01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver