Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1784/2023 21.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-805/2009 saylı, 17 iyul 2009-cu il tarixli və 2(002)-2173/2012 saylı, 10 yanvar 2012-ci il tarixli icra vərəqələrini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, 2(002)-805/2009 saylı, 17 iyul 2009-cu il tarixli icra vərəqəsinə əsasən, 12 noyabr 2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çanata kimi saxlanması üçün Şəxs 17 iyun 2009-cu il tarixdən hər ay yetmiş manatın tutularaq X5 ödənilməsi qət edilmişdir. Bundan başqa Qaradağ rayon Məhkəməsinin 2(002)-2173/2012 saylı, 10 yanvar 2012-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 13 dekabr 2011-ci il tarixdən başlayaraq 22 iyun 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay yetmiş manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Həmin icra sənədləri icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu tərəfindən aliment borcları mütəmadi şəkildə ödənilsə də indiyədək ümumilikdə 8800 manat aliment borcu qalmışdır. Belə ki, 2023-cü ilin aprel ayınadək aliment borcu borclunun əmək haqqına yönləndirilmiş, daha sonra borclu işdən çıxarılmış və iki ay ödənilməyən aliment borcu və indiyədək ödənilməmiş məbləğlərlə birlikdə 8800 manat aliment borcu qalmışdır. Beləliklə, bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 21 avqust 2023-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, barəsində olan icra işi ilə bağlı borclu icra şöbəsinə gəlməkdən heç vaxt yayınmamış və çağırışlara vaxtlı-vaxtında gəlmişdir. Həmçinin məhkəmə iclasının gedişində tələbkarın xeyrinə beş yüz manat ödəniş etmişdir. Bundan başqa hazırki məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar X5 məlumat verilsə də tələbkar məhkəməyə gələ bilməyəcəyini göstərmiş, lakin borclunun məhkəmə iclası gedişində ödədiyi beş yüz manatı qəbul etdiyini və hal-hazırda borcludan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, hər iki icra vərəqəsindən məlumatı vardır və indiyədək aliment borcundan mütəmadi ödənişlər etmişdir. 2023-cü ilin aprel ayınadək aliment borcu müvafiq əmək haqqına yönləndirilmişdir. İşdən çıxarıldıqdan sonra sonuncu dəfə may ayında aliment borcundan müvafiq ödəniş etdiyini, hal-hazırda işləmədiyi üçün müvafiq gəlirə malik olmadığını, lakin bu ilin sentyabr ayından yenidən işə başlayacağını və aliment borcunu vaxtlı-vaxtında ödəyəcəyini, hal-hazırda isə aliment borcundan beş yüz manat ödədiyini, eləcə də tələbkarın hal-hazırda ondan şikayətçi olmadığını bildirərək həmçinin borclarını ödəməkdən qəsdən yayınmamasının nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsinə dair heç bir hal müəyyən edilməmişdir. Eləcə də borclu hər iki icra sənədi üzrə qalan borcunu da qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və buna görə də iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Bundan başqa borclu məhkəmə iclasının gedişində tələbkarın xeyrinə beş yüz manat ödəniş etmiş, tələbkar ilə telefon bağlantısı qurularkən o beş yüz manatı aldığını və halhazırki iş üzrə borcludan şikayətçi olmadığını bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1784/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1784/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver