Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1786/2025 29.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə İmişli rayonu Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Qaradağ rayonu, Şubanı-1 hərbi şəhərcik ünvanında qeydiyyatda olan və Abşeron rayonu Digah qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola və əlavə olunmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs İmişli rayon məhkəməsinin 2(036)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmış və onun icra vərəqəsi üzrə 1180 manat məbləğində aliment borcu yaranmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan 29 avqust 2025-ci il tarixli, MN serialı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirmişdir ki, Şəxs polis tərəfindən axtarışla gətirilmişdir. Son yeddi ay ərzində 1000 manat aliment ödəyib, 800 manat borcu qalmışdır. Tələbkar borcunu tam olaraq tələb edir və bu iş tələbkarın israrı nəticəsində məhkəməyə təqdim olunmuşdur. Tələbin yönəldilə biləcəyi əmlak, gəliri aşkar edilməmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 7 ay ərzində 1000 manat ödəniş etmişdir. Faktiki işləmədiyinə görə vaxtlıvaxtında ödəniş edə bilmir. X9 zamanı xüsusi təyinatlı hərbi hissənin tərkibində hərbi əməliyyatlarında iştirak edərək partlayış travması almışdır. Sağlamlığında problemlər olduğuna görə işə götürmürlər. Vətən Müharibəsi iştirakçısı olduğu üçün hər ay 80 manat pensiya alır. 2025-ci ilin iyun ayında axtarış elan ediləndə Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Respublika Psixitriya Xəstəxanasında müalicədə olmuşdur. Ona görə də, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin çağırışlarına gələ bilməmişdir. Məqsədi icra məmurunun qanuni tələblərindən yayınmaq olmamışdır. Aliment üzrə aylıq 300 manat ödəniş etməyə imkanı çatır. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. X2 izahatında bildirmişdir ki, Şəxs şikayətçidir. Şəxs alimenti ödəməsini istəyir. İki uşağı vardır, məktəbə hazılaşmalıdırlar, növbəti dərs ili yaxınlaşır. Şəxs axırıncı dəfə 1000 manat ödəniş etmişdir. Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə aldığını və buna görə də aylıq aliment ödənişində gecikmələr yaşandığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, Şəxs hər ay yığılmış aliment borcundan müəyyən ödənişlər edir, qalan borcunu da qısa vaxt ərzində ödəyəcəyini bildirmişdir. AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan və Şəxs hərbi biletininin surətindən görünür ki, o, 2020-ci il Vətən Müharibəsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar zamanı partlayış travması almışdır. Müxtəlif medallarla təltif edilmişdir. Hərbi-həkim komissiyasının rəyinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. xx.xx.2022-ci il tarixdə xəstəliyi ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılmışdır. Şəxs qəsdən, qərəzli, üzrsüz olaraq icra sənədinin icrasından boyun qaçırması halı mövcud olmamış, səhhəti ilə əlaqədar iş tapa bilmədiyinə görə icra sənədi üzrə aliment ödənişlərini vaxtlı-vaxtında ödəyə bilməmişdir. Şəxs gecikmə ilə də olsa ödənişlər aparması onun icra məmurunun qanuni tələblərindən yayınmaq məqsədinin olmadığını göstərir. Şəxs icra məmurunun çağırışlarına xəstəliyi ilə əlaqədar Respublika Psixiatriya Xəstəxanasında müalicədə olduğuna görə gələ bilmədiyini qeyd etmişdir. Buna görə də, Şəxs aliment borcu üzrə aylıq ödənişlərində gecikmə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranmış olur ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən, qəsdən icra etməsin, icra sənədinin icrasından bilərəkdən boyun qaçırsın. İcra etməmə o halda üzrsüz sayılır ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən olunduğu halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən, qəsdən icra etməmə, icra sənədinin icrasından bilərəkdən boyun qaçırma halları müəyyən olunmamışdır. Şəxs icra sənədinin icrası üçün faktiki imkanları kifayət qədər olmamış, buna görə də, o, icra sənədini gecikməyə yol verməklə icra etmişdir. Şəxs səhhəti ilə əlaqədar özünə iş yeri tapmaqda çətinlik çəkmişdir. Şəxs hazırda icra sənədi üzrə aylıq 300 manat ödəməyə söz verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini qəsdən, qərəzli olaraq, üzrsüz səbəbdən icra etməməsi halı müəyyən olunmur, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin yuxarıda təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü, 115-ci, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellayasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1786/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1786/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver