Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-179/2021 05.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X1 iştirakları ilə, Şəxs (bundan sonra-Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100- 2652/20 nömrəli 16 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Hüquqi şəxs Şəxs (VÖEN **********) Bakı Baş Gömrük idarəsinin rəisi Kənan Məmmədovun 00100/1964 nömrəli 23.09.2020-ci il tarixli qərarı ilə ilk dəfə Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə inzibati xəta törətdiyinə və vurduğu ziyanı aradan qaldırdığına görə inzibati məsuliyyətdən azad edilməsinə baxmayaraq, qanunla şəxsin inzibati xəta törətməmiş hesab edilməsi üçün müəyyən edilmiş 1 il müddət keçmədən yenidən Türkiyə Respublikasında fəaliyyət göstərən “X6 San.ve DışTic.Ltd Şti” şirkətindən GİB **********031 nömrəli 09.11,2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə göndərilən malları 12 noyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********8307 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış ” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən invoys sənədinin 6-cı mal mövqeyi üzrə heyvanların təmizlənməsi üçün fırça yükünü ********** alt yarım mövqeyində, 8-ci mal mövqeyi üzrə ********** alt yarımmövqeyində, 10, 12-ci mal mövqeləri üzrə qara metaldan kotanın təkəri və oxlarını ********** alt yarımmövqeyində sinifləşdirməli olduğu halda, müvafiq olaraq ********** alt yarımmövqeyi, ********** alt yarım mövqeyi, 843290 000 alt yarım mövqeyində sinifləşdirməklə 478 manat idxal rüsumu, 1759,30 manat ƏDV, 40,4 manat əməliyyat haqqından ibarət 2277.70 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Həmçinin, iş materiallarında olan BBGİin rəisi Kənan Məmmədovun 00100/1 nömrəli 23 sentyabr 2020-ci il tarixli qərarına əsasən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əvvəllər Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməyə görə təqsirli bilinib ilk dəfə inzibati xəta törətməsi və vurduğu ziyanı tamamilə ödəməsi ilə əlaqədar məsuliyyətdən azad edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 protokolun məzmununa uyğun çıxış edib izahatında bildirmişdir ki, “Şəxs tərəfindən bu cür hallara əvvəllərdə yol verilmişdir. Cari ildə hüquqi şəxs tərəflərindən eyni inzibati xəta törədilmiş, lakin vurulmuş ziyan aradan qaldırıldığından adı qeyd olunan hüquqi şəxs barəsində başlanılmış işə xitam verilmişdir. Bütün təşkilatların olduğu kimi Şəxs MMC də zərurət olduğu halda idxal etdiyi malların gömrük bəyannaməsi tərtib edilib gömrük orqanına verilməsindən öncə malların XİF MN uyğun kodlarını müəyyən etmək üçün DGK-nin X3 İdarəsinə müraciət etmək hüququ və malların kodunun müəyyən etdikdən sonra malların bəyan edilə biləcəyi bildirmişdir. Hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirini tətbiq edilməsini xahiş edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X3nın 14.11.2020-ci il tarixli rəyinin nəticəsinə görə "xxxx" MMC-nin ünvanına GİB**********031 nömrəli, 09.11.2020-ci il tarixli invoys üzrə daxil olunan yük heyvanların təmizlənməsi üçün fırça XİF MN-ə görə “9603 90 910 0” alt yarımmövqeyində, süd bişirmə qazanı XİF MN-ə görə “8419 89 989 0” alt yarımmövqeyində, qara metaldan kotanın təkəri və oxları XİF MN-ə görə “8432 90 000 0” alt yarımmövqeyində sinifləşdirilir. "Azer N Agro” MMC-nin nümayəndəsi X5 16.12.2020-ci il tarixli 00100-2652/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 23.09.2020-ci il tarixli, “İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ilk dəfə Azərbaycan Respublikasında İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100-1977/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə cərimə edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə yəni, 1594,39 (bir min beş yüz doxsan altı manat otuz doqquz qəpik) məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-179/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-179/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver