Məhkəmə qərarları › İş №3(002)-1793/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1793/2020

04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1793/2020 04.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X5 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 iştirakları ilə, Şəxs (bundan sonra-Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2240/20 nömrəli xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 61ACH816/61ACH815 nömrəli avtomaşınla, DSN**********065.2 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmu$ yüklər **********3137 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “843290 0000” saylı kod altında “0” %-li gömrük rüsumu dərəcəsi ilə və kənd təsərrüfatı təyinatı adı altında bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləsdirildiyinin müəyyən edilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-013/0xx-xx/005514 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən DSN**********065.2 saylı xx.xx.2020-ci il tarixli invoysun 2-ci mövqeyi üzrə idxal olunan “Podsipnik dəstinin yatağı” yüklərinin XİF MN üzrə “848320 0000” saylı kod altında sinifləşdirildivi, yəni “0”% gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu, lakin kənd təsərrüfatı təyinatına aid olmadığını məlum olmuşdur. Nəticədə, **********3137 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş “Podşipnik dəstinin yatağı” yüklərinin XİF MN üzrə “848320 0000” saylı kod altında sinifləşdirildiyi təq dirdə Şəxs MMC tərəfindən ƏDV üzrə 1101,60 manat, elektron gömrük xidməti haqqı üzrə 30 manat, elektron gömrük xidməti üzrə ƏDV 5.4 manat olmaqla ümumilikdə 1137,00 manat əlavə gömrük ödənişlərinin ödənilməli olduğu məlum olmuşdur. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə Bakı Baş Gömrük İdarəsində xx.xx.2020-ci il tarixdə tərtib edilmiş 00100-0604/20 nömrəli inzibati xəta haqqında protokol aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 3(002)-584/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs MMC inzibati xətanı törətməkdə təqsirli bilinərək vurulmuş ziyanın ödənildiyinə və inzibati xətanın ilk dəfə törədildiyinə görə məsuliyyətdən azad edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, Şəxs MMC tərəfindən idxal edilmiş malların XİF MN üzrə kodunun düzgünlüyünün müəyyənləşdirilməsi üçün Mərkəzi Gömrük Ekspertizası idarəsinə müraciət olunmuş və həmin idarənin ekspertiza rəyinə əsasən idxalatçı tərəfindən təqdim edilən DSN**********065.2 nömrəli invoysun 2-ci mövqeyi üzrə idxal edilən malın kənd təsərrüfatı təyinatlı hesab edilmədiyi, nəticədə əlavə gömrük ödənişlərinin ödənilməli olduğu və MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinin tərkib əlamətlərinin olduğu aşkar edilmişdir. Hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirini tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı texnikalarının və gübrələrin satışı ilə məşğul oldur, bu məqsədlə Türkiyə Respublikasından DSN**********065.2 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə yüklər idxal edilmişdir.İdxal edilmiş mallar göndərən şirkətin təqdim etdiyi mal müşayiət sənədləri əsasında **********3137 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş, lakin sözügedən malların rəsmiləşdirilməsi zamanı XİF MN üzrə kodun dəqiqləşdirilməsi üçün Mərkəzi Gömrük Ekspertizası idarəsinə müraciət olunduğu zaman həmin malların XİF MN üzrə kodunun düzgün bəyan edilmədiyi, nəticədə əlavə gömrük ödənişlərinin yarandığının məlum oldmuşdur. Buna səbəb isə həmin malların göndərən şirkətin təqdim etdiyi mal müşayiət sənədləri əsasında bəyan edilmiş və XİF MN üzrə kodun fərqli olduğunu əvvəlcədən bilməmişlər. Həmçinin bildirir ki, DSN**********065.2 nömrəli invoysun 2-ci mövqeyi üzrə idxal edilən podşipnik dəstəsinin yatağı kənd təsərrüfatı texnikasının ehtiyat hissəsi sayıldığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixdə təsdiq edilmiş 121 nömrəli Qərarına əsasən əlavə dəyər vergisindən azad edilmişdir. Göstərilənlərə əsasən təmsil etdiyi hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Türkiyə Respublikasından ünvan 2 ünvanında qeydiyyatda olan ŞəxsMMC-in ünvanına 61ACH816/61ACH815 nömrəli avtomaşınla, DSN**********065.2 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********3137 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “843290 0000” saylı kod altında “0” %-li gömrük rüsumu dərəcəsi ilə və kənd təsərrüfatı təyinatı adı altında bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası idarəsinə müraciət olunmuş, həmin İdarədən 2200- 013/0xx-xx/005514 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən DSN**********065.2 saylı xx.xx.2020-ci il tarixli invoysun 2-ci mövqeyi üzrə idxal olunan “Podşipnik dəstinin yatağı” yüklərinin XİF MN üzrə “848320 0000” saylı kod altında sinifləşdirildiyi, yəni “0”% gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu, lakin kənd təsərrüfatı təyinatına aid olmadığı məlum olmuşdur. **********3137 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin bəyan edilmiş “Podşipnik dəstinin yatağı” yüklərinin XİF MN üzrə “848320 0000” saylı kod altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: ƏDV üzrə 1101.60 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.4 azn təşkil edir. "Şəxs” MMC-nin nümayəndəsi X3 xx.xx.2020-ci il tarixli, 00100-2240/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-0604/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iş üzrə verdiyi izahatını və iş materiallarını tədqiq edərək, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 izahatını və gətirdiyi dəlilləri hüquqi şəxsin müdafiəsi kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilmədiyini və məsuliyyəti ağırlaşdıran hal kimi tərəfindən bir il ərizində həmin xətanın təkrarən törədilməsini nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və o, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin müəyyən faizi məbləğdə cərimə edilməsi məqəsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 100 (yüz) faizi məbləğdə yəni, 1137 (min yüz otuz yeddi) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar