Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-18/2022 06.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektorları, polis leytenantı X7, polis leytenantı X11, polis mayoru X12, Qaradağ RPİ-nin 10-cu PB-nin PB-nin CA üzrə baş əməliyyat müvəkkili X1, əməliyyat müvəkkili X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 iştirakları ilə, xx xxxxx 1993-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan X9 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PB-dən X9 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X13 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, X14 05 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Mobi Store” telefon mağazasında polisin qanuni tələbinə tabe olmadığına görə onun barəsində 05 yanvar 2022-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, X9 inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X16 öz izahatında bildirmişdir ki, 05 yanvar 2022-ci il tarixdə inzibati ərazidə xidmətdə olarkən Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Mobi Store” mağazasını işlədən X5 və Şəxs Hafiz oğluna yaxınlaşaraq satılan telefonlardan birİnin oğurluq olması ilə əlaqədar onların izahatlarının alınması üçün Polis Bölməsinə dəvət etmiş, bu zaman X5 getməkdən imtina etmiş, “apara bilirsənsə özün apar” deyərək polisin qanuni tələbinə tabe olmamışdır. O, bu zaman əməliyyat qrupundan iki polis nəfərini köməyə çağırmışdır. X2 Polis Bölməsinə getməməkdə israrlı olduğunu gördükdə ƏÇPAnın naryadını köməK üçün çağırmışdır. X5 və Şəxs Hafiz oğlu vətəndaşların sıx olduğu ictimai yerdə polisin qanuni tələblərinə tabe olmayaq xidməti avtomobilə əyləşməkdən imtina etmiş, bu zaman Şəxs Hafiz oğlu əlində mobil telefonla çəkiliş edərək görüntüləri sosial şəbəkələrdə paylaşmaqla onları şantaj etməyə başlamışdır. Onların səs-küyünə ətrafdakı insanlar yığışmış və hər iki şəxs polisin ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuşlar. Odur ki Şəxs Hafiz oğlu barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin polis mayoru X17, Qaradağ RPİ-nin 10-cu PB-nin PB-nin CA üzrə baş əməliyyat müvəkkili X3, əməliyyat müvəkkili X15 öz izahatlarında, polis leytenantı X11 göstərdiklərini təsdiq edərək, eyni məzmunlu izahat vermişlər. X9 barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən X14 öz izahatında inzibati pozuntuya yol verdiyini etiraf edərək bildirmişdir ki, o, Qaradağ rayonu, Puta qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır və iki ilə yaxındır ki, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Mobi Store” mağazasında satıcı işləyir. 05 yanvar 2022-ci il tarixdə saat təxminən 15:40 radələrində müdiri olan X5 ilə birlikdə mağazada olarkən mağazaya sonradan adını bildiyi Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X16 daxil olaraq, mağazadan alınmış oğurluq telefonla bağlı X4 izahat verməsi üçün Polis Bölməsinə dəvət etmişlər. Bu zaman X5 polis əməkdaşlarına polis bölməsinə getməyəcəyini bildirərkən o da bir satıcı kimi müdirini müdafiə etməyə çalışaraq mobil telefonla polis əməkdaşlarını videoya çəkmək adı ilə yayındırmağa çalışmışdır. Bundan sonra ƏÇPA-nın əməkdaşları gələrək onların hər ikisini polis bölməsinə dəvət etmişlər. Bu zaman X5 yenə də telefonu ona verərək polis əməkdaşlarını telefona çəkməyi tələb etmiş, o da telefonla polis əməkdaşlarını çəkməyə davam etmişdir. Bu zaman polis əməkdaşları onun da polis bölməsinə getməyini tələb etmişdir. Bu zaman polis əməkdaşları ilə onların arasında qısa dartışma olmuş və bilməyərəkdən onun əli polis əməkdaşlarından birinə dəymişdir. Yaranmış səs-küyə ətrafda olan insanlar toplaşmışdır. O öz ifadəsində polis bölməsinə getməkdən imtinasının səbəbini X5 ilə olan dostluğu ilə əlaqələndirərək, polisin fəaliyyətinə mane olduğuna peşiman olduğunu və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək hesab edir ki, X9 törətdiyi inzibati xəta, özünün etirafedici izahatı, polis əməkdaşlarının izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, X14 tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, onun barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. X9 inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla, İXM-nin 30.3-cü maddəsinə əsasən qəti olaraq üzərində 07 (yeddi) gün müddətə inzibati qaydada həbs saxlanılsın.
3. Həbs müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən saat 11:00-dan hesablansın.
4. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin.
5. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov