Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-18/2023 25.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Dövlət X10 TP ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Dövlət X10 TP ******* nömrəli, 15 avqust 2022-ci il tarixli qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Qaradağ rayon DYPŞ, polis polkovnik-leytenantı X3 xx.xx.2022-ci il tarixli TP ******* saylı qərar qəbul edilərək o, İXM-nin 327.2 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 100 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil. Həmin qərarda qeyd edilir ki, o, xx.xx.2022-ci il tarixdə saat 11:06-da yeri məlum olmayan ünvanda ( qərarda və protokolda hadisə yeri qeyd edilməmişdir) idarə etdiyi VAZ-21041 Minik markalı **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş, yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmışdır. xx.xx.2022-ci il tarixdə saat 11:06-da o, heç bir hadisə törətməmiş, heç bir qayda pozuntusu etməmişdir. Bu barədə görüntü olmasını istəsə də ona heç bir görüntü göstərilməmişdir. O, avtomobili idarə edərkən heç bir qanunsuzluğa yol verməmiş. barəsində əsassız olaraq İXM-nin 327.2 və 327.6-cı maddəsi ilə cərimə olunmağına dair qərar qəbul edilmişdir. Dəfələrlə aidiyyəti orqanlara müraciət edərək kamera görüntüsünü tələb etsə də heç bir nəticəsi olmamışdır. Barəsində tərtib edilmiş protokoldan narazı olmuş və bu barədə rayon prokurorluğuna, baş prokurorluğa rəsmi qaydada şikayətlər etsə də heç bir araşdırma aparılmadan həmin tarixdə də qərar qəbul edilərək o, 100 manat cərimə edilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən Bakı şəhəri Qaradağ Rayon Dövlət X10, polis polkovnik-leytenantı X3 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 15 avqust 2022-ci il tarixli qərarının olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 məhkəmə iclasında çıxış edərək verilmiş şikayətin dəlillərinə uyğun surətdə izahat vermiş, Bakı şəhəri Qaradağ Rayon Dövlət X10, polis polkovnik-leytenantı X3 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 15 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X4 şikayətə etiraz edərək, bildirmişdir ki, 25 iyul 2022-ci il tarixdə X2 idarə etdiyi BMW minik markalı **-HG-*** nömrəli avtomobilin, VAZ 21041 minik markalı **-CR-*** nömrəli avtomobilin onu vurub hadisə yerindən uzaqlaşması barədə “102” zəng xidməti mərkəzinə məlumat vermişdir. Daha sonra hər iki sürücü dəvət olunaraq izahatları alınmışdır. Göstərilən halları nəzərə alaraq, R.Ə.Babayevin şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iş üzrə düzgün araşdırma aparılmamışdır. Onlar görüntü ilə tanış olmuşlar, hadisə zamanı qoşa xətti kəsmiş lakin, yol-nəqliyyat hadisəsi törətməmişdir. Odur ki, Bakı şəhəri Qaradağ Rayon Dövlət X10, polis polkovnik-leytenantı X3 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 15 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Dövlət X10 TP ******* nömrəli, 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, X6 15 avqust 2022-ci il tarixdə VAZ 21041 minik markalı 90CR460 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrinin tələbini pozmuş və nəticədə 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli, 1619 saylı raportdan məlum olur ki, 25 iyul 2022-ci il tarixdə saat 14:50-də DİN 102 xidmətindən daxil olan məlumatda göstərilir ki, X2 idarə etdiyi BMW minik markalı **-HG-*** nömrəli avtomobilin, VAZ 21041 minik markalı **-CR-*** nömrəli avtomobilin onu vurub hadisə yerindən uzaqlaşması barədə “102” zəng xidməti mərkəzinə məlumat vermişdir. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli izahatdan görünür ki, X2 etibarnamə ilə idarə etdiyi BMW minik markalı **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olduğu zaman onunla eyni istiqamətdə olan VAZ 21041 minik markalı **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sola manevr edərək əks istiqamətə çıxaraq ötmə əməliyyatını yerinə yetirməyə çalışmışdır. Daha sonra öz yoluna qayıtmaq istəyərkən onun idarə etdiyi nəqliyyat vasitəsinin sol qabaq hissəsinə toxunaraq sol qabaq qapısını, sol qabaq qanadını və bufer sol qabaq hissəsini zədələyərək ona maddi ziyan vurmuş və hadisə yerindən yayınmışdır. Həmin sürücünün tapılmasına və ona dəymiş ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, 24 iyul 2022-ci il tarixdə, saat 13:45-də, Lökabatan qəsəbəsi, 28 May küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı BMW minik markalı **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq buferin sol hissəsi, qabaq sol qanadı, qapı, qabaq sol dönmə işığı, qabaq sol duman işığı zədələnmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Dövlət X10 15 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçi onun tərəfindən yol-nəqliyyat hadisəsini törətməsinə dair hər hansı sübutetmə vasitəsinin olmamasına baxmayaraq, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında qərar qəbul olunduğunu qeyd etsə də, digər nəqliyyat vasitəsinin sürücüsü tərəfindən verilmiş izahat həmin hadisə üzrə sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir; 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3.Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 327.6-cı maddəsinə görə Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 99.1.3-cü maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb hesab edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227- ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.5-ci maddəsinə əsasən İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.6-cı maddəsinə əsasən İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Göründüyü kimi idarənin səlahiyyətli vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olaraq inzibati araşdırma aparılmış, sürücü R.Ə.Babayevin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Dövlət X10 TP ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Dövlət X10 TP ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-18/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-18/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver