Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-18/2024 05.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi Təhqiqat şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Qaradağ Rayon Məhkəməsinə Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş EP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-024090/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən AZ1155, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, ünvan 1 ünvanına 78AA521/78AA522 dövlət nömrə nişanlı avtomaşınla daxil olmuş və **********7593 sorğu nömrəli GB ilə bəyan olunmuş "Üzümçülükdə istifadə olunan torlar" adlı yükün "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı" təsdiq edilməsi haqqında 23 dekabr 2003-cü il tarixli 564-İİQ saylı Azərbaycan Respublikası Qanununun təsir dairəsinə aid olub-olmamasının müəyyənləşdirilməsi üçün X3 İdarəsinə müraciət edilmiş, həmin idarədən göndərilmiş 3-33-5300/2-004994/2023 nömrəli ekspert rəyinə əsasən **********7593 sorğu nömrəli GB ilə bəyan olunmuş malların "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı"na aid olduğu məlum olmuşdur. Araşdırma zamanı, xx.xx.2023-cü il tarixində Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postunda sözügedən mallara baxış keçirilmişdir. Baxış zamanı, **********7593 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində 4114 ədəd olaraq bəyan edilmiş "Üzüm toru" yükünün faktiki olaraq 30 böyük həcmli kisədə qablaşdırıldığı, həmin yüklərin ölçü və göstəricilərinə görə 5 növə ayrıldıqları müəyyən edilmişdir. Belə ki, ölçüsü 0.2 mm, çəkisi 1 kq 2208 ədəd, ölçüsü 0.14 mm, çəkisi 2.8 kq 618 ədəd, ölçüsü 0.14 mm, çəkisi 1,5 kq 855 ədəd, ölçüsü 0.2 mm, çəkisi 2 kq 322 ədəd və ölçüsü 0.28 mm, çəkisi 2 kq 82 ədəd torlar aşkar edilmişdir. Baxış qurtardıqdan sonra yüklər qablaşdırılmış və yenidən anbara yerləşdirilmişdir. Hər növ tordan 2 ədəd götürülərək (ümumilikdə 10 ədəd) X3 İdarəsinə və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tədqiqatın aparılması üçün təqdim edilmişdir. Aparılan araşdırma zamanı qeyd edilən torların nə olması, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı” təsdiq edilməsi haqqında 23 dekabr 2003-cü il tarixli 564-İİQ saylı Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə aid olub- olmamasının müəyyənləşdirilməsi üçün X3 İdarəsinə xx.xx.2023-cü il tarixli 3-33-1100/2-008979/2023 saylı məktubla müraciət edilmişdir. Həmin İdarədən daxil olmuş 3-33-5300/2-005596/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən 5 növə ayrılmış torlardan yalnız 1 növü (markalanma ölçüsü "Twine 0.28mm" olan) "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aid edilmir, qalan mallar hər biri "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı”-na aid edilir. İnzibati xətanın bilavasitə obyekti olan torlar yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-009084/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 9/7227 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş mallardan 82 ədədinin (1 növ (markalanma ölçüsü "Twine 0.28mm" olan) "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aid edilməyən hissə) xx.xx.2023-cü il tarixində orta bazar qiyməti (1 ədədi 30 manat) 2460 manat müəyyən edildiyi, qalan hissələr isə "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı"-na aid edildiyindən həmin torların qiymətinin müəyyən edilmədiyi qeyd edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən və "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aid edilməyən 82 ədəd balıq torlarının xx.xx.2023-cü il tarixində orta bazar qiyməti 2460 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsi "az miqdarda" dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Nəticədə, "xxxx" MMC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi izahatında bildirmişdir ki, aparılan araşdırma zamanı qeyd edilən torların təyinatı ilə bağlı “Google” internet-axtarış sistemindən əldə edilmiş məlumata əsasən, həmin torların məhz balıqçılıq üçün nəzərdə tutulduğu aşkar edilmiş və bununla bağlı ekspertiza keçirilməsi üçün X3 İdarəsinə müraciət olunmuşdur. X3 İdarəsinin 3-33-5300/2-005596/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən 5 növə ayrılmış torlardan yalnız 1 növü (markalanma ölçüsü "Twine 0.28mm" olan) "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aid edilmir, qalan mallar hər biri "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı”-na aid edilir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən və "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aid edilməyən 82 ədəd balıq torlarının xx.xx.2023-cü il tarixində orta bazar qiyməti 2460 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, hüquqi şəxsin barəsində törədilmiş inzibati xətanın sanksiyası həddində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X1 torun üzümləri quşlardan qorumaq və çardaqları örtmək üçün istifadə edildiyini və bu növ torların mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aid edilmədiyini bildirərək, məhkəmədən ekspertiza təyin edilməsini xahiş etdi. Hazırki məhkəmə iclasında iştirak edən Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi Təhqiqat şöbəsinin nümayəndəsi X5 bildirdi ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9892 saylı, 09 fevral 2024-cü il tarixli məhkəmə ekspertizası rəyində adı çəkilən və tədqiqata təqdim edilmiş 5 növə ayrılmış torlardan yalnız 1 növü, 82 ədəd markalanma ölçüsü "Twine 0.28mm" olan, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aid edilmir, qalan mallar hər biri "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı”-na aid edilir və onlarla bağlı araşdırma aparılması məqsədilə məlumat prokurorluğa təqdim edilmişdir. Belə ki, iş materiallarında olan X3 İdarəsi tərəfindən verilmiş 3-33-5300/2- 005596/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 5 növə ayrılmış torlardan yalnız 1 növü (markalanma ölçüsü "Twine 0.28mm" olan) "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aid edilməmiş, qalan mallar hər biri "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı”-na aid edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 9/7227 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş mallardan 82 ədədinin (1 növ (markalanma ölçüsü "Twine 0.28mm" olan) "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aid edilməyən hissə) xx.xx.2023-cü il tarixində orta bazar qiyməti (1 ədədi 30 manat) 2460 manat müəyyən edildiyi, qalan hissələr isə "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı"-na aid edildiyindən həmin torların qiymətinin müəyyən edilmədiyi qeyd edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1211- 9/2312 saylı, 27 iyun 2024-cü il tarixli məhkəmə ekspertizası rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş torlar əsasən balıqçılıqda istifadə edilir. Həmin torların digər məqsədlər üçün istifadə edilməsi istisna edilmir. "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı" haqqında 23 dekabr 2003-cü il tarixli 564-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən "diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar" Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövrüyyədə olmasına yol verilməyən (mülki dövrüyyədən çıxarılmış) əşyaların siyahısına aid edilir. "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında 23 dekabr 2003-cü il tarixli, 564-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən ekspertiza təqdim edilmiş 01 ədəd diametri 0,14 mm, dəliklərinin ölçüsü təxminən 60 mm olan, təxminən 2,8 kq kütləyə malik tor, 01 ədəd diametri 0,14 mm, dəliklərinin ölçüsü təxminən 86 mm olan, təxminən 1,5 kq kütləyə malik tor, 01 ədəd diametri 0,2 mm, dəliklərinin ölçüsü təxminən 96 mm olan, təxminən 2 kq kütləyə malik tor və 01 ədəd diametri 0,2 mm, dəliklərinin ölçüsü təxminən 115 mm olan, təxminən 1 kq kütləyə malik tor Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövrüyyədən çıxarılmış) əşyaların siyahısına aid edilir. 01 ədəd diametri 0,28 mm, dəliklərinin ölçüsü təxminən 151 mm olan, təxminən 2 kq kütləyə malik tor Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aid edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC barəsində daxil olmuş EP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1211-9/2312 saylı, 27 iyun 2024-cü il ekspert rəyini və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən müvafiq məhsullar düzgün bəyan edilməyərək ölkə ərazisinə ixdal edildiyindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 40 faizi miqdarında cərimə edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində vəsait Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyəri 2460 manatın 40 faizi həddində, yəni 984 manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-18/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-18/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver