Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-18/2025 07.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Qaradağ rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon prokurorluğundan məhkəməyə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə baxılması üçün inzibati material daxil olmuşdur. Məhkəmə təqdim edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən "xxxx" sement zavodunda növbə rəisi vəzifəsində işləyən zaman həmin zavodda 1.8 metr dərinlikdə olan boşluğun yerləşdiyi zonanın hasarlanması təmin edilmədiyinə görə “Hündürlüklə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 1.3.1-ci bəndinin tələblərini pozduğundan, yəni işçinin 1.8 metr və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu işlər zamanı təhlükəsizlik qaydaları ilə bağlı müvafiq funksiyaları yerinə yetirməli olan şəxs kimi öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində həmin zavodda sahə operatoru işləyən X1 ön isitici qüllə C5B borusunun açılması əməliyyatı zamanı platformadan yıxılaraq düşməsi nəticəsində sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Bakı şəhəri Qaradağ rayon prokurorluğuna və Şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən "xxxx" sement zavodunda “isitmə sobası”nın yanıdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 619 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ bazu oynağının cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının tinüstü, kürəkaltı, əzələ vətərlərinin yırtığı və sol bazu oynağı bağ aparatının zədələnməsi, sol bazu nahiyəsinin və sol bud nahiyəsinin qançırları, başın alın, sağ bazu, sağ said nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/9307 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 1.3.1-ci bəndinin, yəni işçinin 1.8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu işlər zamanı təhlükəsizlik tələbləri pozulmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən "xxxx" sement zavodunda 1.8 m dərinlikdə olan boşluğun yerləşdiyi zonanın hasarlanması təmin edilmədiyinə görə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 1.3.1-ci bəndinin tələbləri "xxxx" ASC-nin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaş(lar)ı tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmaqla istintaq təfərindən müəyyən edilə bilər). Hadisənin müvafiq texniki tərkibli tədbirlərinin görülməməsi nəticəsində baş verməsini nəzərə alaraq, X1 özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması halı müəyyən edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialların Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Qaradağ Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 619 saylı rəyi, məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/9307 nömrəli rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq sonuncuya Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-18/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-18/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver