Məhkəmə qərarları › İş №3(002)-180/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-180/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-180/2023 01.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 41 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barədə Qaradağ RPİ-nin 10-cu PB-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X9 protoklu müdafiə edərək bildirmişdir ki, 12 sentybar 2022-ci il tarixdə bir nəfər şəxsin Qardağa rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 3 ünvanın yaxınlığında narkotik vasitənin təisiri altında olması şübhəsi yaranmış, nəticədə həmin şəxs 10-cu PBna gətirilmişdir. Polis Bölməsində həmin şəxsin xx xxxx 1985-ci il təvəllüdlü X10 olduğu aydınlaşdırlmışdır. Şəxs polis bölməsində sorğu-sual zamanı narkotik vasitə olan “kokosu” istifadə etdiyini bildirmişdir. Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqiatçısı, polis baş leytenantı X3 tərəfindən 10 oktyabr 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək Şəxs İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Buna görə də onun barəsində 01 fevral 2023cü il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. O, öz izahatında protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, bir neçə dəfə narkotik vasitə olan “kakosu” tüstüsünü çəkmək yolu ilə qəbul etmişdir. Sonuncu dəfə həmin narkotik vasitəni 11 sentyabr 2022-ci il tarixdə Hökməli qəsəbəsində nömrəsini bilmədiyi orta məktəbin yaxınlığından tanımadığı şəxsdən beş manata almış və hamısını istifadə etmişdir. O, öz izahatında səhvini başa düşdüyünü və törətdiyi əməldən peşiman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 Ambulator X1 13 sentyabr 2022-ci il tarixli, 3731 nömrəli rəyindən aydın olur ki, X2 testində AUP (+) mənfi, MET (+) mənfi, THC (+) mənfi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nın təhqiqatçısı, polis baş leytenantı X4 10 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarına əsasən HK(1)-2789 saylı material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna göndərilməsi, qəbul edilmiş qərarın surətinin Şəxs İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin 10-cu PB-na təqdim edilməsi qərara alınmışdır. Məhkəmə, iş materiallarını və tərəflərin izahatını araşdırıb hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarından aydın olur ki, yuxarıda qeyd olunan inzibati xəta hadisəsi 12 sentyabr 2022-ci il tarixdə baş vermiş və Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı tərəfindən 10 oktyabr 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. İnzibati işə mahiyyəti üzrə baxılması üçün inzibati protokol və materillar Qaradağ rayon Məhkəməsinə hansısa naməlum səbəbdən 01 fevral 2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi inzibati xəta hadisəsi törədildikdən 04 (dörd) ay 20 (iyirmi) gün sonra, rədd qərarı qəbul edildikdən isə 03 (üç) ay 22 (iyirmi iki) gün sonra Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsində göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.3cü maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar