Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1800/2022 07.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Vİ tağım yol patrul xidməti inspektoru, polis baş serjantı X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının ləğv olunmasını və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin YPX İnzibati qrup BYPX inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərar əsasında o, İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o, xx.xx.2022-ci il tarixdə saat 02:07-də etibarnamə əsasında idarə etdiyi "SHACMAN SX3314DT366 Yük" markalı 99LF540 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Sanqaçal ərazisində polis əməkdaşları tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə etdiyinə görə cərimə edilmişdir. O, etibarnamə əsasında "SHACMAN SX3314DT366 Yük" markalı 99LF540 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir və bununla ailəsinə baxır. O, Saatlı rayonundan idarə etdiyi avtomobilə qum yükləyərək Bakı şəhərinə daşıyır. Həmişə eyni miqdarda qum yükləyərək daşıyır. Həmin gün də eyni miqdarda yükü olmuşdur. Onun artıq yükü olmadığı halda əsassız olaraq barəsində protokol tərtib edilmişdir. Onun himayəsində iki azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Həmin pulu ödəməyə imkanı yoxdur. Həmçinin barəsində inzibati protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin bir sıra tələbləri pozulmuş, inzibati xəta haqqında protokolda və qərarda nəqliyyat vasitəsinin oxa düşən parametlərinə dair tələblərin pozulması faktının nəyin əsasında müəyyən edildiyi göstərilməmişdir. Əgər hər hansı texniki vasitələrdən istifadə olunaraq bu cür pozuntu halı müəyyən edilmişdirsə həmin texniki vasitənin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yeri və həmin vasitənin serfikatının olub-olmaması göstərilməlidir. Bundan başqa inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin oxa düşən yükü icazə verilən kütləsi müəyyən edilmiş halları aşması barədə hər hansı bir qeyd aparılmamışdır. Qanunvericiliyin tələbinə görə xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olması barədə sertifikatı olmalıdır. Hesab edir ki, tam əsassız olaraq barəsində protokol tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən YPX İnzibati Qrupunun polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 16 noyabr 2022-ci tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun, 99LF540 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ölçülməsinə dair nəqliyyat vasitəsinin fotoşəkili yerləşdirilmiş nəticəsinin və ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin surətlərini təqdim edərək bildirmişdir ki, “Shacman SX3314DT366” yük markalı ** LF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 5-6 oxlu olmaqla icazə verilən çəki həddi 40000 kq-dır. Lakin 16 noyabr 2022-ci tarixdə saat 02:03 radələrində qeyd olunan nəqliyyat vasitəsinin yükü elektron avtomobil tərəzidə çəkilərkən icazə olunan normadan, yəni 40000 kq-dan artıq olmaqla 62350 kq olmuşdur. Bu səbəbdən protokol tərtib olunaraq sürücü cərimə olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, şikayəti vermiş şəxs X5 məhkəmə iclasına gəlməmiş, tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmadığından məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 26 noyabr 2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X5 15 noyabr 2022-ci il tarixdə, saat 02:07-də Səngəçal qəsəbəsi ərazisində Shacman SX3314DT366 yük markalı 99LF540 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş XK3190/6 nömrəli elektron avtomobil tərəzisi çıxarışından görünür ki, 99LF540 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 62350 kq-dır. İş materialına əlavə olunmuş ölçmə vasitəsinin yoxlanılması haqqında şəhadətnamədən görünür ki, Çin istehsalı, zavod nömrəsi 10497 olan elektron avtomobil tərəzisi (oxlu) xx.xx.2022-ci il tarixdə yoxlanılmış, növbəti yoxlama tarixi isə xx.xx.2023cü il müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 26 noyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, YPX İnzibati Qrupunun polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 26 noyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 26 noyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1800/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1800/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver