Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1801/2025 01.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru polis leytenantı X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanının yaxınlığında zərərçəkmiş şəxs X5 döymüşdür. Bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru polis leytenantı X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 3 ünvanında yaşayan X8 xx.xx.2025-ci il tarixdə saat təxminən 23:00 radələrində oğlu X6 ilə lotoreya satılan məntəqəyə öz “Opel” markalı avtomobili ilə gedən zaman Şəxs tərəfindən döyülmüşdür. Bununla da Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Baş vermiş hadisə ilə bağlı polis şöbəsində araşdırma aparılmış, zərərçəkmiş şəxs X3 müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə xx.xx.2025-ci il tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, 20 ildir sürücü işlədiyini, 4 uşaq atası olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində küçədən söyüş səsləri eşidərək küçəyə çıxanda oğlu Emin Süleymanov və usta İmandan nə baş verdiyini soruşan zaman əvvəlki vaxtlardan ədavətli olduğu Qədirov Vüsalın oradan keçdiyini və keçən zaman söyüş söydüyünü bilmişdir. Oğlu evə getsə də, usta ilə birlikdə orda oturmuşdur. 15 dəqiqə sonra Vüsal yenidən qayıdıb maşını qarşılarında saxlayaraq söyüşlərinə davam etmişdir. O, Qədirov Vüsala doğru gedən zaman Vüsal maşından düşərək üzərinə gəlmiş və onun üz nahiyəsinə yumruq zərbəsi vuran zaman o, özünü müdafiə etmək üçün Vüsala əl-qol atmışdır. Qədirov Vüsaldan spirt iyi gəldiyini görüb əlini yerə ataraq balaca taxta parçası götürən zaman İmamverdi Əliyev onları ayırmışdır. Bu zaman Vüsal maşına minərək oğlu ilə birlikdə oradan uzaqlaşmışdır. İş üzrə ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 ifadəsində bildirdi ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində oğlu 2012-ci il təvəllüdlü X6 ilə birlikdə yaşadığı evdən çıxaraq “Opel” markalı “**-XP-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə lotoreya satılan məntəqəyə gedən zaman əvvəllər ədavətli olduğu Zakir adlı şəxs onu uca səslə çağıraraq avtomobili dayandırmasını tələb etmişdir. Avtomobildən yerə düşən zaman Zakir onun ağız nahiyəsindən yumruq zərbəsi vurmuşdur. Oğlu Tuncay avtomobildən düşüb gələn zaman isə Zakir taxta parçası götürərək onun və oğlunun baş nahiyəsindən, daha sonra Zakirin oğlu Emin isə əlindəki beşbarmaqla ağız, üz və ayaq mahiyasindən vurmuşdur. Bununla kifayətlənməyərək Zakirin oğlu Emin yenidən yerdən mişar daşı götürərək oğlunun sağ ayağının üstünə atmışdır. Bundan sonra oğluna həmin yerdən uzaqlaşmasını təklif etmişdir. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə zamanı Zakiri və onun oğlu Emini döyməmişdir. Zakirdən şikayətçidir. İş üzrə ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, dinləyərək, ekspert rəylərini və inzibati xəta haqqında işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 canlı şəxsin məhkəmə-tibbi ekspertizası xx.xx.2025-ci il tarixli, 562 saylı ekspertin rəyindən görünür ki, vətəndaş X3 məhmə m-tibbi ekspertizası zamanı aşkar edilmiş “sol gözaltı, sol said nahiyələrinin sıyrıqları, sağ əlin V barmağının və sol bud nahiyəsinin qançırları” xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş V.E.Qədirovun almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin həm şəxsin özü tərəfindən və həm də kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 563 saylı ekspertin rəyindən görünür ki, vətəndaş X1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş “dodaq-burun büküşünün qançırı” xəsarəti küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. Vətəndaş V.T.Qədirlinin almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət əl çatan nahiyədə olduğu üçün həm şəxsin özü və həm də kənar şəxs tərəfindən yetirilməsi mümkündür. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, ünvan 3 ünvanında yaşayan X8 xx.xx.2025-ci il tarixdə saat 23 radələrində oğlu ilə lotoreya məntəqəsinə gedən zaman Şəxs Gülbala oğlu tərəfindən döyülmüşdür. Bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 və Şəxs barələrində toplanmış material üzrə əməldə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin 10-cu PŞ-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 2/44089 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsəsi ilə aparılan tibbi müayinə protokolundan” görünür ki, X8 yüngül alkoqol sərxoşluq dərəcəsində olmuşdur. Elektron məhkəmə informasiya sistemi tərəfindən aparılan axtarış zamanı müəyyən edildi ki, Şəxs 2003, 2006, 2007 və 2019-cu il təvəllüdlü övladları vardır. Şəxs əvvəllər hər hansı cinayət və inzibati xəta törətməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs sözügedən əməli törətməsinə dair toplanmış və tədqiq edilmiş sübutların məcmusu, proses iştirakçılarının izahatı, məhkəmə-tibbi ekseprtizasının rəyləri, inzibati xəta haqqında protokol və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 32-ci maddəsinə əsasən, Şəxs himayəsində azyaşlı uşağın olması, ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. 33-cü maddəsinə əsasən, Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1801/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1801/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver