Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1803/2024 04.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şikayət verən şəxs X5 və onun etibarnamə üzrə nümayəndəsi X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8 iştirakları ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 27 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 27 may 2024-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi İlə təqsirli bilinərək barədə 1000 (bir min) manat inzibati cərimə edilməyimə dair xx.xx.2024-cü il tarixli ******* saylı qəarar qəbul etmişdir. Həmin qərar maddi və prosessual hüquq norpmalarının kobud şəkildə pozulması ilə qanunsuz şəkildə qəbul edilmişdir.Qərardan görünür ki, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən mənim barəmdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. İnzibati icraat aparan şəxsin əməkdaşları onu barəsində inzibati icraat aparılan şəxs qismində dəvət etmədən, protokolu iştirakı olmadan tərtib etmiş, surəti isə təqdim edilməmişdir. Hərçənd ki, İXMninn tələblərinə əsasən inzibati xəta aşkar edilərkən dərhal protokol tərtib edilir, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Məcəllənin müvafiq maddəsi, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Məcəllənin qeyd etdiyivə qeyd olunan tələblərinə əməl olunmadan, ona məlum olmayan əsaslarla barəsində protokol tərtib edilmiş, inzibati işə baxılması vaxtı xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Lakin müvafiq bildiriş ona qeyd olunan tarixdən 3 gün sonra gəlib çatmışdır. Bildirişin çatmasına dair xəbərnamənin belə edilməsini gözləmədən, müdafiə hüququnun da kobud şəkildə pozulması ilə müşahidə olunan inzibati icraat aparan şəxslərin qanunsuz əməlləri silsilə xarakterli davam etmiş, heç bir qanuni əsası olmadan barəsində inzibati cərimə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işşi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Hesab edir ki, barəsində bu maddənin tələbi əsasında inzibati tənbeh qərarı qəbul etmək açıq-aydın qanunsuzluqdur. Belə ki, 320 №-li tam orta məktəbin direktoru olaraq məktəbin kollektivinin heç birinin əməkhaqqı hesablamır, əməkhaqqı miqdarı və ondan tutulmalara müdaxilə etmir və ümumiyyətlə vəzifə təlimatında da bu cür hərəkətlər nəzərdə tutulmamışdır. Rəsmi imza və möhürlə verilmiş məktubu diqqətlə oxuyarkən aydın olur ki, müəllimlərin və digər işçilərin əmakhaqqısı Bakı şəhəri Təhsil İdarəsi tərəfindən aparılır. Belə ki, ünvan 1 ünvan yaşayan X2 müraciətinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-29-59/1-M-7187-4/2023 qeydiyyat nömrəli cavab məktubunun mətnindən də aydın olur ki, ‘'Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-cı il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respubblikası Prezidentinin 2017-ci İl 23 avqust tarixli 3191 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamına əlavə edilmiş 1-1-ci hissəyə müvafiq olaraq 2018-ci il yanvarın 1-dən etibarən Azərbaycan Respublikası və Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllin bərabər tutulurlar. Elm və Təhsil Nazirliyinin keçirdiyi dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin isə qəbulu müsabiqəsindən keçən ümumi təhsil müəssisələrində psixoloq vəzifəsi üzrə çalısan şəxslərin malik olduqları ixtisas üzrə dərs yükünə görə əməkhaqları bİlik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşına uyğun olaraq hesablanılması həyata keçirilir. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllim vəzifəsi üzrə işləyən şəxs malik olduqları iki və daha çox ixtisas üzrə dərs yükünə görə əməkhaqları bilik və bacarıqla diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşına uyğun olaraq hesablanılır. Bakı səhər Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 29-59/1-M-7 4/2023 qeydiyyat nömrəli cavab məktubunun mətnində qeyd olunur ki, Bakı səhəri 320 nömrəli tam orta məktəbdə psixoloq vəzifəsi üzrə çalışmaqla yanaşı malik olduğunuz ixtisas üzrə yükünə görə əmək haqqınız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 396 nömrəli qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin aylıq vəzifə maaşı hesablanılır. İnzibati icraat aparan vəzifəli şəxs ya inzibati işin materialları ilə tanış olmamış ya da inzibati araşdırma zamanı lazım olan bütün sənədlər ona tam təqdim edilməmişdir. Belə ki, qeyd etdiyi məktubun mətnindən açıq görünür ki, müəllimlərə maaş hesablanması Bakı şəhər Təhsil İdarəsi tərəfindən aparılır və Əfsanə Məhərrəmova Bakı şəhəri 320 nömrəli tam orta məktəbdə psixoloq vəzifəsi üzrə çalışmaqla yanası malik olduğu ixtisas üzrə dərs yükünə görə əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 396 nömrəli qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində çalısan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin aylıq vəzifə maaşı kimi hesablanılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındt X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərar ləğv edilərək inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasında X5 şikayət ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X12 xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı müdafiə edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 192.4-cü maddəsi ilə 1000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli , MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, X5 tərəfindən əmək qanunvericiliyinin pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı inzibati xəta haqqında qərarına əsasən X2 əmək haqqının əmək qanunvericiliyinin pozularaq birtərəfli qaydada azaldıldığı və 2023-cü ilin oktyabr ayından etibarən aşağı məbləğdə verildiyi göstərilmiş, bununla da X6 İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İnzibati orqan müvafiq qərarı qəbul edərkən nəzərə almamışdır ki, dövlət ümumi təhsil müəssisələrində çalışan işçilərin əmək haqqlarının hesablanılması və ödənilməsi məktəb direktorlarının səlahiyyətlərinə aid edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş versə belə, bu inzibati xətada X3 hər hansı hərəkət və hərəkətsizliyi mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 27 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1803/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1803/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver