Məhkəmə qərarları › İş №3(002)-1803/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1803/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1803/2025 01.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan və protokoldan aydın olur ki, Şəxs 30 avqust 2025-ci il tarixdə, saat təxminən 17:15 radələrində Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasının dəhlizində ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polis əməkdaşına tabesizlik göstərərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 01 sentyabr 2025-ci il tarixdə, MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X8 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs barəsində başqa bir işlə bağlı şikayət materialı olduğu üçün 30 avqust 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı tərəfindən şöbəyə dəvət olunmuşdur. Həmin gün Şəxsov Soltan oğlu şöbəyə yaxınlaşmış və saat təxminən 17:00 radələrində Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasının dəhlizində nalayiq ifadələr işlətməklə polis əməkdaşlarına tabesizlik göstərmiş və ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, evdə əsəbi olduğu halda mobil telefonuna polis təhqiqatçısı zəng vuraraq onu polis şöbəsinə dəvət etmiş, barəsində başqa bir şikayət materialının olması onun tamamilə yadından çıxdığı üçün əsəbi halda 10-cu Polis Şöbəsinə gəlmiş, orada əsəblərini cilovlaya bilmədiyi üçün ünvansız nalayiq ifadələr işlətmişdir. Əməlindən səmimi peşiman olduğunu, polis əməkdaşlarından üzr istədiyini bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxsov Soltan oğlu həqiqətən də polisin qanuni tələbinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş 30 avqust 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əlaqədar 30 avqust 2025-ci il tarixdə saat 17:00-da tutulmuşdur. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxsov Soltan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutulmadan dərhal azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov İş № 3(002)-490/2025 QARADAĞ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasının protokolu 20 mart 2025-ci il Bakı şəhəri Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X2, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclası saat 13:00-da açıq elan edilir. Sədrlik edən məhkəmədə iştirak edənlər barəsində məlumat vermək üçün sözü məhkəmə iclas katibinə verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis mayoru X5, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis mayoru X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak edirlər. Sədrlik edən hakimi və məhkəmə iclas katibini elan edir. Sədrlik edən: Mürsəlov Rufan Kamil oğlu Məhkəmə iclas katibi: Abbasov Fərid Zirəddin oğlu. Sədrlik edən hakimə və məhkəmə iclas katibinə etirazın olub-olmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir və səlahiyətini yoxlayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs: Şəxs – 02 fevral 2005-cı ildə ünvan 3ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 3i ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Qaradağ RPİ-nin 10-cu PŞ-nin nümayəndəsi: X5 - 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X8 - 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən vəkil təyin edilməsi barədə fikrini soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəkilə ehtiyacının olmadığını bildirərək hüquqlarını özü müdafiə edəcəyini və vəkildən imtinasının maddi vəziyyəti ilə əlaqədar olmadığını bildirir. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir. Məhkəmə iclasında iştirak edən şəxslər hüquq və vəzifələrinin onlara aydın olduğunu bildiririrlər. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslərin hər-hansı bir etiraz və vəsatətinin olub-olmamasını soruşur. Etiraz və vəsatət daxil olmadı. Sədrlik edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis mayoru X1 verir. X2 izahatı: Şəxs 18 mart 2025-ci il tarixdə, saat təxminən 16:25 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivdə nalayiq ifadələr işlətməklə polis əməkdaşına tabesizlik göstərmiş və ictimai qaydanı pozmuşdur. Daha sonra ona zəng edilərək polis şöbəsinə dəvət olunmuş və vətəndaş özü 10-cu PŞ-na yaxınlaşmışdır. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Buna görə də onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirəm. Suallar olmadı. Sədrlik edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X3 verir. X6 izahatı: 18 mart 2025-ci il tarixdə, saat 16:20 radələrində xidməti ərazidə xidmətdə olarkən 2-ci massivdə, 233 nömrəli məktəbin qarşısında “Mercedes” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun əks istiqamətində durduğunu və hərəkətə mane olduğunu gördüm. Avtomobilə yaxınlaşaraq sürücüyə özümü təqdim etdim və avtomobili yolun əks istiqamətində saxlamamasını ona bildirdim. Sürücü mənə əhəmiyyət verməyərək mənə “yaxşı edirəm saxlayıram, sən kimsən ki, mənə avtomobili burda saxlama deyirsən” dedi. Sürücü avtomobili orda saxlayaraq yaxınlıqda olan bərbərxanaya girdi. Mən bərbərxanadan təxminən on beş-iyirmi dəqiqə sonra çıxdım, avtomobilin yanına yaxınlaşdıqda sürücüyə təkrar iradımı bildirdim. Bu zaman sürücü mənimlə mübahisə etməyə başladı, uca səslə qışqıraraq polis əməkdaşlarına zəng vuracağı ilə onu hədələdi. Mən əməliyyat qrupunu hadisə yerinə çağırmaq istədikdə sürücü avtomobilə oturaraq yüksək sürətlə ərazidən uzaqlaşdı. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq eidlibedilməməsini məhkəmənin mülahizəsinə buraxıram. Suallar olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs söz verir. Şəxs izahatı: ünvan 4 ünvanında ailləm ilə birlikdə yaşayıram, subayam. 18 mart 2025-ci il tarixdə, saat 16:20 radələrində saçımı düzəltdirmək üçün Lökbatan qəsəbəsi, ikinci massivdə yerləşən, 233 saylı məktəblə üzbəüz bərbərxanaya getdim. Ora gedərkən avtomobili bərbərxananın qarşısında, əks yolda saxlayaraq avtomobildən düşdüm. Avtomobili təmizləyərkən bir nəfər şəxs mənə yaxınlaşaraq avtomobili saxladığım yerdən çıxarmağımı bildirdi. Mən həmin şəxsin mülki geyimdə olduğundan və özünü mənə təqdim etmədiyindən onun dediklərinə əhəmiyyət vermədim. Bərbərdə işimi bitirdikdən sonra həmin şəxs yenidən mənə yaxınlaşaraq özünü təqdim etdi və mənə avtomobili qanunsuz saxladığıma görə hadisə yerinə digər polis əməkdaşlarını çağırdığını, orada gözləməyimi mənə bildirdi. Mən isə rayonda hərbi komissarlığa çağırıldığımdan tələsik oradan çıxıb getdim. Sonradan mənə polisdən zəng gəlib və məni 10-cu PŞ-ya çağırmışlar. Mən heç bir nalayiq ifadə işlətməmişəm. Törətdiyim əməldən peşimanam və bir daha belə hərəkətlərə yol verməyəcəyəm, məhkəmədən mənə yüngül tənbeh verilməsini xahiş edirəm. Suallar olmadı. Sədrlik edən iş materiallarını elan edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Sədrlik edən işdə olan sənədləri oxuyub elan edir. Sədrlik edən işin başa çatdığını və məhkəmə çıxışlarının başlandığını bildirir. Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis mayoru X5: Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirəm. Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X8: Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq eidlib-edilməməsini məhkəmənin mülahizəsinə buraxıram. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirədən qayıdaraq qərarı elan edir, məzmununu, şikayət etmə müddətini və qaydasını, həmçinin məhkəmə iclas protokolu ilə tanış olub ona qeydlər vermə qaydasını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 13:30-da bağlı elan edir. Sədrlik edən Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar