Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1809/2025 13.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş EQ 24339614 saylı, 05 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş EQ 24339614 saylı, 05 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 3 il bundan əvvəl Kamaz 5410 markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı yük avtomobilini generalni etibarnamə ilə satmışdır. Satdığı adam avtomobilin qeydiyyat şəhadətnaməsini tez bir zamanda öz adına keçirəcəyini, onun adından çıxaracağına ona söz vermişdir. Lakin öz adına keçirməmiş və etibarnamənin müddəti bitdiyindən cərimələr onun adına gəlməyə başlamışdır. O, bir neçə dəfə öz cibindən ona aid olmayan cərimələr ödəmişdir. O, DYP idarəsinə bir neçə dəfə ərizələr yazıb göndərmişdir ki, avtomobilin dayandırılması barədə lazımi tədbirlər görülsün. Ona DYP idarəsindən şikayətə baxılacağı, avtomobilin dayandırılacağı barədə cavab məktubu gəlmişdir. Lakin avtomobil dayandırılmamış və hər keçən gün cərimələr gəlməyə davam eləmişdir. Odur ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş EQ 24339614 saylı, 05 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğundan ləğv edilməsini və cərimələrin silinməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. X1 və inzibati protokol tərtib edən orqana işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi və şikayətçi X4 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş EQ 24339614 saylı, 05 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1809/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1809/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver