Məhkəmə qərarları › İş №3(002)-181/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-181/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-181/2021 07.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1965-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, dul, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yataqxana 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qaradağ rayon İcra və probasiya Şöbəsinin icra məmuru X4, borclu Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)-391/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Qaradağ rayon məhkəməsinin 2(002)-391/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxsn İmran qızından 10000 manat məbləğində pul tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Bu günədək borclu heç bir ödəniş etməmişdir. Hazırda borculunun tələbkara 10000 manat məbləğində ödənilməmiş borcu yarandığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasə xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır, Qaradağ rayon məhkəməsinin 2(002)-391/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan 10000 manat məbləğində pul tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. O bu günədək xeyli miqdarda ödənişlər etmiş, lakin onda bununla bağlı heç bir qəbz yoxdur. Lakin buna baxmayaraq icra məmurunun qeyd etdiyi kimi 10000 manat borc deyil, 2900 manat ödənilməmiş borcu qalmışdır. Ha-hazırda isə məhkəmə iclasında da hər hansı bir ödəniş etmək iqtidarında deyildir. Onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, ailə vəziyyətini, işsiz olmasını nəzərə alıb iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs müdafiəçisi Vəkil öz çıxışında bildirmişdir ki, qarşı tərəf qeyri-qanuni BOKT kimi fəaliyyət göstərir. Bu günədək borclu tərəfindən ödənişlər olunmuş və bununla bağlı borclunun mobil telefonunda tələbkarın səs yazısı vardır. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnun yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Ödədiyi məbləğlərlə bağlı da məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar