Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-181/2025 30.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Sabirabad rayonu, Moranlı ərazi dairəsi, Bala Həşimxanlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Hacıyev X5 qəsəbəsində yerləşən 719 saylı xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Hacıyev X5 qəsəbəsində yerləşən 719 saylı xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, AZMAŞ şirkətindən lizinqlə maşın əldə etmiş, lakin maşının üzərində olan xeyli miqdarda cərimələrdən və avtomobilə qoyulmuş həbsdən məlumatlı olmadan onu idarə etmişdir. Buna görə də YPX əməkdaşı tərəfindən saxlanılaraq avtomobil duracağa təmin edilmişdir. O, nəqliyyat vasitəsini götürdüyü şirkətin rəhbərliyi ilə əlaqə saxlayaraq, şirkət tərəfindən ona hazırki problemin aradan qalxdığını və nəqliyyat vasitəsini duracaqdan götürə biləcəyini bildirmişdir. Bu səbəbdən o, nəqliyyat vasitəsinin açarlarının onda olması vəziyyətindən istifadə edərək avtomobili duracaqdan çıxarmaq qərarına gəlmiş və məsələnin həll edildiyini düşünmüşdür. Sonra isə barəsində axtarış elan olunduğunu bildikdə Sabirabad Rayon Polis Şöbəsinə könüllü yaxınlaşaraq nəqliyyat vasitəsini təhvil vermişdir. Hazırda əməlindən peşman olduğunu, aldanma nəticəsində bu əməli törətdiyini nəzərə alaraq, barəsində yüngül tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona qarşı fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Əlilliyi olmayan şəxs olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid BDYPİ-nin Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X7 ifadəsində bildirmişdir ki, vətəndaş Şəxs nəqliyyat vasitəsini idarə edərkən tərəfindən saxlanılmış və sənədləri yoxlanılan zaman onun etibarnamə olmadan nəqliyyat vasitəsi idarə etməsi, eləcə də həmin nəqliyyat vasitəsinin üzərində olan cərimələr səbəbindən həbs qoyulması halı müəyyən edilmişdir. Bununla bağlı müvafiq tədbirlər görülərək nəqliyyat vasitəsi duracağa təmin edilmiş və vətəndaşa cərimələrin ödənilməyəcəyi təqdirdə həbsin avtomobilin üzərindən götürülməyəcəyi izah edilmişdir. Lakin, nəqliyyat vasitəsi duracağa təmin edilməsinə baxmayaraq, vətəndaş Şəxs avtomobilin açarlarını əşyalarını içindən götürmək bəhanəsi ilə təhvil verməkdən yayınmışdır. Daha sonra vətəndaş gizli şəkildə açarların onda olmasından sui-istifadə etməklə, nəqliyyat vasitəsini duracaqdan qaçırmağa nail olmuşdur. Bu hal aşkar olunduqdan sonra dərhal nəqliyyat vasitəsi axtarışa verilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X4 çıxışında Şəxs törətdiyi əməli etiraf etdiyini və peşman olduğunu nəzərə alaraq, onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi polis mayoru Mehman Qurbanova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Hacıyev X5 qəsəbəsində yerləşən 719 saylı postdan nəqliyyat vasitəsini qaçırmaqla polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Hacıyev X5 qəsəbəsində yerləşən 719 saylı xx.xx.2025ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Hacıyev X5 qəsəbəsində yerləşən 719 saylı xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədləri daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, iş üzrə 01 ədəd disk iş materiallarına əlavə edilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 ( iki yüz ) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə 01 ədəd disk iş materiallarına əlavə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-181/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-181/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver