Məhkəmə qərarları › İş №3(002)-1810/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1810/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1810/2023 22.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, İnzibati protokol tərtib edən şəxs Qaradağ rayon Polis İdarəsinin DYPŞ-nin polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1972-ci ildə Sabirabad rayonu, Cavad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 10 iyul 2023-cü il tarixdə saat 15.15 radələrində idarə etmə hüququ olmadan “Mercedes E220CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən manevretmə qaydasını pozaraq X1 idarə etdiyi “Toyota Prius” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olmuşdur. Qeyd edilənlərlə bağlı Şəxs barəsində Qaradağ rayon Polis İdarəsinin DYPŞ-nin polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə İXP ******* saylı 09 avqust 2023-cü il tarixli inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib edən şəxs Qaradağ rayon Polis İdarəsinin DYPŞ-nin polis baş leytenantı X4 bildirmişdir ki, Şəxs 10 iyul 2023-cü il tarixdə saat 15.15 radələrində idarə etmə hüququ olmadan “Mercedes E220CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən manevretmə qaydasını pozaraq X1 idarə etdiyi “Toyota Prius” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməyərək bildirmişdir ki, hadisəni Prius markalı avtomobil törətmişdir. Belə ki, Prius markalı avtomobil onun qarşısına çıxmış və nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edilənlərə əsasən protokolun təmin edilməməsi xahiş olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi etirafedici izahatı ilə, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. 23 iyun 2023-cü il tarixli 925-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunundan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddənin sanksiyasında “dörd” sözü “beş” sözü ilə əvəz edilmişdir və 17 iyul 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi 10 iyul 2023-cü il tarixdə baş verdiyindən Şəxs həmin tarixədə qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, onun hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsilə düzgün tövsif olunmuşdur və bununla da onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunması, əməlini etiraf etməklə səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq törədilmiş inzibati xətaya görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar