Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1812/2025 30.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi ilə X4 DİN-in BDYPİ-si tərəfindən qəbul edilmiş 02 aprel 2024-ci il tarixli EQ 20306102 nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək DİN-in BDYPİ-si tərəfindən barəsində tərtib edilmiş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsinə dair 02 aprel 2024ci il tarixli EQ 20306102 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-5618/2025 saylı, 26 avqust 2025-ci il tarixli qərardadına əsasən şikayət və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, EQ 20306102 nömrəli protokoldan şikayətçiyəm. X2 3 il bundan əvvəl Kamaz 5410 markalı **-BG-*** Dövlət qeydiyyat nişanlı yük avtomobilimi generalını etibarnamə ilə satdım. Satdığım adam mənə söz verdi ki, avtomobilin qeydiyyat şəhadətnaməsi tez bir zamanda öz adına keçirəcəyini, mənim adımdan çıxaracağına. Lakin öz adına keçirmədi və etibarnaməni müddəti bitdiyindən cərimələr mənim adıma gəlməyə başladı. Mən bir neçə dəfə öz cibimdən (mənə aid olmayan) cərimələr ödəmişəm. Bunu da bildirmək istəyirəm ki mən DYP idarəsinə bir neçə dəfə ərizələr yazıb göndərmişəm ki, avtomobilin dayandırılması barədə lazımi tədbirlər görülsün. Mənə DYP idarəsində cavab məktubu gəlib orda yazır ki, şikayətə baxılacağı, avtomobilin dayandırılacağ barədə. lakin avtomobil dayandırılmadı və hər keçən gün cərimələr gəlməyə davam elədi. Sizdən xahiş edirəm ki, qərarın xitam olunmasına və cərimənin silinməsinə köməklik edəsiniz. Məhkəmə iclasının vaxtı və yeri barədə X5 və DİN-in BDYPİ-nə qanunverilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və DİN-in BDYPİ-nin X3 tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20306102 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, vətəndaş X6 Bakı kənar dairəvi yol 11.2 km Qazax ist-də , 02 aprel 2024-cü il tarixdə saat 02:56-də KAMAZ 5410 yük markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili Qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, DİN-in BDYPİ-nin X3 tərəfindən qəbul edilmiş 102 aprel 2024-ci il tarixli EQ 20306102 nömrəli qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, DİN-nin BDYPİ-si tərəfindən X5 ünvanlanmış 08 mart 2024-cü il tarixli 3-13- 16/2-M-27389 saylı cavab məktubundan aydın olur ki, Mülkiyyətçisi olduğunuz «KAMAZ 5410» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmədiyiniz halda barənizdə inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə ünvanladığınız müraciətinizə baxılmışdır. Bildiririk ki, qaldırdığınız məsələnin həlli üçün həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerleşdirilməsi barədə qərar qəbul olunmuşdur. Göründüyü kimi yuxarıda qeyd olunan inzibati xəta hadisəsi X6 tərəfindən törədilməmişdir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair DİN-in BDYPİ-nin X1 02 aprel 2024-ci il tarixli EQ 20306102 nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1812/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1812/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver