Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1813/2020 04.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X3 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 iştirakları ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-Şəxs ASC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Bakı Baş Gömrük İdarəsi Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2203/20 nömrəli xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 “Bakı Aq Səhər Ofis Binası" ünvanında qeydiyyatda olan “xxxx” ASC-nin ünvanına 34KL0672/34BDV776 nömrə nişanlı yük avtomaşınında Türkiyə Respublikasından G1B**********030 nömrəli xx.xx.2020-ci il tarixli invovs sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük idarəsində **********1563 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildivinin müəyyən edilməsi məqsədi ilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə 1400-012/0xx-xx/007497 nömrəli 01,10.2020-ci il tarixli məktubla müraciət olunmuş, həmin idarədən Bakı Baş Gömrük idarəsinə göndərilmiş 2200-012/0xxxx/005320 nömrəli xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, “xxxx” ASCnin ünvanına GİB**********030 nömrəli xx.xx.2020-ci il tarixli invovs üzrə idxal olunan “Aricisan” markalı, “A-100” modelli traktora qosula bilən ver qazan qurğu XİFMN üzrə ********** alt yarımmövqeyində sinifləsdirilir və müxtəlif təyinatlıdır. Bununla da, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin 2200-012/0xx-xx/005320 nömrəli xx.xx.2020-ci il tarixli rəyinə əsasən malların XİFMN üzrə ********** kod altında deyil, XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi təqdirdə “xxxx” ASC-nin ƏDV üzrə 681,34 manat, elektron gömrük xidməti haqqı üzrə 30,00 manat, elektron gömrük xidməti üzrə ƏDV 5,40 manat olmaqla ümumilikdə 716,74 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC **********1563 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 716,74 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bildiririk ki, **********3407 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1054,00 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə X7 Gömrük idarəsində “xxxx” ASC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 12000-4342/20 saylı iş üzrə icraat başlanılmış, protokol tərtib edilmiş və toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(0491-469/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərarı ilə “xxxx” ASC Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qevd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, "Şəxs" tərəfindən idxal edilmiş malların XİF MN üzrə kodunun düzgünlüyünün müəyyənləşdirilməsi üçün Mərkəzi Gömrük Ekspertizası idarəsinə müraciət olunmuş və həmin idarənin ekspertiza rəyinə əsasən idxalatçı tərəfindən təqdim edilən GİB**********030 nömrəli xx.xx.2020-ci il tarixli invovs sənədi ilə idxal edilən malın XİFMN üzrə ********** alt yarımmövqeyində sinifləsdirildiyi və müxtəlif təyinatlı olduğu müəyyən edilmiş, nəticədə əlavə gömrük ödənişlərinin ödənilməli olduğu və ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinin tərkib əlamətlərinin olduğu aşkar edilmişdir. Şəxs ASC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Ona görə də , Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirini tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan "Şəxs" ASC-nin ünvanına 34KL0672/34BDV776 nömrəli nəqliyyat vasitəsi ilə, GİB**********030 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********1563 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası idarəsinə müraciət olunmuş, həmin idarədən 2200-012/0xx-xx/005320 saylı,xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmişdir. Mərkəzi Gömrük Ekspertiza idarəsinin rəyinə əsasən **********1563 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində "Şəxs" ASC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 00.00 azn,ƏDV üzrə 681.34azn,elektron gömrük xidməti haqqı üzrə 30.00 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn təşkil edir. Bakı Baş Gömrük idarəsinə göndərilmiş 2200-012/0xx-xx/005320 nömrəli xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən keçirilmiş ekspertiza rəyindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, “xxxx” ASC-nin ünvanına GİB**********030 nömrəli xx.xx.2020-ci il tarixli invovs üzrə idxal olunan “Aricisan” markalı, “A-100” modelli traktora qosula bilən ver qazan qurğu XİFMN üzrə ********** alt yarımmövqeyində sinifləsdirilir və müxtəlif təyinatlıdır. Lənkəran Rayon Məhkəməsinin 3(0491-469/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərarının surətindən görünür ki, “xxxx” ASC Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qevd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilmiş və həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. "Şəxs” ASC-nin nümayəndəsi X4 xx.xx.2020-ci il tarixli, 00100-2203/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs ASC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini və məsuliyyəti ağırlaşdıran hal kimi hüquqi şəxs tərəfindən eyni xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsini (İXM- 33.1.2) nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 100 (yüz) faizi məbləğdə cərimə edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 100 (yüz) faizi məbləğdə yəni, 716,74 (yeddi yüz on altı manat yetmiş dörd qəpik) məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1813/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1813/2020
04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver