Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1813/2025 03.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-72/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmış və yığılmış aliment borcu 6220 manat təşkil erdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan MN serialı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borclu Şəxs ünvanlanmışdır. İcra sənədi üzrə borclu Şəxs hər ay bir övladı üçün X1na 193 manat ödəməlidir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular edilmiş, borclunun adına hərhansı gəlir və əmlak aşkar edilməmişdir. Həmçinin borclu ilə telefon vasitəsilə əlaqə saxlanılmış və Qaradağ rayon İcra şöbəsinə dəvət edilmiş, lakin borclu şöbəyə gəlməkdən imtina etmişdir. Bundan sonra borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin borclunun icra sənədində qeyd olunan ünvanda yaşamadığı müəyyən olunmuş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Borclunun olduğu yer məlum olmadığı üçün barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Qaradağ Rayon Polis İdarəsinə göndərilmiş, lakin borclunun təhvil verilməsi ilə bağlı hər hansı məktub icra şöbəsinə daxil olmamışdır. Daha sonra tələbkarın müraciəti əsasında 14 mart 2023-cü il tarixdə tələbkarın vasitəçiliyi ilə borclunun olduğu yer müəyyən edilmiş və borclu icra şöbəsinə dəvət edilmişdir. Daha sonra icra şöbəsində borclunun izahatı alınmış, o izahatında, aliment ödəməkdən imtina etdiyini və bundan sonra da ödəməyəcəyini bildirmiş, arvadından və uşağından imtina etdiyini bildirmiş, buna görə də aliment ödəməyəcəyini qeyd etmişdir. Buna baxmayaraq borcluya aliment borcunu ödəməsi üçün şərait yaradılsa da o, bundan imtina etmişdir. Borclu Şəxs 2123 manat aliment borcu yarandığına görə 14 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə aparılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Bundan sonra borclu işlə təmin olunması üçün Məşulluq Xidmətinə yönəldilsə də işləməmişdir. Borclunun barəsində ikici dəfə axtarış elan edilmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə iltizam verərək aliment üzrə hər ay 300 manat ödəyəcəyinə söz verməsinə baxmayaraq vədinə əməl etməyərək aliment borcu üzrə tam ödəniş aparmamışdır. Borclu 2024-cü il ərzində cəmi 1000 manat ödəniş aparmış, həmin ödəniş qəbzə imza edilməklə aparılmışdır. Borclu cəmi 1500 manat ödəniş etmişdir, ödənişin 500 manatı əlbəəl edilmişdir. Hazırda Şəxs cəmi 6220 manat aliment borcu vardır. Borclunun barəsində ümumilikdə 2 dəfə axtarış elan edilmişdir. Borclunun tələbin yönəldilə biləcəyi heç bir əmlakı, gəliri, pul hesabı yoxdur. Tələbkar borcludan şikayətçidir, borcun vaxtlı-vaxtında ödənilməsini tələb edir. Bununla da, borclu Şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərini özündə əks etdirən inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, tam ödəniş etməyə imkanı yoxdur. Keçən ay 100 manat ödəmişdir. Halhazırda 500 manat ödəyəcəkdir, sonrakı aylarda da 300 manat ödəniş aparacaqdır. Buna görə də qeyd etdiklərinin nəzərə alınaraq barəsində tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 ilə mobil telefon vasitəsilə əlaqə saxlanıldı. X1 bildirdi ki, borclu Şəxs şikayətçidir. Borclu Şəxs uşağı ilə maraqlanmır, hətta uşağına istəmədiyini demişdir. Bu hal ona çox pis təsir edir. Borclunun heç olmasa aylıq 150 manat ödəməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi onun, icra məmurunun izahatı, tələbkarın bildirdikləri ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(002)- 72/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Qaradağ rayon İcra şöbəsinin 31 yanvar 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(002)-72/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Qaradağ rayon İcra şöbəsinin 31 yanvar 2023-cü il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. Bankların cavab məktublarından görünür ki, borclu Şəxs hər hansı bank hesabı, əmanəti aşkar edilməmişdir. Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti dövlət agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs məxsus təhlükə potensiallı qazan, qurğu, avadanlıq, texnoloji və digər mexaniki nəqliyyat vasitəsi Agentlikdə qeydiyyatdan keçməmişdir. Nəzərov X8 rayon icra şöbəsinə verdiyi izahatlarında alimenti maddi imkansızlıqdan ödəmədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X2 Bakı Regional Məşğulluq filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs işlə təmin olunması üçün ***-***-**-** telefon nömrəsinə zəng edilsə də həmin nömrə ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bununla əlaqədar vətəndaşın ünvanına məktub göndərilmiş, Filiala (və ya Nazirliyin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 1 saylı “DOST” mərkəzinə) yaxınlaşacağı təqdirdə məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Qaradağ RPİ-nin xx.xx.2024-cü il tarixli və Qaradağ rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Şəxs yaşadığı yer müəyyən edilmədiyindən barəsində iki dəfə axtarış elan edilmişdir. Şəxs verdiyi xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, o, hər ay aliment borcu üzrə 300 manat ödəniş edəcəyinə söz vermişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs həmin tarixdə aliment üzrə 1000 (bir min) manat ödəmişdir. Qaradağ rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(002)-72/2023 saylı icra sənədinə əsasən Şəxs yığılmış aliment borcu 6220 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(002)-72/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs xx.xx.2014-cü il təvəllüdlü övladı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. İcra sənədi üzrə icraata 31 yanvar 2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı tam olaraq yerinə yetirməkdən boyun qaçırmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu Şəxs qərarın icrasına laqeyd yanaşaraq aliment borcundan vaxtlı-vaxtında ödəniş etməmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən, müvafiq olaraq Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla da məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və o, həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, yaranmış aliment borcunun məbləğini nəzərə alaraq onun barəsində inzibati həbsin 10 gün müddətinə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 03 sentyabr 2025-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 03 sentyabr 2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1813/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1813/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver