Məhkəmə qərarları › İş №3(002)-1814/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1814/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1814/2025 04.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1982-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan) fərdi qaydada usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1528/2010 saylı, 18 noyabr 2010-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ şəhər Məhkəməsinin 2(002)-1528 /2010 saylı, 18 noyabr 2010 il tarixli icra vərəqəsinə əsasən "xxxx" ASC-nin Şəxs qarşı “Kredit müqaviləsinin ləğvi kredit borcunun tutulması və tutulmanın girov qoyulmuş əmlaka yönəldilməsi” iddiası təmin edilmiş, Şəxs 9500 manat məbləğində əsas borc, 5098 manat məbləğində faiz borcu və 8800 manat məbləğində cərimə borcu cəmi 23398 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi və bank qarşısınsda ipoteka ilə yüklü edilmiş “PAZ-32051R” markalı (Buraxılış ili 1999, tip vaqon 19+1, ban nömrəsi XTM3251RX0001497, rəngi ağ-yaşıl) **-KF-*** dövlət qeydiyyat nişanlı avtomaşının açıq hərracda satılaraq əldə olunuş vəsait heabına ödənilməsinə qərar verilmişdir.Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, 05 yanvar 2011-ci il tarixdə qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Cavabdeh Şəxs bu günədək yaranmış borcundan heç bir ödəniş etməmiş, o cümlədən “PAZ-32051R” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomaşını təqdim etməmişdir. Bundan başqa borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığından və telefonla əlaqə saxlanılaraq icra şöbəsinə gəlməsi izah edilsə də gəlməkdən imtina etdiyinə görə barəsində axtarış elan edilmiş və bu gün, yəni 04 sentyabr 2025-ci il tarixdə polis tərəfindən saxlanılaraq icra şöbəsinə təqdim edilmişdir. Borclunun izahatı alınarkən o yaranmış borcunu ödəməyə imkanının olmadığını və qeyd olunan avtomobil onda olmadığı üçün təqdim edə bilməyəcəyini göstərmişdir. Bütün bu qeyd etdiklərinə əsasən borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 4 sentyabr 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Odur ki, borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qardaşının dostu avtobus lisenziyası alıb işlədirmiş. Qardaşı ona dostuna Ford markalı maşın alacaqlarını və maşını onun adına alacaqlarını demişdir. Ancaq onun adına PAZ-32051R markalı maşın alınıb. Qardaşının dostu polis idarəsində əməliyyatçı olub, hal hazırda rəhmətə gedib. Avtomobilin harada olmasından isə heç bir məlumatı yoxdur. Borcu ödəməyə imkanı yoxdur. Himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan övladları var. İmkan olacağı təqdirdə yaranmış borcundan hissə-hissə ödənişlər edəcəkdir. Odur ki, barəsində heç bir tədbir görülməməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki Şəxsnın yaranmış borcundan xəbəri olmaqla icra sənədini icra etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş 4 sentyabr 2025-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, qeyd olunan icra işi ilə əlaqədar ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar