Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1815/2020 10.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, xx xxxxxx 1995-ci ildə Kürdəmir rayonunda doğulmuş, Kürdəmir rayonu, Böyük Kəngərli kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər BPİ-nin Dövlət X1 daxil olmuş inzibati materiala, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş xx xxxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokoldan aydın olur ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 06:10 radələrində “Mercedes Benz C 230” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxlanılmış, xüsusi texniki vasitə ilə tibbi müayinədən keçirilərkən yüngül dərəcədə alkoqol sərxoşluğu olduğu məlum olmuşdur. Buna görə də onun barəsində İXM-nin 333.1-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə təkrarən Şəxs və Bakı şəhər BPİ-nin Dövlət X2 məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokoldan aydın olur ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 06:10 radələrində “Mercedes Benz C 230” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş halda idarə etmişdir. Buna görə də onun barəsində İXM-nin 333.1-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan aydın olur ki, Şəxs alkoqol sərxoşluğu altında avtomobili idarə etmişdir. Həmin protokoldan aydın olur ki, Şəxs spirtli içki içdiyini etiraf etmiş və texniki göstərici ilə razılaşaraq həkim müayinəsinə ehtiyacı olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov.
Məhkəmə qərarları › İş №3(002)-1815/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1815/2020
10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver