Məhkəmə qərarları › İş №3(002)-1815/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1815/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1815/2025 16.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Qaradağ rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon prokurorluğundan məhkəməyə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə baxılması üçün inzibati material daxil olmuşdur. Məhkəmə təqdim edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs "xxxx" ASC-nin Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinin İstismar şöbəsinin baş mühəndisi işləyən zaman "xxxx" ASC-nin Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinin SƏB üzrə elektrik montyoru işləyən Şəxs 16 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 4-cü massivdə üzərindən 6 kV-luq elektrik xətti keçən dirək olan ərazidə işlərin görülməsinə cəlb etmiş və faktiki olaraq texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın 2.3, 7.16.6, 7.16.7, 43.2 və 43.10-cu bəndlərinin tələbləri, eləcədə, "xxxx" ASC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Regional Enerji və X3 Şəbəkələrinin əməkdaşlarının (baş mühəndisinin) vəzifə təlimatı”nın “İşçinin vəzifələri” bölməsinin 6-cı və 19-cu bəndinin tələblərini yerinə yetirmədiyindən "xxxx" ASC-nin Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinin SƏB üzrə elektrik montyoru X4 16 aprel 2025-ci il tarixdə, saat 13 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində Şonqar qəsəbəsinə yüksəkliklə gedən 6 kV-luq hava xəttini təmir etdikdən sonra metal materialdan hazırlanmış dirəklə aşağı enən zaman dirəyin ayaqlığının qırılması nəticəsində yıxılaraq İİİ-İV bel fəqərələrinin köndələn çıxıntılarının yerdəyişən sınıqlarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Bakı şəhəri Qaradağ rayon prokurorluğuna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclasına gəməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraata Qaradağ rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, 16 aprel 2025-ci il tarixdə rayon ərazisində baş verən küləkli hava şəraiti ilə bağlı Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində Şonqar qəsəbəsinə yüksəkliklə gedən 6 kV-luq hava xətti qırılmışdır. Bu barədə məlumat daxil olduqdan sonra o naryad buraxılış vərəqəsi tərtib etmiş və işçiləri götürüb həmin əraziyə getmişdir. Rafiq və Elşənə 4-cü massiv ərazisində yerləşən naqilləri bərpa etməyi tapşırmışdır. Elşən və Rafiq göstərilən ərazidə işləməyə başlamışlar. O digər montyora da işini tapşırmışdır. Onlar həmin ərazidə olan metal materialdan hazırlanmış dirəklərə çıxaraq oradan qırılmış naqilləri sıxac vasitəsilə birləşdirmişlər. Dirəklərin uzunluğu təxminən 6-8 metr olur. Dirəyə çıxmamışdan qabaq dirəyin sazlığını yoxlayırlar. Dirəklərdə quraşdırılmış ayaqlıqlar vasitəsilə çıxıb düşürlər. Həmçinin, yüksəklikdə işləyən zaman idarə tərəfindən verilmiş kəməri dirəyə bağlayırlar. Saat 13 radələrində Elşənin dirəkdən düşərkən yerə yıxıldığını görmüş, Elşən naqili bağlayıb aşağı düşərkən ayaqlığın qırılması nəticəsində təxminən 2-3 metr hündürlükdən yıxılmışdır. O, dərhal ora getmiş və X7 məlumat vermişdir. Bir neçə dəqiqə sonra TTY avtomobil gəlmiş və X8 Mərkəzə aparmışlar. Elşəni orada müayinə etdikdən sonra ambulator müalicə üçün evə buraxmışlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 4-cü massivdə üzərindən 6 kV-luq elektrik xətti keçən dirək olan ərazidir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 336 saylı rəyindən görünür ki, E.İ.Qəhrəmanovun İİİ-İV bel fəqərələrinin köndələn çıxıntılarının yerdəyişən sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aid edilir. İş materiallarında olan məhkəmə əməyin mühafizəsi və texniki təhlükəsizlik ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/4741 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində hadisənin baş verdiyi "xxxx" ASC-yə aid 6 kV-luq hava xəttinin dayağının texniki cəhətdən saz vəziyyətdə saxlanılmaması, yəni dayağa qalxmaq üçün ayaqlığın sınması baş vermiş hadisənin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın 2.3, 7.16.6, 7.16.7, 43.2 və 43.10-cu bəndlərinin tələbləri pozulmuşdur. Hadisə baş vermiş elektrik dayağının təhlükəsiz istismarı və onun texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın 2.3-cü bəndinin tələbi hadisə baş vermiş elektrik dayağının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etməli olan şəxs(lər) tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Hadisə baş vermiş elektrik dayağında işçinin işləməsinə başlamazdan əvvəl dayağın kifayət qədər möhkəm (konkret halda dayağın ayaqlığının) və dayanıqlı olması yoxlanılmadan işçinin dayağa qalxmasına yol verməklə işlərin təhlükəsizlik texnikası Qaydaları”nın 7.16.6, 7.16.7, 43.2-ci bəndlərinin tələbləri həmin işlərin görülməsinə təyin olunmuş iş icraçısı tərəfindən pozulmuşdur. X1 dayağdan düşərkən ona verilmiş qoruyucu kəməri çıxartmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın 43.10-cu bəndinin tələbi X2 özü tərəfindən pozulmuşdur. Müəyyən edilmiş pozuntularla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olun-olmaması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialların Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Qaradağ Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 01. xx.xx.2025-ci il tarixli, 336 saylı rəyi, məhkəmə əməyin mühafizəsi və texniki təhlükəsizlik ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/4741 nömrəli rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq sonuncuya Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar