Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1816/2025 15.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, X1, DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli, EQ 29423047 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayonu, Məmmədli kəndində yaşayan X3 şikayətlə Abşeron rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 22 iyul 2025-ci il tarixli EQ 29423047 saylı elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon məhkəməsinin 11 avqust 2025-ci il tarixli 3(012)-1866/2025 saylı qərardadı ilə qeyd olunan şikayət və əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. X3 şikayətində bildirmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsindən, "xxxx" MMC-yə məxsus olan Khazar LX markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025 tarixli EQ29423047 protokolu adıma tərtib edilmişdir. Buna görə də mənə İXM-nin 346.4cü maddəsində nəzərdə tutulmuş 80 azn və 2 bal cərimə edilmişəm, həmin cərimə sürücülük vəsiqəmin 6 ay müddətində məhrumiyyətinə səbəb olmuşdur. Bildirmək istəyirəm ki həmin tarixdə adı gedən avtomobili mən idarə etməmişəm, buna sübutum "xxxx" MMC-dən aldığım məktubdur. Bununla bağlı mən və cəriməni edən, İdayǝtov Nurlan Hilal oğlu BDYPİ-nin rəisi Polis Genaral-mayoru cənab Ramiz Zeynalovun adına ərizə ilə müraciət etmişdik, yalnız ərizəmizə cavab ala bilmədik. Sizdən xaişim budur ki, adıma tərtib edilmiş EQ29423047 qərarına xitam verǝsiniz. Məhkəmənin iclasının yeri və vaxtı barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə və X2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişlər. X3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılarkən o, şikayətində qeyd etdiyi problemin BDYPİ tərəfindən həll olunduğunu bildirmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayəti, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 22 iyul 2025-ci il tarixli EQ 29423047 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 23 iyun 2025-ci il tarixdə, saat 19:17 radələrində Bakı Salyan yolu 14-cü km “Binə” TM-nın qarşısında idarə etdiyi "Khazar LX minik" markalı, ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nın 346.4cü maddəsinin tələblərini pozmuş və 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışı zamanı iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın olur ki, qeyd olunan avtomobil dayanma-durma qadağan olunan sahədə, yolun hərəkət hissəsində dayanaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa məhkəmə araşdırması zamanı “asanpay” web portalında yuxarıda qeyd olunan inzibati protokolun artıq mövcud olmadığı müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli EQ 29423047 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1816/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1816/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver