Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1819/2025 04.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 07 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində narkotik maddə sərxoşluğundan şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinə gətirilmiş, narkotik vasitələr qəbul edib-etməməsini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə və psixotrop maddələrdən THC, MET, MOP,AMP qəbul etməsi müəyyən edilmişdir. Qeyd edilən fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN serialı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin sahə inspektoru X2 bildirmişdir ki, Şəxs 07 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində narkotik maddə sərxoşluğundan şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra Qaradağ Rayon Polis İdarəsi 38ci Polis Bölməsinə gətirilmiş, narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki,3 ildən artıq müddətdir ki, narkotik vasitələrdən istifadə edir.05 iyul 2025-ci il tarixdə “20 Yanva” dairəsi adlanan yerdən tanımadığı şəxsdən narkotik vasitə almış və həmin tarixdə gecə yaşadığı ünvanda istifadə etmişdir.Törətdiyi əməldən peşmandır və ona cərimə cəzası verilməsini xahiş edir. İş materiallarında olan narkotik vasitələrin və psixotrop maddələrin istehlak ahallarının təyin edilməsi üçün müayinən aparılması haqqında 2307 saylı, xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Şəxs sidiyində narkotik vasitə və psixotrop maddələrdən THC, MET, MOP,AMP aşkar edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli, 3977 saylı rəydən görünür ki, Novruz oğlunda narkomaniya xəstəliyi aşkar olunur və o xx.xx.2022-ci il tarixdən Bakı şəhəri NMdə (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdındadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 04 sentyabr 2025-ci il tarixdən, saat 16.35-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1819/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1819/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver