Məhkəmə qərarları › İş №3(002)-182/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-182/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-182/2021 07.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X7, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs Qaradağ rayon məhkəməsinin 2(002)-112/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X13 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-112/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs ilə X4 arasında xx xxxx 2010-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayon qeydiyyat şöbəsində 128 saylı alt qeydi ilə rəsmiləşdirimiş nikah pozularaq, xx xxxxxx 2010-cu ildə doğlumuş X8, xx xxxxxx 2011-ci ildə doğulmuş X10 və xx xxxxxx 2012-ci ildə doğulmuş X11 anası X2 himayəsinə verilərək, xx xxxxxx 2010-cu ildə doğlumuş X8, xx xxxxxx 2011-ci ildə doğulmuş X10 və xx xxxxxx 2012-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi, cavabdeh Şəxs xx xxxxxx 2012-ci il tarixdən başlayaraq xx xxxxxx 2012-ci illdə doğulmuş X6 üç yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Bu günki gündə borclunun tələbkara 1960 manat məbləğindı aliment borcu yaranmışdır. Buna görədə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda borclu tələbkar ilə öz aralarında razılığa gəlmişlər və bu barədə də borclu ərizə ilə məhkəməyə müarciət etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 öz izahatında bildirmişdir ki, o, borclu ilə öz aralarında razılığa gəldikləri üçün borclu barəsində inzibati tənbeh tədbirinin tədbiq edilməməsini xahiş etmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır, hal-hazırda heç bir yerdə işləməməklə heç bir qazancı yoxdur. Bundan başqa hazırda tələbkar ilə öz aralarında razılığa gəldikləri üçün və məhkəmə iclası başlnmamışdan əvvəl qismən ödəniş etdiyindən, yəni 250 manat məbləğində pulu tələbkara ödədiyindən barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmiş və yaxın müddətdə borclarını tam şəkildə ödəyəcəyini söz vermişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu heç bir yerdə işləməklə və hər-hansı bir gəlirə malik olmamaqla borcunu ödəməkdən qəsdən yayınmamışdır. Bundan başqa tələbkarın məhkəməyə təqdim etdiyi ərizədə isə borclu ilə öz aralarında razılığa gəldikləri üçün iş üzrə inzibati materiala xitam verilməsini xaiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar