Məhkəmə qərarları › İş №3(002)-1821/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1821/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1821/2025 25.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə, Şəxs firmasının etibarnamə üzrə nümayəndələri (vəkili) X2 və X1 iştirakları ilə, "xxxx" firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair X8 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən Qaradağ rayon Məhkəməsinə Şəxs firmasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla görünür ki, vətəndaş X3 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Şəxs firmasına 3-17-5/2-52443/2025 nömrəli 10 iyun 2025-ci il tarixli məktubda sənədlərin 7 iş günü ərzində tam, düzgün, və vaxtında təqdim olunması tərəfimizdən tələb olunsa da, sənədlər 28 avqust 2025-ci il tarixinədək tam təqdim olunmamışdır. Nəticədə Şəxs firması tərəfindən İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də Şəxs firması barəsində 28 avqust 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X7 22 may 2025-ci il tarixdə müfəttişliyə müraciət edərək son haqq-hesab ödənişinin düzgün ödənilmədiyini və 26 sentyabr 2024cü il tarixdən 04 mart 2025-ci il tarixədək onunla əmək müqaviləsi bağlanmadan işə cəlb olunduğunu və əlavə iş saatlarında çalışdığını qeyd etmişdir. 10 iyun 2025-ci il tarixdə Şəxs firmasına müraciət edərək 7 iş günü ərzində məlumatlar tələb edilmişdir. Qeyd olunan müddət ərzində göndərilən məktuba cavab olaraq müəyyən sənədlər təqdim edilsə də şikayətçi ilə aparılmış son haqq-hesaba dair bank çıxarışı və ya bank arayışı, o cümlədən əmək haqqı hesab cədvəllərinin və əmək haqqının ödənildiyini təsdiq edən sənədlərin surətləri təqdim edilməmişdir. Odur ki, "xxxx" firması barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" firmasının nümayəndəsi (vəkili) X5 təmsil etdiyi şirkət barəsində tərtib edilmiş ptorokolu qəbul etməyərək məhkəməyə rəsmi etiraz təqdim etmişdir. O öz etirazında göstərmişdir ki, "xxxx" Firması barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1.-1-ci maddəsinə əsasən Firma barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin maddəyə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi əsas gətirilmişdir. İşin halları. Şikayət edən şəxs X6- xx.xx.2025-ci il tarixində "xxxx" Firmasına "videomüşahidə operatoru" vəzifəsi üzə işə girmiş ve xx.xx.2025-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. İşdən azad olunarken xx.xx.2025-ci il tarixində yazdığı ərizəsində göstərmişdir: "İşlədiyim müddət ərzində əmək məzuniyyətimdən tam istifadə etdim, son haqq hesabımı, digr müavinətlərimi, əmək kitabçamı aldım ve firmaya qarşı heç bir iddiam və şikayətim yoxdur. Ərizəmi öz imzamla təsdiq edirəm." Bundan sonra Bayramova Aytac bizə məlum olmayan səbəblərdən Əmək müfəttişliyi xidmətinə şikayət etmişdir. X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən onun şikayəti əsasında "xxxx" Firmasına xx.xx.2025-No 3-17-5/2-52443/2025- məktub göndərilmiş, məktub Sədərək Firmasına xx.xx.2025-ci il tarixində daxil olmuş və həmin məktuba Sədərək Firması tərəfindən cavab məktubu xx.xx.2025-ci il tarixində 257 No li məktubla (poçt qəbzi SS887009664AZ) göndərilmişdir. Məktub xx.xx.2025-də poçt vasitəsilə X8 Xidməti Bakı Şəhər İdarəsinə çatdırılıb Məktuba tələb olunan sənədlər əlavə olunmuşdur. Eyni zamanda telefon vasitəsilə "xxxx" Firması əməkdaşı məktub göndərilməsi barədə şifahi məlumat vermişdir. Göründüyü kimi məktuba vaxtında və tam cavab verilmiş və poçt xidməti vasitəsilə ünvana çatdırılmışdır. İnzibati xəta haqqında işə baxılması üçün Sədərək Firmasına xx.xx.2025- ci il tarixində 3-17-5/2-73111/2025 nömrə ilə məktub göndərilmiş, həmin məktub Sədərək Firmasına PŞ-63 vasitəsilə xx.xx.2025-ci il tarixində saat 13-50 dəqiqədə daxil olmuş və təhvil verilmişdir (Çatdırma vərəqi No D**********00238). Həmin məktubda Sədərək Firmasının inzibati xəta haqqında işə baxmasında iştirak etməsi xx.xx.2025-ci il tarixində saat 12-00 da 3 saylı DOST mərkəzinə təyin olunmuşdur. Məktub gec daxil olmasına baxmayaraq Firmanın əməkdaşı Fəxrəddin Zeynalov xx.xx.2025-ci il tarixində saat 16-30 dəqiqədə. Əmək Müfətişliyi xidmətinin Bakı Baş İdarəsinə getmiş və orada Mehrab adlı əməkdaşa təkrarən bütün sənədləri təqdim etmiş və eyni zamanda İzahat vermişdir ki, bütün sənədlər iliin mǝkubda göstərilən qaydada məktubla təqdim olunmuşdur. (izahat əlavə olunur.) Məktubun və məktuba əlavə olunmuş sənədlərin vaxtında və tam göndərilməsi ilə bağlı Əmək Müfəttişliyinin işçisi bu işdə icraçı olan Aysel Hüseynovaya məxsus olan ***- ***-**-** No li mobil telefona 10 səhifə olmaqla PDF faylında da təkrar göndərilmişdir. (təsdiq barədə vatçap üzərindən qeydləri təqdim edirik.) İnzibati xəta haqqında işə baxılmasında Sədərək Firması iştirak etməmiş və iştirakı təmin olumamışdır. Qeyd olunanları nəzərə alaraq Sizdən xahiş edirik ki, Sədərək Firması barəsində Azərbaycan Resp. İnzibati Xətalar Məcəlləsinin 539.1.- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verəsiniz. "xxxx" firmasının nümayəndəsi (vəkili) X5 öz izahatında əlavə olaraq göstərmişdir ki, Əmək Müfəttişliyinin qeyd olunan məktubuna cavab olaraq şirkət tərəfindən bu məlumatların əldə edilməsi bank sirri məlumatları olduğu üçün 7 iş günü ərzində əldə edilməsi qeyri mümkündür. Bank çıxarışlarını isə bank ancaq vətəndaşın özünə verir "xxxx" firmasına vermir. "xxxx" firması bununla bağlı Əmək Müfəttişliyinə müfəssəl maliyyə arayışı təqdim etmişdir. DƏMX özləri də ƏƏSMN-nə müraciət edərək ödənişlərlə bağlı məlumatları əldə edə bilərdilər. Qeyd etdiklərinə əsasən "xxxx" firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" firmasının nümayəndəsi X4 təmsil etdiyi şirkət barəsində tərtib edilmiş ptorokolu qəbul etməyərək göstərmişdir ki, bankdan çıxarışların alınması üçün müəyyən vaxt tələb olunur və bu çıxarışları bank fərdi qaydada vermir. Bundan başqa X7 barəsində tələb olunan məlumatların hamısı vaxtında Əmək Müfəttişliyinə təqdim edilmişdir. X7 22 may 2025-ci il tarixdə öz xahişi ilə işdən azad edilərkən onunla son haqq-hesab aparılmış və bütün ödənişləri ödənilmişdir. Bununla bağlı X7 özü də 22 may 2025-ci il tarixdə Şəxs firmasına ünvanladığı ərizəsində o əmək məzuniyyətindən tam istifadə etdiyini, son haqq-hesabını, digər müavinətlərini və əmək kitabçasını aldığını və firmaya qarşı heç bir iddia və şikayətinin olmadığını bildirmişdir. Odur ki,qeyd etdiklərinə əsasən Şəxs firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" firmasının əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17-5/2-52443/2025 nömrəli 10 iyun 2025-ci il tarixli məktubuna əsasən X7 barəsində tələb olunan məlumat və sənədlər yeddi iş günü müddəti pozulmadan Şəxs firması tərəfindən göndərilmişdir. Göndərilən sənədlər içərisində vətəndaşla son haqqhesabın hesablanmasına dair bank çıxarışı əlavə edilməsə də, vətəndaşa edilmiş ödənişlərin, eləcə də son haqq-hesabın aparılmasına dair müfəssəl maliyyə və əmək haqqına dair arayışlar Müfəttişliyə təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tələb edilən məlumatlara dair bir sənədin (lazımi məlumatlar öz əksini tapmaqla) obyektiv səbəblərdən başqa formada təqdim edilməsi Şəxs firmasının İXM-nin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində göstərilir ki, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinin tələblərindən aydın olur ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" firmasının 28 avqust 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar