Məhkəmə qərarları › İş №3(002)-1822/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1822/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1822/2025 15.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan «Finco” MMC-nin (VÖEN: **********) barəsində İXM-nin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 27 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olumuş sənədlərdən görünür ki, vətəndaş X2 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, «Finco” MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-65149/2025 nömrəli məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində X8 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Məktubun xx.xx.2025-ci il tarixdə çatdırılmasına baxmayaraq hal-hazırki tarixədək təqdim edilməmişdir. Buna görə də «Finco” MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin «Finco” MMC-nin barəsində tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilənlərlə əlaqədar mövqeyini müdafiə eedərək «Finco” MMC-yə inzibati cərimənin tətbiq edilməsini xahiş etmişdir. Şəxs MMC-nin nümayəndəsi X7 bildirmişdir ki, X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən göndərildiyi iddia edilən məktub MMC-yə daxil olmamışdır.İnzibati xəta haqqında protokolda qeyd edilənlər tamamilə yalnışdır.Bundan başqa məktubun elektron qaydada göndərildiyi qeyd edilsə də faktiki olaraq Şəxs MMC-nin elektron kabinetinə daxil olmamışdır.Qeyd edilənlərə əsasən işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları nəzərdən keçirib hesab edir ki, «Finco” MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “www.azerpost.az” saytında göndərişin izlənilməsinin çıxarışından (SS963990345AZ üçün axtarışın nəticələri) görünür ki, X8 Xidmətinin Bakı şəhər İdarəsinin məktubu xx.xx.2025-ci il tarixdə həmin idarədən çıxmış, xx.xx.2025-ci il tarixdə «Finco” MMC-yə çatdırılmışdır. Lakin «Finco” MMC tərəfindən zəruri sənədlər 7 iş günü müddətində X8 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Həmin çıxarış məhkəmə tərəfindən yoxlanılaraq həqiqiliyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 152.5 və 482.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan «Finco” MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qardağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar