Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1823/2023 23.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1982-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəbrayıl rayonu, Şıxalıağalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 23 avqust 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 31 iyul 2023-cü il tarixdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli orta məktəbin yaxınlığında X4 maşınının qarşısını kəsərək ictimai yerdə, kənar şəxslərin yanında onu söyüb təhqir etmişdir. Buna görə də Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X7 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, o, 31 iyul 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə baş əmüvəkkili polis mayoru Rəfail İmamverdiyev və Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Səbuhi Nuriyev ilə birlikdə əməliyyat qrupunda olan zaman DİN-in 102 xidmətinə daxil olmuş məlumat əsasında Lökbatan qəsəbəsi 233 nömrəli orta məktəbin yaxınlığında bir nəfər şəxsin əlində bıçaqla Toyota Prado markalı avtomobilin qarışısını kəsərək avtomobildə oturan şəxsin ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olub həmin şəxsin əlində olan bıçağı alaraq onu zərərsizləşdirmiş, həmin şəxsi və Toyota Prado markalı avtomobildə olan şəxsi PŞ-na dəvət etmişdir. Polis Şöbəsində əlində bıçaqla Toyota Prado markalı avtomobildə əyləşən şəxsə bıçaqla hücum edən şəxsin DİN-in 102 xidmətinə müraciət etmiş Şəxs, Toyota Prado markalı avtomobildə əyləşən şəxsin isə X9 olduğu aydınlaşdırılmışdır. Hal-hazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Şəxs barəsində bundan əvvəl də dəfələrlə şikayət ərizələri daxil olmuş və ona edilmiş xəbərdarlıqlara baxmayaraq o öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 öz izahatında bildirmişdir ki, Şəxs təxminən iki ildir ki, onun tikdirdiyi evdə fəhlə kimi işləyir. Sabir tikintindən özbaşına sement və digər əşyalar aparmış, bunu ustalar görüb ona demişlər. O isə Sabirin oğurluqlarına göz yummuşdur. Sabirlə olan anlaşmazlıqları üzündən Sabirə daha yanına tikintiyə gəlməməsini, ona ehtiyac olmadığını bildirmişdir. 31 iyul 2023-cü il tarixdə, səhər satlarında Sabir onun Lökbatan qəsəbəsindəki tikinti işi gedən evindən çıxdığını görmüş, Sabirin əlində külüng və kvalt olmuşdur. Sabir onu təhqir edərək əlində olan kvalt və külünglə ona hücum etmişdir. O tez maşınına minib ordan uzaqlaşmışdır. Sonradan polis əməkdaşları ondan polis bölməsinə gəlməsini istəmiş, buna səbəb kimi Sabirin onu təhqir etməsi barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini göstərmişlər. Həmin vaxt o polisə gələrkən Sabir onun mağazasına tərəf həmin yola əlində bıçaqla “qarajlar” deyilən yerdə özünü maşının qabağına ataraq və onu bicaqla hədələyərək demişdir ki, sən məni işdən çıxarsan mən ac qalaram, ona görədə sənin kimi on dənə də Ramiz olsa məni işsiz qoya bilməz. Ya səni vuracam yada məni işə qaytaracaqsan. Həmin vaxt polis əməkdaşları hadisə yerinə gələrək Sabirin əlindən bıçağı alıb onu polis bölməsinə aparmışlar. Sabir yenə onun arxasınca mağazasına gələrək orada da onu kənar şəxslərin yanında söyüb təhqir etməyə başlamış və demişdir ki, “lazım olsa sənin evini də yandıracam”. O mağazada olanda telefonunu ilə çəkiliş etmişdir ki, gələcəkdə subut kimi əlində qalsın. Həmin çəklişi təqdim edə bilər. O 31 iyul 2023-cü il tarixdə Sabir onun ünvanına gəlmiş, lakin onu vurmamış, ona xəsarət yetirməmişdir. Həmin gün günorta saatlarında Sabir onlara təkrar qayıdanda özü özünə əlindəki, kəmər və məftil ilə şahidlərin yanında öz boğazına xəsarət yetirmişdir. O Sabiri vurmamış və onu döyməmişdir. Sabir özü özünə xəsarət yetirmişdir. Sabirin istəyi onun malını, mülkünü talamaqdır. İcazəsiz götüdüyü su matorunun qiyməti 100 manat təşkil edir. Bundan əvvəl də Sabir dəfələrlə onun qarşısını kəsərək və yaxud da yaşadığı ünvana gələrək yüksək səslə məhəllə sakinlərinin yanında onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bütün bunların nəzərə alınaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, o altı ildir ki, Qaradağ rayon Lökbatan qəsəbəsində Ramiz adlı tikinti işi ilə məşğul olan şəxsin yanında fəhlə kimi işləmişdir. Dörd gün bundan əvvəl Ramiz ona zəng vuraraq nə üçün birinci massivdə işlədiyi işi yarımçıq qoyduğunu soruşmuş, o izah etmişdir ki, gözünə qum dolub, gözü sulanır işləyə bilmir. Buna görə Ramiz onu təkrar söyüb təhqir etmiş və ona demişdir ki, birdə yanında işəməsin, onu işə həsrət qoyacaq, Lökbatan qəsəbəsində o olan yerdə iş tapmayacaq. Bu kimi fikirlərlə onu hədələmişdir. 31 iyul 2023-cü il tarixdə, səhər saatlarında o gedib Lökbatan qəsəbəsində birinci massivdə yarımçıq qoyduğu iş yerindən paltarlarını gətirərkən Ramiz onu söyüb təhqir etmişdir. Aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ramiz orada olan alətlə boğazına vurmuşdur. O 102 xidmətinə zəng vurub bu haqda məlumat vermişdir. Polis əməkdaşları gəlib onu 10-cu PŞ-nə dəvət etmişlər. Həmin vaxt o polis bölməsində ilkin olaraq şikayət ərizəsi vermişdir. Əvvəlcə əsəbi olmuş, onradan şikayət etmək fikirindən yayınmışdır. Ona görədə gəlib izahat vermədən birinci massivə gedib oradan yenidən paltarlarını götürmək istədikdə Ramiz yenidən onu söyüb qovmuşdur. Ramizin onu və ailə üzvlərini söyüb təhqir etdiyinə görə o da ona cavab qaytarmışdır. Odur ki, barəsində başlanılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirmişdir ki, təxminən yeddi ilə yaxındır ki, Ramiz adlı şəxsin yanında tikinti işlərində fəhlə kimi işləyir. Şəxs yaxşı tanıyır. Sabir dəfələrlə onlarla fəhlə kimi işləyəndə Ramizin onlara material kimi alıb vermiş olduğu sementin icazəsiz götürüb evinə apardığını görmüşdür. Ancaq bu barədə o heç kəsə deməmişdir. Təxminən yeddi-səkkiz gün imiş ki, Sabir işə biganə yanaşırmış. Buna görədə beş gün bundan əvvəl Ramiz Sabirə zəng vurub demişdir ki, işə gəlməsin. 31 iyul 2023-cü il tarixdə səhər saatlarında Sabir Lökbatan qəsəbəsində birinci massivdə Ramizin obyektində olarkən gəlib oradan paltarlarını götürüb, bir də əlində kvalt və külüng götürüb gedəndə qapının qarşısında Ramizlə qarşılaşmışlar. Ramiz Sabirdən nə üçün burada olduğunu soruşduqda Sabir demişdir ki, paltarların aparmağa gəlib. Sabir kvaltla Ramizin maşınına hücum etmiş, Ramiz maşına minib oradan uzaqlaşmışdır. Həmin vaxt Sabiri orada vuran olmayıb. Günorta saatlarından biraz keçmiş Sabir yenə həmin ünvana gələrək Ramizlə qarşılaşmış, oradan götürmüş olduğu məftil və şalvar kəməri ilə əsəbləşib özünü vurmağa başlamış və günahı Ramizin boynuna atacağı ilə onu hədələmişdir. Həmin vaxt nə də başqa vaxt Ramiz Sabiri vurmamış və ya ona xəsarət yetirməmişdir. Əksinə Sabir həmin vaxt və ondan əvvəlki günlərdə də dəfələrlə gəlib küçədə uca səslə məhəllədə yaşayan sakinlərin yanında Ramizin ünvanına təkrar-təkrar nalayiq ifadələr işlədir. Onlar Sabiri sakitləşdirmək istəsələr də Sabir onların sözünə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 bildirmişdir ki, X4 obyektində rəngsaz işləyir, Sabiri bir ilə yaxındır ki, tanıyır. Sabir tez-tez Ramizi hədələyərək özünə xəsarət yetirib bunu Ramizin üstünə atacağı ilə hədələyir. Təxminən yeddi-səkkiz gün imiş ki, Sabir işə biganə yanaşırmış. Buna görə də beş gün bundan əvvəl Ramiz Sabirə zəng vurub demişdir ki, işə gəlməsin. 31 iyul 2023-cü il tarixdə səhər saatlarında Sabir Lökbatan qəsəbəsində birinci massivdə Ramizin obyektində olarkən gəlib oradan paltarlarını götürüb, bir də əlində kvalt və külüng götürüb gedəndə qapının qarşısında Ramizlə qarşılaşmışlar. Ramiz Sabirdən nə üçün burada olduğunu soruşduqda Sabir demişdir ki, paltarların aparmağa gəlib. Sabir kvaltla Ramizin maşınına hücum etmiş, Ramiz maşına minib oradan uzaqlaşmışdır. Həmin vaxt Sabiri orada vuran olmayıb. Günorta saatlarından biraz keçmiş Sabir yenə həmin ünvana gələrək Ramizlə qarşılaşmış, oradan götürmüş olduğu məftil və şalvar kəməri ilə əsəbləşib özünü vurmağa başlamış və günahı Ramizin boynuna atacağı ilə onu hədələmişdir. Həmin vaxt nə də başqa vaxt Ramiz Sabiri vurmamış və ya ona xəsarət yetirməmişdir. Əksinə Sabir həmin vaxt və ondan əvvəlki günlərdə də dəfələrlə gəlib küçədə uca səslə məhəllədə yaşayan sakinlərin yanında Ramizin ünvanına təkrar-təkrar nalayiq ifadələr işlədir. Onlar Sabiri sakitləşdirmək istəsələr də Sabir onların sözünə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirmişdir ki, o, Lökbatan qəsəbəsində birinci massivdə yerləşən ət dükanında qəssab işləyir. Həmin mağaza Ramiz Quliyevə məxsusdur. 31 iyul 2023-cü il tarixdə saat təxminən 17- 18 radələrində mağazada olarkən Ramiz də mağazada olmuş, Sabir adlı şəxs mağazaya gələrək Ramizin ünvanına söyüşlər söyməyə başlamış və bir neçə polis adı çəkərək yuxarı dövlət orqanlarında qohumlarının olmasını deyərək Ramizi hədələməyə başlamışdır. Məqsədi Ramizin onu əvvəllər fəhlə kimi işlədiyi işə yenidən qaytarması olmuşdur. Ramiz də ondan mağazadan çıxmasını tələb etmişdir. Həmin vaxt Sabirin boğaz hissəsində qanı axan cızıq xəsarəti olmuşdur. Sabir həmin xəsarəti Ramizə göstərib demişdir ki, bundan da ağır xəsarətlər yetirib onu şərləyib tutduracaqdır. İş materiallarında olan Qaradağ RPİ-nin 10-cu PŞ-nın təhqiqatçısı, polis mayoru Zamin Həsənov tərəfindən tərtib edilmiş 15 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsindən aydın olur ki, Şəxs almış olduğu bədən xəsarətinin X9 tərəfindən yetirilməsi öz təsdiqini tapmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs vətəndaş X6 məxsus tikintidə tikinti materiallarını oğurlaması öz təsdiqini tapmadığından həmin epizod üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərarın icra olunması üçün bölmənin aidiyyatı əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş matetirallarını araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin etdiyi əməllərdən peşiman olmamasını və özünü qeyri-səmimi aparmasını nəzərə alaraq və onu gələcəkdə qanunsuz əməllərdən yayındırmaq məqsədilə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin tədbiq edilməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 23 avqust 2023-cü il tarixdən saat 15:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PŞ-na həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1823/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1823/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver